BMT qətnamələri
icra olunacaq
BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən,
bu quruma üzv olan hər
bir ölkə öz suverenliyini, müstəqilliyinin qoruya bilər və öz ərazisində işğala qarşı ədalətli müharibə
aparmaq əsasları var. Əgər hansısa dövlət öz ərazisində hərbi əməliyyatlar
apararsa, bu, həmin dövlətin tam haqqıdır və başqa bir dövlətin buna qarışmağa qətiyyən
hüququ yoxdur. Bu mənada, Azərbaycan dövləti istənilən
halda BMT nizamnaməsinin
51-ci maddəsindən yararlanmaq
hüququna tam malikdir.Söhbət etdiyimiz millət vəkili Musa Qasımlı və politoloq Cümşüd Nuriyev BMT
nizamnaməsinin 51-ci maddəsinə
öz münasibətlərini
bildirdilər.
Millət vəkili Musa Qasımlı:
- İşğalçı Ermənistanın
Azərbaycan dövlətinə
qarşı təcavüzü,
zorakılığı BMT nizamnaməsinin 51-ci maddəsinin
kobud surətdə pozulması deməkdir. Azərbaycan təcavüzə
məruz qalan, Ermənistan isə təcavüzkar ölkədir.
Bütün bunlarla bərabər təcavüzkar
Ermənistan BMT nizamnaməsini
və ATƏT prinsiplərini
çox kobud surətdə pozub. Amma Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü
bərpa etmək üçün atdığı
hər hansı bir addım BMT nizamnaməsinə və
ATƏT prinsiplərinə tamamilə
uyğundur. Azərbaycan
dövləti öz ərazilərini istənilən
yolla azad etmək hüququna malikdir. Amma hansısa müəyyən
addımları atmazdan
əvvəl mütləq
beynəlxalq şərait
və qüvvələr
nisbəti ciddi surətdə təhlil edilməlidir. Regionda hərbi əməliyyatların
başlanması dünyadakı
şəraitə çox
ciddi surətdə təsir edə bilər. Azərbaycan başqa dövlətin ərazisində hərbi əməliyyatlar keçirmir.
İşğal altında
olan ərazilərini işğaldan təmizləmək
üçün hərbi
variantdan istifadə etmək istəyir. Hal-hazırda 192 ölkə
BMT-yə üzv olub və bu
dövlətlərin hər
birinin tam haqqıldır ki, öz ərazi bütövlüyünü təmin
etsin. Buna görə də, heç kim Azərbaycan dövlətinə
irad tuta və dövlətimizin daxili işinə qarışa bilməz. Təbii ki, bu da Ermənistanı
qıcıqlandırır. Bunun da nəticəsi
olaraq terrorçu Ermənistan bütün çıxarılmış qətnamələri,
qərarları çox
kobud şəkildə
pozur.
Politoloq Cümşüd
Nuriyev:
- Beynəlxalq hüququn 10 prinsipi var və
onlardan ən birincisi istənilən dövlətin öz ərazi bütövlüyünü
bərpa etməkdir və nəzərə almaq lazımdır ki, həmin 10 prinsipin beşi qəbul olunandır. Mənfur ermənilər və ermənipərəst
qüvvələr iddia
edirlər ki, öz müqəddəratını
təyinetmə sonradan
qəbul olunan prinsiplərin içərisinə
daxildir və sonradan səkkizinci yer tutur. Həmin
prinsiplərin içərisində
ən önəmlisi və birincisi ölkələrin ərazi
bütövlüyüdür. Ermənistan isə, bütün prinsipləri pozduğu kimi, bu prinsipi
də pozub və hətta Azərbaycan dövlətinin
ərazi bütövlüyünə
qəsd etməklə
bərabər, həm
də Azərbaycanın
daxili işlərinə
də qarışır.
Azərbaycanın işğal
olunmuş ərazilərində
separatizmlə, beynəlxalq
terrorizmlə, silah və qaçaqmalçılıqla,
narkotika alveri və digər iyrənc əməllərlə
məşğuldur. BMT Təhlükəsizlik Şurasının
beş, BMT Baş Assambleyasının iki qətnaməsi,
bundan başqa AŞPA-nın da məlum qərarı var və hər
bir dövlət öz ərazi bütövlüyünü tamamilə
bərpa etmək hüququna tam malikdir. Həm də BMT nizamnaməsinin
53-cü maddəsində dövlətlər
əraziləri işğal
olunanda, alternativ addımlar atmaq səlahiyyətini özündə saxlayır.
Yəni
BMT nizamnaməsinin tək
51-ci maddəsi deyil, ümumilikdə, digər maddələrin, o cümlədən, Azərbaycanın
qoşulduğu digər
beynəlxalq aktlar da bu məsələdə
dövlətimizin tamamilə
haqlı olduğunu bir daha sübut
edir. Ona görə də, Azərbaycan dövlətinin
yürütdüyü ağıllı
və müdrik siyasət Ermənistanı
bütün hallarda beynəlxalq aləmdə birmənalı şəkildə
çətin vəziyətə
salır və erməniləri bir növ kapitulyasiyaya məruz qoyur.
Cümşüd Nuriyev onu da
bildirdi ki, müasir politologiyada 4 tip lider var. Bunlar bayraqdar, xilaskar, xidmətkar və ziyankardır. Azərbaycan dövləti üçün
bayraqdar və xilaskar
statusunda Ümummilli Liderimiz Heydər Əliyev çıxış
edib. Hal-hazırda
isə, Ulu Öndər Heydər Əliyev siyasətini çox böyük uğurla, əzmlə davam etdirən möhtərəm Prezidentimiz
İlham Əliyev xidmətkar və bayraqdar statusu ilə çıxış
edir. Azərbaycanın öz ərazi
bütövlüyünü bərpa etmək üçün xarizmatik,
güclü lideri var.
Bunula yanaşı, Azərbaycan dövləti
iqtisadi gücə, hərbi potensiala malikdir. Eyni zamanda, beynəlxalq hüquq artıq bütünlüklə Azərbaycanın
bu işdə haqlı olduğunu qəbul edir. BMT nizamnaməsinin 51-ci maddəsi təsadüfən
gündəmə gəlməyib.
Azərbaycan dövləti həmin
maddədən mütləq
yararlanmalıdır. Amma dövlətimiz
həmişə çox
ağıllı bir siyasət yürüdüb
və o maddənin tətbiqinin zamanını
gözləyir. Hal-hazırda yaxın 1-2 ay ərzində bu maddənin reallaşması
o qədər də ağıllı addım olmaz. Azərbaycan müəyyən müddət ərzində
bu məsələlərə
hazırlaşmalıdır. Ondan sonra Azərbaycan bir dövlət olaraq, bu addımı
ata bilər və bu dövlətimizin
tam haqqıdır. Ümumiyyətlə, beynəlxalq hüquqda başqa dövlətin ərazisinə girəndə
bağlanmış iki
tərəfli sazişlər
tam hüquqi qüvvəyə
malik olur. Ermənistanın qoşulduğu
Kollektivlik Təhlükəsizlik
Müqaviləsi, MDB və
Rusiyayla bağlı digər müqavilələrdən
irəli gələn tələblər
hüquqi gücə malik olur ki,
başqa bir dövlət Ermənistanın
ərazisinə girsin.
AYLANA RZAYEVA
Səs.- 2011.- 15 yanvar.- S. 8.