Yaranmış gərginliyə
görə məsuliyyət
Ermənistanın üzərinə
düşür
Azərbaycan işğal edilmiş torpaqlarının
azad edilməsi ilə bağlı istənilən variantı
seçmək hüququna malikdir
Bəlli olduğu kimi,
Ermənistanın qeyri-ciddi, destruktiv mövqeyi səbəbindən
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqlar müəyyən mənada səngiyib.
Bununla bağlı, problemin hərb yolu ilə həllinin
qaçılmaz olduğu barədə ciddi fikirlər səsləndirilir
və belə davam edərsə, Azərbaycanın öz
torpaqlarını müharibə yolu ilə azad etməli olacağı
bildirilir. Ümumiyyətlə, hazırkı mərhələdə
danışıqların dayandırılması
münaqişənin sülh variantının gündəmdən
çıxarıldığını və bu mənada,
müharibənin qaçılmaz olduğunu söyləməyə
əsas verirmi? Müvafiq suallara aydınlıq gətirmək
üçün müsahiblərimizə müraciət etdik.
Musa Qasımlı,
tarix elmləri doktoru,
professor, millət vəkili:
- Ermənistanın
hərbi təcavüzü
nəticəsində yaranmış
Dağlıq Qarabağ
münaqişəsinin dinc
yolla nizama salınmasına dair görüşlərin intensivliyinin
azalmasının təqsiri
Ermənistan hakimiyyətinin
üzərinə düşür.
Ermənistan böyük dövlətlərin
və ATƏT-in Minsk Qrupunun
səylərini heçə
endirir, münaqişənin
həllini uzatmağa,
"oldu-bitdi" vəziyyətini
qəbul etdirməyə
çalışır. Ona görə də, regionda yaranmış bütün gərginlik üçün məsuliyyət
Ermənistanın üzərinə
düşür. Hesab edirəm
ki, Ermənistanın hərbi təcavüzünün
nəticələri dinc
yollarla aradan qaldırılmazsa, Dağlıq
Qarabağ münaqişəsi
sülh vasitəsilə
həll olunmazsa, Azərbaycan istənilən
variantı seçmək
hüququna malikdir.
Elşad Mirbəşiroğlu,
politoloq:
- Ermənistan
tərəfinin qeyri-konstruktiv
mövqeyi bizim üçün yenilik deyil. Dağlıq Qarabağ münaqişəsinin
bu günə kimi öz həllinin
tapmamasının səbəbi
Ermənistanın bilərəkdən
müxtəlif bəhanələrlə,
əsaslandırılmamış arqumentlərlə münaqişənin
həllindən qaçmasıdır.
Hazırda danışıqlar prosesində müəyyən
durğunluğun, müəyyən
bir seyrəkliyin əmələ gəlməsinin
bir sıra səbəbləri var. Burada
məsələyə kompleks
yanaşmaq lazımdır.
Ermənistan tərəfi bu
günə qədər
aparılan danışıqların
yalançı sülh
prosesi münaqişənin
həllinə gətirməyəcəyini
artıq sübut edib. Yəni işğalçı tərəf göstərdi
ki, aparılan danışıqlar, ancaq prosesi uzatmağa xidmət edir. Bu baxımdan, Azərbaycan tərəf dəfələrlə
bəyan edib ki,
yalançı sülh
prosesi sonsuzluğa qədər davam etdirilə bilməz. Azərbaycan bu danışıqları,
ona görə davam etdirir ki,
sözügedən danışıqların
konkret nəticəsi olsun. Digər tərəfdən, ötən ilin sonlarında ATƏT-in Astana Sammitində
bizim gözləntilərimiz
çox böyük idi. Lakin dünyanın aparıcı
dövlətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin,
eyni zamanda, Ermənistanın məsələyə
olduqca biganə münasibəti bizim bu gözləntilərimizi
doğrultmadı. Bu baxımdan, hesab edirəm ki, məhz Astana Sammitindən
sonra da danışıqlar prosesinə
ümid əhəmiyyətli
dərəcədə azalmış
oldu. Danışıqlar prosesində tərəflərin
görüşlərində seyrəkliyin yaranması və bu prosesin
səngiməsinin səbəbi,
məhz bu kimi neqativ amillərdir.
Ermənistan tərəf dinc
vasitələrlə münaqişənin
həll olunacağına
heç bir ümid vermir. Bu baxımdan, hesab
edirəm ki, səmərəsiz danışıqların
aparılmasındansa, belə
durğunluğun yaranması
yaxşıdır ki,
tərəflər öz
işlərini və atacağı addımları
görsünlər. Məsələ burasındadır ki, danışıqlar prosesində
müəyyən bir səngimənin yaranması
Ermənistan tərəf
də böyük bir narahatçılıq
doğurmaqdadır. Ermənistan
tərəf artıq
hiss edir ki, Azərbaycan bu mənasız danışıqlara
son qoymaq istəyir və öz ərazilərini hərbi vasitə ilə işğaldan azad etməyə üstünlük
verir. Hesab edirəm ki,
əlimiz danışıqlardan
tamamilə üzülməmişdir.
Biz kifayət qədər diplomatik imkanlarımızdan da istifadə edirik ki, Ermənistana təsiri olan ölkələr, bu təsir vasitələrini
işə salsınlar
və Ermənistanı
sülh danışıqlarına
vadar etsinlər.
Bir sözlə, biz bu istiqamətdə ümidlərimizi
itirməmişik. Bir sülhsevər,
beynəlxalq hüququn
prinsiplərinə hörmətlə
yanaşan dövlət
olaraq, son məqama kimi, biz bu məsələnin
dinc vasitələrlə
həll olunmasına çalışırıq. Əgər proses bu cür davam
edərsə və səmərəsiz danışıqlardan
başqa gündəmə
heç nə gəlməzsə, Azərbaycan
tərəf artıq bu prosesdən, təbii
olaraq, imtina etmək hüququna malik olacaq və
hərb yolunu seçmək məcburiyyətində
qalacaq. Dünyanın güc mərkəzləri
və bu təsir imkanına malik olan dövlətlər
Azərbaycanı hərbi
vasitəyə əl atmaqdan çəkindirmək
üçün Ermənistana
ciddi təzyiq etməlidirlər ki, rəsmi
GÜLYANƏ
Səs.- 2011.- 18 yanvar.- S. 10.