Joze Manuel Barrozu: "Aİ Dağlıq Qarabağ münaqişəsinin həllinə siyasi kömək göstərməyə hazırdır"

 

Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişindən narahatdır. Bu barədə Bakıda jurnalistlərə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu məlumat verib. "Prezident İlham Əlyevlə dünənki görüşdə biz bu məsələni digər mühüm məsələlərlə yanaşı müzakirə etdik. Mən münaqişə nəticəsində ziyan çəkmiş adamların taleyi ilə bağlı dərin narahatlığımı ifadə etdim", - deyə Barrozo bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, dinc yolla həllini dəstəkləyir. "Biz münaqişənin həllində ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik", - Barrozu bildirib. O deyib ki, Avropa İttifaqı gələcəkdə münaqişənin nizamlanmasında siyasi kömək göstərməyə hazırdır: "Nizamlanmaya dair yekun saziş qəbul edildikdən sonra infrastrukturların bərpasına texniki yardım göstərməyə hazırıq".

 

 

Səs.- 2011.- 15 yanvar.- S. 9.