Azərbaycan beynəlxalq turizm sərgilərində
Azərbaycan Avstriyanın paytaxtı Vyanada 2011-ci ilin ilk Beynəlxalq
Turizm Sərgisində
iştirak edir. “Ferien-Messe Wien 2011” adlanan bu sərgidə
Azərbaycanın turizm
potensialını nümayiş
etdirmək üçün
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən 24 kvadratlıq
lövhə icarəyə
götürülmüşdür. Beynəlxalq sərginin iştirakçıları
arasında nazirliyin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun əməkdaşı Adil
Adilov, analitik təhlil və proqramlar təminatı sektorunun aparıcı məsləhətçisi Türkan
İsmayılova ilə
yanaşı, “Geo travel” turizm şirkətinin nümayəndəsi
də vardır.
Azərbaycan “Ferien-Messe Wien” turizm sərgisində
artıq 5-ci dəfədir
ki, təmsil olunur. Sərgi yanvarın 16-dək davam edəcəkdir.
Nazirliyin
mətbuat xidmətinin
məlumatına görə,
Azərbaycan turizm imkanlarını daha geniş şəkildə
təbliğ etmək
üçün Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşları
cari ilin yanvarında daha bir beynəlxalq sərgidə iştirak edəcəkdir. Belə
ki, yanvarın
20-dən 23-dək Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək “MATKA-2011” sərgisində Azərbaycanın
turizm potensialı ziyarətçilərə 24 kvadratlıq
lövhədə təqdim
olunacaqdır. Sərginin ziyarətçilərinə,
həmçinin, Azərbaycanın
turizm potensialını
nümayiş etdirmək
üçün ingilis
və alman dillərində reklam-çap
məhsulları, disklər,
ölkəmizin istirahət
mərkəzləri və
təbiətini əks
etdirən bukletlər
paylanacaqdır. Azərbaycan
bu sərgidə ilk dəfə təmsil olunur.
Zümrüd
Səs.- 2011.- 15 yanvar.- S. 12.