Natiq Əliyevlə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı arasında niyyət protokolu imzalanıb

 

Dünən sənaye energetika naziri Natiq Əliyevlə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger arasında niyyət protokolu imzalanıb. SİA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən sənaye energetika naziri Natiq Əliyev bildirib ki, Avropa Komissiyasının sədri Manuel Barrozonun Azərbaycana ilk səfəri hər tərəfdən çox mühüm bir məsələdir. O bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Manuel Barrozo tərəfindən birgə bəyannamənin imzalanması böyük əhəmiyyət kəsb edir: "Ötən gün hər iki prezidentin bizlərə birgə tapşırığı olub. Beləliklə, həm Günter Ottinger, həm mənə tapşırılıb ki, birgə bəyannamədən irəli gələn məsələlər, tədbirlər tezliklə həyata keçirilsin. Bu gün niyyət protokolunu imzaladıq birgə bəyannaməni necə həyata keçirəcəyimizi razılaşdırdıq. Bu bizim bir yol xəritəsidir. Belə qərar gəlindi ki, birgə işçi qrupu yaradılsın həm Avropa İttifaqı Komissarlığı, həm Azərbaycan tərəfindən bütün mütəxəssislərin ekspertlərin iştirakı təmin edilsin. Eyni zamanda, xarici şirkətlər maraqlı olan tərəflər bu işə cəlb olunacaq. "Cənub dəhlizi"nin yaradılmasında hüquqi, siyasi, kommersiya, texniki məsələlər, hansısa problemlər, çətinliklər üzə çıxırsa, tezliklə bunlara aydınlıq gətirməliyik. Hər iki aydan bir Prezident İlham Əliyev Avropa Komissiyasının Manuel Barrozoya hesabatlar məlumatlar verəcəyik. Bu işin təşkili bizə tapşırılıb". Natiq Əliyev vurğulayıb ki, ötən gündən ölkəmizdə səfərdə olan M.Barrozo Prezident İham Əliyevlə görüşüb bu görüşdə Azərbaycan Avropa Komissiyası arasında hərtərəfli münasibətlər müzakirə olunub. Onun sözlərinə görə, Barrozonun buraya səfərində əsas məqsəd enerji məsələlərinin həll olunmasıdır. "Bunun mühüm bir hissəsi "Cənub dəhlizi"nin yaradılması onun inkişafıdır. Bu məqsədə çatmaq üçün Avropa İttifaqı Azərbaycan Respublikasını onun ehtiyatlarını, neft qaz sənayesini, qaz ixrac edən ölkə kimi yüksək qiymətləndirir. Səfər çərçivəsində Prezident İlham Əliyev Manuel Barrozo tərəfindən birgə bəyannamə imzalanıb. Bunun əsas məqsədi iki tərəf arasında bu dəhlizin yaradılmasında səylərin birləşməsi, bu istiqamətdə birgə işlərin görülməsidir", - deyə o əlavə edib.

 

 

Səs.- 2011.- 15 yanvar.- S. 9.