Joze Manuel Barrozu Müasir İncəsənət Muzeyində olub

 

Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Müasir İncəsənət Muzeyində olmuşdur.Qonağa məlumat verilmişdir ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək yaradılmış ən yaxşı avanqard rəsm heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı gənc, əsasən, avanqard üslubda işləyən rəssam heykəltəraşlarının 1000-dək işi toplanmışdır. Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran art-kafe fəaliyyət göstərir. Bildirilmişdir ki, muzeyin beynəlxalq əlaqələri genişlənir. Bu muzey 47 ölkə təmsil olunacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir. Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, bir çox digər fırça tişə ustalarının əsərləri ilə tanış olmuşdur.

 

 

Zümrüd

 

Səs.- 2011.- 18 yanvar.- S. 12.