YAP Ağcabədi rayon təşkilatı
yaranmasının 16-cı ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının yaranmasının 16-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Toplantıda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və YAP rayon təşkilatının sədri Arif Quliyev çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, partiyanın tarixi və fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, hazırda 7449 nəfər üzvü və 98 ərazi ilk partiya təşkilatını birləşdirən rayon təşkilatı Ağcabədinin ictimai-siyasi həyatında, aparılan abadlıq və quruculuq işlərində fəal iştirak edir.
Toplantıda
çıxış edənlər ümummilli lider Heydər Əliyevin
yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin
ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında
oynadığı rolu yüksək qiymətləndirmiş,
ulu öndərin siyasi xəttinin partiyanın sədri,
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini diqqətə çatdırmışlar. Tədbirdə YAP sıralarına qəbul
edilmiş yeni üzvlərə vəsiqələr təqdim
olunmuş, bir qrup partiya fəalı fəxri fərmanlarla təltif
edilmişdir. Sonda yığıncaq
iştirakçıları adından dövlətimizin
başçısı İlham Əliyevə müraciət qəbul
olnmuşdur.
Səs.- 2011.- 18 yanvar.- S. 6.