Pənah Xəlilov -85

 

Ədəbiyyat tariximizin Pənah Xəlilov zirvəsi

 

İnsanı yaşadan arzular, istəklər, sonradan xatirələrə çevrilən əməlləri, keçdiyi şərəfli ömür yoludur. Hər bir kəs ona bəxş olunan ömrü özünəməxsus şəkildə yaşayır, müəyyən izlər qoyur. Xeyirxahlıq, cəmiyyət üçün imkan daxilində başqalarına dəstək olmaq, ən əsası bir Azərbaycan vətəndaşı olaraq Vətənin gələcəyi, onun dünyada tanınması üçün əlindən gələni əsirgəməmək hər bir insana xas olan xüsusiyyətdir.

 Hər bir kəs ömrünün müəyyən pilləsindən xəyalən dönüb arxada qalan yaşadığı illərə baxanda, o illərin, ayların, günlərin istisini-soyuğunu, sevincini-kədərini yenidən yaşayaraq, xatirələrini kağız üzərinə köçürəndə, adamı daim bir sual düşündürür: Arxada qalan illər mənə verdi? Vətənim, xalqım üçün etdim?

Deyilən hər bir söz, atılan hər bir addım, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq qazanılan nəticə, uğurlar ömrdür. Ancaq ömrümüzə hansı anda, vaxt son nöqtə qoyulur bilmirik, çünki bu tale, alın yazısıdır...

Hər kəsin öz həyat yolu var... Kimi müəllimliyə, kimi həkimliyə kimi  mühəndisliyə, kimi alimliyə üstünlük verir. Ən əsası vətəninə, xalqına layiq övlad olmaq, bir vətəndaş kimi üzərinə düşən məsuliyyəti yerinə yetirmək üçün səy göstərəsən. Bu keyfiyyətlərə üstünlük verənlərdən biri professor Pənah Xəlilovdur.

Bu günlərdə görkəmli, tanınmış alim-tənqidçi, ədəbiyyatşünas, professor Pənah Xəlilovun 85 yaşı tamam olur. Mən Pənah müəllimi 1986-cı ildən televiziyadaƏdəbi üfüqlərverilişinin aparıcısı kimi tanıyıram. Onda bu veriliş çox dəyərli, xoşagəlimli, dinləyiciləri özünə diqqəti cəlb edən bir ədəbi veriliş idi. Həmin ildə xalq şairi Səməd Vurğunun 80 illiyi münasibətilə televiziyaya müsabiqə elan edilmişdi ki, Səməd Vurğunun şeirlərindəki hansı misradan istifadə edib, verilişi başlamaq olar? Onda mən bir ədəbiyyatsevər kimi təcili olaraq Pənah müəllimə bildirdim ki, Səməd VurğununBizdə şeir var, sənət vardır. Şeirə, sənətə hörmət vardırmisralarını yazıb məktubla göndərdim. Çox sağ olsun ki, Pənah müəllim bir kənd müəllimi kimi, dinləyici kimi mənim təklifimi bəyənərək, Səməd Vurğunun 80 illiyinə aid o verilişi həmin misralarla başladı sonadək davam etdi.

Professor Pənah Xəlilov görkəmli ədəbiyyaşünas, tənqidçi (1971) AYB-nin üzvü (1963), filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü, BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. P.Xəlilov 1925-ci ildə Gürcüstan Respublikasının Borçalı (Marneuli) rayonundakı Sadaxlı kəndində ziyalı ailəsində anadan olub. İlk ibtidai təhsilini doğma kəndində alıb, sonra isə ailənin Gəncəyə köçməsi ilə əlaqədar olaraq şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə başa vurub. Həmin ildə (1943) Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə imtahansız qəbul olunub. Universiteti fərqlənmə ilə bitirdikdən sonra universitetin aspiranturasına qəbul olunub.

Pənah Xəlilov 1951-ci ildə ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim kimi əmək fəaliyyətinə başlamış, sonra həmin kafedradaBöyük Vətən müharibəsi dövründə Azərbaycan şeirimövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir (1951-1969). 1969-cu ildə, o, həmin universitetdə SSRİ xalqları ədəbiyyatı kafedrasına rəhbər seçilib.

Bir alim kimi P.Xəlilov yaradıcılıq fəaliyyətinə 1948-ci ildən başlamışdır. O, Azərbaycan ədəbiyyatı keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. P.Xəlilov əbədi tənqidimizdə özünəməxsus yer tutmuşdur.

Bacarıqlı ədəbiyyatşünas, tənqidçi alim, 1971-ci ildə filologiya elmləri doktoru, professor kimi yüksək ada layiq görülüb. O, Azərbaycan Yazıçılarının 6-cı qurultayında idarə heyətinin üzvü seçilib. Professor P.Xəlilov universitetdə türk xalqları ədəbiyyatı kafedrasının təşkil edilməsinə səy göstərmiş buna nail olaraq, həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.

P.Xəlilovun rəhbərliyi ilə bu gün ədəbiyyat ədəbiyyat tarixinin araşdırılması   öyrənilib üzə çıxarılması sahəsində bir çox alim yetişmişdir. Alimin məqalə, kitab resenziyaları müxtəlif səpkilidir. Onun əhatə dairəsi genişdir, ədəbiyyatımızın problemlərinə ədəbiyyatşünaslıq məsələlərinə geniş yer verilir.

P.Xəlilov türk xalqları ilə sıx əlaqə yaradıb. Özbəkistanın Daşkənd Dövlət Universiteti ilə qarşılıqlı əlaqə buna əyani sübutdur. Belə ki, professor P.Xəlilovun Daşkənd universitetində mühazirə oxuması Azərbaycan müəllimlərinin orada iştirakı eləcə , özbək müəllimlərinin Bakı ali məktəblərində olması iki xalq arasında dostluğu daha da möhkəmləndirib. Bu əlaqələrdən hər iki xalq səmərəli istifadə edir.

Professor P.Xəlilovun 22 kitabı işıq üzü görüb. “Əhməd Yəsəvi”, “Ukraynanın böyük Kobzarı”, “Dədə Qorqud”, “İntibah abidəsi”, “Əli və Nino”, “Türk xalqlarının və slavyanların ədəbiyyatı”, “Dostluğun gücü”, “Nəsrimizin üfüqləri”, “Azərbaycan sovet ədəbiyyatı” və s.

Tərcümə sahəsində alimin xidmətləri az deyil. İspan yazıçısının “Don Kixot” əsərini dilimizə çevirməsi, ən qədim dünya tarixini Azərbaycan dilinə çevirmək ideyası P.Xəlilova məxsusdur (Heredot dövrü).

Görkəmli alim haqqında 2010-cu ildə Arif Əmrahoğlu “Professor Pənah Xəlilov” adlı monoqrafiya yazıb.

Professor P.Xəlilov bu gün də tələbələrə öz bilik və təcrübəsini verməkdən yorulmur. O gənc nəslin alovlu vətənpərvər kimi yetişməsində yorulmadan çalışır. O istəyir ki, gənclərimiz tariximizi, ədəbiyyatımızı sevərək oxuyub öyrənsinlər, xalqımıza layiq vətəndaş, kadr olsunlar.

Əziz Pənah müəllim, 85 yaşın mübarək. Redaksiyamızın əməkdaşları adından sizi ürəkdən təbrik edirik.

 

 

HACI TOFİQ SEYİDZADƏ

 

Səs.- 2011.- 15 yanvar.- S. 10.