Ermənilər dini siyasət üçün bir alətə çeviriblər

 

Qriqoryan kilsəsinin qəbul etdiyi qərarları erməni diasporu hər zaman böyük həvəslə icra edir

 

Dünyada erməni kilsəsinin vermiş olduğu qərar, erməni diasporası tərəfindən əmr kimi qarşılanır. Terrorun, işğalın, riyakarlığın da məhz bundan qaynaqlandığı bəllidir. Erməni kilsəsinin dini pərdə altında terrorla məşğul olmasına Azərbaycan cəmiyyətində birmənalı fikir mövcuddur. Eyni zamanda, ölkə ziyalıları, cəmiyyətin aktiv təbəqəsinin nümayəndələri, siyasi icmalçılar da bu məsələyə konkret fikir bildirirlər.

 

Azəri-Türk Qadınları ictimai birliyinin sədri Tənzilə Rüstəmxanlı: "Erməni kilsəsinin dindarları bizim millətə qarşı düşmənçilik siyasətinin başında dayanırlar"

 

- İlk öncə qeyd edim ki, Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan arasında olan bütün münaqişələrin başında bu konfliktlərin mərkəzində hər zaman erməni kilsəsi dayanıb. Eyni zamanda, bütünlüklə fitnə-fəsadlı qərarlar erməni kilsəsi tərəfindən verilib. Bu, baxımdan da, erməni diasporasının ən çox eşitdiyi, sitayiş etdiyi qərarlarına uyduğu erməni kilsəsidir. Bu hər zaman belə olub bu gün , belədir. Yəni, erməni kilsəsinin qəbul etdiyi qərarları erməni diasporu hər zaman böyük həvəslə icra edib. Məhz tarixə nəzər salsaq, görərik ki, bütün münaqişələr, Türkiyə Azərbaycan türklərinə qarşı düşmənçilik, Qarabağda aparılan qırğınlar, 1905-1907-ci illərdə soydaşlarımıza qarşı həyata keçirilən vəhşiliklərin başında erməni kilsəsinin dayandığını sübut edən kifayət qədər faktlar mövcuddur. Bu gün , erməni diasporu həmin fəaliyyəti yerinə yetirir. Onlar bizim millətin əleyhinə, şər böhtanlarla, yalanlarla bağlı danışırsa, bunların hamısı erməni kilsəsinin vermiş olduğu qərarlara bağlıdır. Belə bir tendensiya isə müsəlman, ki,  xristian dinində mövcuddur. Amma başlıca fakt odur ki, erməni kilsəsinin dindarları bizim millətə qarşı düşmənçilik siyasətinin başında dayanırlar. Bu səbəbdən , erməni diasporu, erməni Qriqoryan kilsəsinin əlində əsirə çevrilib. Onun vermiş olduğu qərarlar erməni diasporu tərəfindən proqram şəklində həll edilir. Elə qondarma erməni soyqırımı məsələsini məhz din adamlarının gündəmdə saxlaması Qriqoryan kilsəsinin bu işdə rolunu açıq şəkildə büruzə vermiş olur. Əslində isə, ermənilər dini siyasət üçün bir alətə çeviriblər. Onların diasporaları da bu işdə öndə getməyə çalışır.

 

Qriqoryan kilsəsinin qərarı Ermənistan dövlətinin qərarlarından daha güclüdür

 

- "Ümumiyyətlə, erməni Qriqoryan kilsəsinin vermiş olduğu qərarlar, Ermənistan dövlətinin vermiş olduğu qərar kimi qiymətləndirilə bilərmi" sualına T.Rüstəmxanlının mövqeyi birmənalı oldu. O bildirdi ki, bəlkə , erməni Qriqoryan kilsəsinin qərarı Ermənistan dövlətinin qərarlarından daha güclüdür. Çünki burada bir məqsədə xidmətin mövcud olduğunu bildirən T.Rüstəmxanlı bu baxımdan da Ermənistan dövlətinin üzdə özünü bu məsələlərdən uzaq kimi göstərməyə çalışsa da, gizlində bu işlərlə məşğul olduğunu bildirdi: "Bundan əlavə, bu gün qondarma erməni soyqırımı məsələsinin bir sıra Avropa dövlətlərinin parlamentlərindən keçməsi , din faktoru ilə bağlı olan amillərdən irəli gəlir. Onlar bütün bunlarla yanaşı, xristianlığı ilk qəbul edən millət görüntüsünü yaratmaq iddiasındadırlar".

 

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli: "Erməni kilsəsi dünyada, xüsusən , xristian kilsələri arasında yeganə kilsədir ki, öz fəaliyyətində terror digər qeyri-insani ənənələri əsas götürür"

 

- XIX əsrin sonlarından başlayaraq, erməni kilsəsi faktiki olaraq, dünyanın bir çox ölkələrində, xüsusilə, Türkiyədə ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırım siyasətinə rəhbərlik edib. Qondarma böyük Ermənistan ideyasının mənbəyində , məhz erməni kilsəsi dayanıb. Erməni kilsəsi dünyada, xüsusən , xristian kilsələri arasında yeganə kilsədir ki, öz fəaliyyətində terror digər qeyri-insani ənənələri əsas kimi götürür. Bu baxımdan erməni kilsəsini, faktiki olaraq, terrorla məşğul olan bir qurum kimi qəbul etmək tamamilə mümkündür. Faktlar nəticəsində , bu hallar öz təsdiqini tapmış məsələlərdəndir. Digər tərəfdən ermənilərin məhz kilsə tərəfindən idarə olunması sübut edir ki, ermənilərin azərbaycanlılara, türklərə qarşı həyata keçirdiyi soyqırım siyasətində təkcə milli faktorlar əsas kimi götürülmür. Eyni zamanda, burada dini amillər özünü açıq şəkildə nümayiş etdirir. Bu isə erməni Qriqoryan kilsəsinin başqa dinlərdən olan insanlara qarşı həyata keçirdiyi dini motivli soyqırım siyasətidir. Elə bu səbəbdən , erməni Qriqoryan kilsəsinin terrorçu, aqressiv separatçı təşkilatları bir arada birləşdirən faktor kimi ortada olması da danılmazdır.

 

Erməni kilsəsi terrorun, təcavüzkar, aqressiv siyasətin, separatçılığın stimullaşdırıcı mənbəyidir

 

- Digər tərəfdən erməni kilsəsi, faktiki olaraq, bir millət kimi deyil, dini zəmində başqa dinlərdən, millətlərdən olan insanlara qarşı birləşmiş aqressiv siyasət yürüdən, müasir dünyagörüşü olmayan, sivil faktorlara söykənməyən bir təşkilatdır. Dünyanın bir sıra alim siyasi xadimləri erməniləri bir millət kimi deyil, daha çox təşkilat kimi qəbul edirlər. Bu təşkilatın başında isə erməni Qriqoryan kilsəsi dayanır. Beləliklə , bir daha sübut olunur ki, erməni kilsəsi terrorun, təcavüzkar aqressiv siyasətin separatçılığın stimullaşdırıcı mənbəyidir.

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni: "Erməni diasporu, erməni milləti öz qarşısına qoyduğu məqsəd vəzifələr uğrunda mübarizədə həmişə kilsə faktorundan yararlanıb"

 

- Ümumiyyətlə, erməni məhfumunun, sindromunun texnologiyasjnı öyrənən zaman təbii ki, burada Qriqoryan kilsə faktorunun çox vacib bir yer tutduğunu görmək mümkündür. Erməni diasporu, erməni milləti öz qarşısına qoyduğu məqsəd vəzifələr uğrunda mübarizədə həmişə kilsə faktorundan yararlanıb. Bu baxımdan da, diasporunu öz ətrafında birləşdirən, birmənalı şəkildə öz əmrlərinə tabe etdirən erməni Qriqoryan kilsəsi həmişə müsəlmanlara qarşı böyük aqressiya ilə yanaşıb. Bütün məqamlarda isə Qriqoryan kilsəsi erməni diasporunun işini tənzimləyən, işğalçılığa terrora tarixdə məlum olan digər əməllərə sövq edən mərkəzi rolunu oynayıb. Elə bu səbəbdən , hal-hazırda da, Eçmiəzdindən bütün dünyaya öz təsirini göstərən bir erməni kilsəsi mövcuddur. Məhz onlar bu cür təsir vasitələri ilə digər dindən olan millətlər xalqlara qarşı düşmənçilik siyasəti həyata keçirirlər. Bu sıradan onların Azərbaycan türklərinə qarşı həyata keçirmiş olduğu vəhşilikləri tarixi xronologiya ilə qeyd etsək, Qriqoryan kilsəsinin tam məğzini açmış olarıq. 

 

Politoloq Qabil Hüseynli: "Erməni katolikosunun verdiyi əmrlər bəzən, Ermənistan prezidentinin verdiyi əmrlərdən daha təsirli olur"

 

- Bizim eradan əvvəl 95-ci ildən sonra erməni dövləti bütünlüklə süquta uğradı. Elə bunun nəticəsi olaraq erməni dövləti tamamilə dağıldı. Beləliklə də, təxminən 2500 il ərzində ermənilərin dövlətçiliyi olmadı. Bu müddətdə isə ermənilər arasında dövlətçilik funksiyasını, hətta bütün dünyaya səpələnmiş ermənilərin bir-biri ilə əlaqəsinin qurulması funksiyasını erməni Qriqoryan kilsəsi öz üzərinə götürmüşdü. Həmin dövrlərdə erməni kilsəsi vətəndaşlıqla bağlı qərarlar çıxarır, insanların mal-mülkiyyəti haqqında arayışlar verir, hətta notariat funksiyalarını belə yerinə yetirirdi. Yəni, dövlətin yerinə yetirə biləcəyi funksiyaları kilsələr və onun yerlərdəki nümayəndəlikləri icra edirdi. Bu nöqteyi-nəzərdən həm erməni millətinin formalaşması, həm də, ona millətçilik şüurunun aşılanmasında da, erməni kilsəsinin çox böyük rolu olub. Bu gün də, erməni kilsəsinin təsir dairəsindən danışırıqsa, onun hətta dövlət üstü təsir imkanlara malik olması barədə söhbətlər gedirsə, səslənən faktlar tamamilə həqiqətə uyğundur. Çünki erməni katolikosunun verdiyi əmrlər bəzən Ermənistan prezidentinin verdiyi əmrlərdən daha təsirli olur. Xüsusilə, bütün dünya miqyasında təmsil olunan ermənilər üçün bu amil özünü təsdiq edib. Bu səbəbdən də, bir sıra erməni terrorçu təşkilatlarının yaranıb formalaşmasında erməni Qriqoryan kilsəsinin böyük rolu olub.

 

XIX əsrin sonlarında başlayaraq, türklər və azərbaycanlılara qarşı qırğınlar törətmiş Daşnaksütunun gizli komitələrinə xeyir-dua verənlərdən birincisi məhz erməni Qriqoryan kilsəsi olub

 

- XIX əsrin sonlarında türklər və azərbaycanlılar arasında böyük qırğınlar törətmiş Daşnaksütunun partiyasının yaratdığı gizli silahlı erməni komitələrinin yaranmasına xeyir-dua verənlərdən birincisi məhz erməni Qriqoryan kilsəsi olubdur. Eyni zamanda, XX əsrin 50-60-cı illərində olduqca fəallıq göstərən ASALA, erməni terrorçu təşkilatının ərsəyə gəlməsində və fəaliyyətində erməni Qriqoryan kilsəsinin köməkedici rolu danılmazdır. Bütün bunlar isə, onu göstərir ki, erməni kilsəsi dünyanın hər yerində ermənilərə münasibətdə bir növ dövlətçilik missiyasını da öz üzərinə götürür. Buraya dini hisslər də, əlavə edildikdə, erməni kilsəsinin daha təsirli, daha nüfuzedici bir rola malik olduğu tam təsdiqlənir.

 

 

TAPDIQ QURBANLI,

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 15 yanvar.- S. 11.