Uğurlu siyasətin gələcək prespektivləri

 

Yeni Azərbaycan Partiyasının məqsədi dövlətimizi daha da gücləndirmək, insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır

 

Artıq 2011-ci ilin ilk ayını yaşayırıq. Ötən il kimi bu ilin də uğurlu olacağı ilk gündən özünü göstərir. Çünki ölkəmizdə yüksək səviyyədə görülən bütün işlər Azərbaycan dövlətinin qüdrətinin artmasına, yüksəlməsinə xidmət edir. Nəzərə almalıyıq ki, ümumdünya maliyyə-iqtisadi böhranı hələ bitməyib və bir çox ölkələrdə iqtisadi artımdan deyil, iqtisadi tənəzzüldən söhbət gedir. Amma Azərbaycan müstəqil, güclü bir dövlət olaraq, bu kimi problemlərdən çox-çox uzaqdır. Bu isə, Azərbaycanda aparılan siyasətin çox dəqiq və düzgün olmasının nəticəsidir. Qeyd edək ki, əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının da rolu böyükdür.

Çünki YAP-ın məqsədi dövlətimizi daha da gücləndirmək, insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır. Ötən il ölkəmizdə keçirilən seçki prosesləri bunun nəticələri açıq şəkildə göstərir ki, xalqın iradəsi əsas tutulduqdan sonra dövlətin  inkişafı daha da zəruri olur. Xalqın istək arzularının yeganə təminatçısı olan Yeni Azərbaycan Partiyasının əsas prinsipial istiqaməti ölkəmizdə azad seçki mühitinin yaradılması vətəndaş mövqeyinin önə çəkilməsindən ibarətdir. Bu baxımdan YAP-ın ölkəmizin eyni zamanda, regionun aparıcı siyasi qüvvəsi kimi seçki prosesində tutduğu mövqə daha önəmlidir. Yeni Azərbaycan Partiyasının rayon təşkilat sədrləri ilə aparılan söhbət zamanı ümumi fikir o oldu ki, YAP Azərbaycanın Azərbaycan xalqının inkişaf tərəqqi arzularına uyğun gələn bir siyasi partiyadır.

 

Ramiz Şabanov: "YAP Azərbaycan xalqının inkişaf tərəqqi arzularına uyğun gələn bir siyasi partiyadır"

 

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının öz fəaliyyətini Azərbaycanda əldə olunan nailiyyətlərə, insanların ölkəmizdə aparılan siyasəti yüksək qiymətləndirməsinə əsaslandığını bildirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda çox böyük dəyişikliklərin baş verdiyini vurğulayan rayon təşkilatının sədri bildirdi ki, bu böyük dəyişikliklərin uğurlu nəticəsi olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizi Cənubi Qafqaz regionunda lider dövlətə çeviribdir: "Bu siyasətin aparılmasında əsas məqsəd isə hər bir vətəndaşın, hər bir ailənin güzəranı nın daha da yaxşılaşmasıdı. Eyni zamanda, həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün bölgələrində abadlıq- quruculuq işləri aparılır, yeni yollar, körpülər tikilib istifadəyə verilir. Təsadüfi deyil ki, ölkəmiz Cənubi Qafqazda ən güclü iqtisadiyyata malikdir. Eyni zamanda, insanların əməkhaqları, təqaüdləri, sosial müavinətləri tədricən artırılır".

R.Şabanov ölkədə keçirilən seçkilərə toxundu bu seçkilərin YAP-ın böyük qələbəsi ilə başa vurulduğunu söylədi. Bildirdi ki, bu gün Azərbaycan hökuməti real siyasət həyata keçirir:   Bu real  siyasətin nəticəsidir ki, YAP vətəndaşların səsini qazanmaq naminə həyata keçirilməsi mümkün olmayan vədlər vermir. Biz fəaliyyətimizdə reallığı üstün tuturuq. Çünki bu siyasət uğurludur, insanlara fayda verir onlara xidmət edir".

Rayon təşkilat sədri, əvvəlki seçkilərdə olduğu kimi, ötən il parlament seçkilərində müxalifətin uğursuzluğa düçar olduğunu qeyri-obyektiv fikirlərinə toxundu. R.Şabanovun sözlərinə görə, seçki zamanı müxalifət çox vədlər verirdi: "Nəticə oldu? Bilirsiniz, bu adamlar bilmir ki, deputat olmaq istəyən 40 min seçiciyə layiq olmalıdır. Bəzi namizədlər seçicilərə vəd verirdi ki, hər gün sizin yanınızda, evinizdə olacam. Nəzərə alsaq ki, 5 ildə 1500-dən artıq gün var, onda hər gün 10-a qədər evə baş çəkmək lazım gələcək. Təbii ki, bu da real deyildi. Çünki deputatın hər gün seçicilərin evinə getməkdənsə, həmin insanlar üçün çalışması daha effektli olardı. Bir , deputat olmaq istəyənlər müvafiq dairə ərazisində yaşayan 40 min seçiciyə layiq olmalıdır. Bu baxımdan, deyə bilərəm ki, YAP həmişə bütün seçkilərdə cəmiyyətdə layiqli insanları namizədliyə irəli sürüb ötən parlament seçkilərində bu siyasətə əməl etdi".

 

Mehriban Abasquliyeva: "YAP-ın ölkəmizin eyni zamanda, regionun aparıcı siyasi qüvvəsi kimi seçki prosesində tutduğu mövqe daha önəmlidir"

 

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva demokratik dəyərlərin tam bərqərar olduğu ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında, insan faktoruna böyük qiymətin azad seçki mühitinin yaranmasında da özünü göstərdiyini bildirdi: "Azərbaycan özünün malik olduğu demokratik seçki təcrübəsinə əsaslanaraq, bütün seçki proseslərinin azad ədalətli formada keçirilməsinə nail olur. Bunun üçün zəruri olan prinsipial cəhətlərdə mövcud olduğundan, bu prosesin keçirilməsi yüksək ictimai fəallıq nəticəsində baş tutur. Çünki artıq Azərbaycan cəmiyyəti öz seçib-seçilmək hüququnu bilir. Ona görə , vətəndaşın Konstitusion hüququ olan seçki məsələsində tutduğu mövqe onun maraqlarını tam ifadə edir. Təkcə ötən il ölkəmizdə keçirilən parlament seçkiləri prosesinin nəticələrinə gedişinə nəzər salmaq lazımdır ki, bunun bir daha şahidi olasan. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, indi Azərbaycan cəmiyyəti 1990-cı illərin əvvəllərindəki düşüncəyə malik deyil. İndi insanların düşüncəsində, şüurunda inkişaf gedir. Cəmiyyətimiz beynəlxalq institutların tərkib hissəsinə çevrilib. Bütün bunlar isə insanların öz seçim hüququna olan inamlarından etibarlarından irəli gəlir.

Ölkəmizin malik olduğu iqtisadi-siyasi göstəriciləri, yerləşdiyi əlverişli coğrafi mühit onun öz mövqelərini daha da möhkəmləndirməyə, bütün sahələrdə sürətli inkişafı təmin etməyə zəruri imkan yaradır. Düşünürəm ki, bundan sonra da qarşıdakı növbəti seçkilərdə ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP-ın reallaşdırmaq istədiyi bütün ideyalar vətəndaş mövqeyinə tam demokratik prinsiplərə uyğun gələcəkdir".

 

Mirsüleyman Mirxaslı: "YAP təkcə seçki proseslərində deyil, bütün məqamlarda xalqın yanındadır"

 

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ölkəmizin aparıcı ictimai-siyasi gücə malik olan yeganə təşkilatı olan Yeni Azərbaycan Partiyasının təkcə seçki proseslərində deyil, bütün məqamlarda xalqın yanında olduğunu söylədi: "Həmişə öz seçicisinə böyük hörmət ehtiramını açıq şəkildə göstərən YAP xalqın bütün təbəqələri tərəfindən sevgi dəstəklə əhatə olunub. Bu gün, nəinki ölkəmizin, eyni zamanda, regionun ən güclü siyasi təşkilatı olan YAP Azərbaycan xalqının maraqlarının gerçəkləşdirilməsində ən vacib addımlarını atıb. Ona görə , hazırda ölkəmizdə bu siyasi təşkilata alternativ olacaq bir siyasi təşkilat mövcud deyil. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimiz bu gün onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən böyük əzmlə idarə olunur yüksək səviyyədə inkişaf mərhələlərinə qədəm qoyur. Bütün bunların arxasında isə xalqın öz liderinə olan dərin tükənməz sevgisi dayanır. Bu gün bütün dünyada öz liderlik xüsusiyyətləri ilə öndə duran Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan beynəlxalq arenada özünün mövqelərini günü-gündən möhkəmləndirməkdədir.

   YAP-ın həyata keçirmiş olduğu məqsədyönlü düzgün siyasət kursu da məhz bu sadalananların məntiqi davamı kimi qiymətləndirilir. Ona görə , YAP-ın 1993-cü ildən bu günə qədər qatılmış olduğu bütün seçki proseslərində özünün xüsusi dəsti-xətti açıq şəkildə görünməkdədir. Bütün seçkilərdə olduğu kimi, böyük inamla demək olar ki, bu ilin payızında keçiriləcək parlament seçkiləri tam demokratik prinsipləri özündə ehtiva edəcək.

 

 

TAPDIQ QURBANLI,

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 18 yanvar.- S. 7.