İslamı siyasiləşdirməyə
cəhd göstərən qüvvələr var
- Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün aparılan sülh danışıqları
2010-cu ildə də heç bir nəticə vermədi. Azərbaycanın
2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində planları nədən ibarətdir? Bakı
münaqişənin həlli ilə bağlı siyasətinə
yenidən baxa bilərmi?
- İndiyədək nəticə olmamasına baxmayaraq Azərbaycan 2011-ci ildə də münaqişənin həlli istiqamətində diplomatik səylərini davam etdirəcək. Nəticənin olmamasının əsas səbəbi ermənilərin bu məsələni süni formada uzatmağa cəhd göstərmələri, qeyri-konstruktiv mövqe tutmalarıdır, əvvəllər razılaşdırılmış məsələlərə təkrar-təkrar yenidən qayıtmalarıdır və razılaşdırılmış məsələləri yenidən gündəmə gətirmələridir.
Amma bütün bunlara baxmayaraq Azərbaycan tərəfi, cənab prezident İlham Əliyev hesab edir ki, beynəlxalq təşkilatların dəstəyi ilə birbaşa və çoxtərəfli danışıqların hələ bütün potensialı tükənməyib. Ona görə də danışıqlar prosesi davam etdiriləcək. Biz beynəlxalq təşkilatlara təzyiqlərimizi bir qədər də artıracağıq. Erməni tərəfinə diplomatik təzyiqlərimizi artıracağıq ki, nəhayət, bu məsələnin həllində bir irəliləyiş olsun. Buna bütün gücümüzlə çalışacağıq.
Eyni zamanda, Azərbaycan ordu quruculuğunu, hərbi sənayenin inkişafını, ölkənin müdafiə qüdrətinin artırılması səylərini, tədbirlərini davam etdirəcək. Bu da Azərbaycanın dövlət büdcəsində özünü göstərir. 2011-ci il üzrə hərbi büdcəmiz 3 milyard dollardan artıqdır. Sülh danışıqları nəticə verməsə və diplomatik səylər baş tutmasa, Azərbaycan torpaqlarını istənilən vasitə ilə işğaldan azad etmək hüququnu özündə saxlayır və bu istiqamətdə tədbirlər həyata keçirəcək. Ona görə də hesab etmirəm ki, Azərbaycan 2011-ci ildə Dağlıq Qarabağla bağlı yürütdüyü siyasəti dəyişəcək. Lakin qarşı tərəfə və münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara hərtərəfli təzyiqlərimizi artıracağıq.
- Torpaqların işğaldan azad
olunması üçün başqa variant dedikdə daha
çox müharibə nəzərdə tutulur. Sizcə, Azərbaycan
müharibəyə başlamaq məcburiyyətində qalarsa,
beynəlxalq ictimaiyyətin məsələyə reaksiyası
necə olacaq? Azərbaycan hansısa sanksiyalarla üzləşə
bilərmi?
- Əvvəla, başqa variant yalnız müharibə deyil. Başqa variant həm də hərbi təzyiq, güc göstərməkdir. Öz torpaqlarını işğaldan azad etmək hüququ Azərbaycanda qalır. Heç kim bu hüququ Azərbaycanın əlindən ala bilməz. Amma indiki dövrdə mübahisəli məsələlərin həlli məqsədilə hərbi gücə əl atan, müharibə aparan ölkəyə o qədər də yaxşı baxmırlar. Bununla belə, heç bir ölkə Azərbaycan ərazisini daima işğal altında saxlaya bilməz. Azərbaycanın müharibə variantına əl atmaq məcburiyyətində qalacağı halda beynəlxalq ictimaiyyətin buna reaksiyasının necə olacağına gəlincə, hesab edirəm ki, hazırda tətbiq olunmayan variantı proqnozlaşdırmağa ehtiyac yoxdur. Lazım gələndə bütün bu nüanslar nəzərə alınacaq. Amma hər hansı beynəlxalq təhdid, təzyiq, embarqo və sair hallar Azərbaycan xalqının iradəsini sındıra bilməz. İstənilən variantda Azərbaycan bütün nüansları göz önünə alacaq.
- Əli müəllim, dəfələrlə
deputatlar Dağlıq Qarabağ münaqişəsinin Milli Məclisdə
müzakirə olunmasını təklif ediblər.
Qarşı tərəf olan Ermənistanın parlamentində
son illərdə bir neçə belə müzakirə olub.
Yaxın zamanlarda Milli Məclisdə, yaxud başqa formatda
ictimaiyyət nümayəndələrinin iştirakı ilə
münaqişənin həlli ətrafında yaranmış vəziyyət
müzakirəyə çıxarıla bilərmı?
- Hələlik buna ehtiyac duyulmur. Çünki ortada real qərar yoxdur ki, onun qəbulu üçün ictimaiyyətlə, əhali ilə məsləhətləşmə aparılsın. Əgər ciddi qərar qəbul olunacaqsa, ictimaiyyətlə, əhali ilə mütləq məsləhətləşmə aparılacaq.
- Son zamanlar “Siyasi partiyalar
haqqında” yeni qanunun qəbul edilməsi və partiyaların
dövlət büdcəsindən maliyyələşməsi
məsələsi gündəmə gətirilir. Prezident
Administrasiyasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi
üzərində iş gedirmi? Ümumiyyətlə, yeni
qanuna ehtiyac varmı və partiyaların dövlət büdcəsindən
maliyyələşməsi mümkündürmü?
- Prezident
Administrasiyasında belə bir layihə hazırlanmır. Amma bununla
bağlı müxtəlif təşəbbüslər var.
Ayrı-ayrı siyasi partiyalar və deputatlar “Siyasi partiyalar
haqqında” yeni qanunun qəbul edilməsi təşəbbüsü
ilə çıxış ediblər. Neçə
illərdir ki, bu məsələ müzakirə olunur. Yalnız onu deyə bilərəm ki, “Siyasi partiyalar
haqqında” qanuna əlavə və dəyişikliklər
edilməlidir. Qanuna yenidən
baxılmalı, o, Azərbaycan Konstitusiyasına, mövcud
ictimai-siyasi vəziyyətə və Azərbaycanın beynəlxalq
öhdəliklərinə
uyğunlaşdırılmalıdır. 1992-ci
ildə qəbul edilən qanun yalnız siyasi fəaliyyət
azadlığını deklorativ formada bəyan edən sənəddir.
Amma partiyaların hüquqi-normativ fəaliyyətinin
tənzimlənməsi, partiya institutunun bütün digər
funksiyalarının müəyyənləşdirilməsi,
dünyada mövcud olan digər praktikaların nəzərə
alınması, partiyaların ictimai-siyasi institutlar kimi dövlət
büdcəsindən maliyyələşdirilməsi kimi məsələlər
müzakirə tələb edir. Hesab edirəm
ki, hazırda Azərbaycanda əhalinin sayına qeyri-mütənasib
şəkildə siyasi partiyalaşma vəziyyəti
mövcuddur. Partiyalar həddindən
artıq çoxdur. 40-dan çox partiya
dövlət qeydiyyatından keçib. Təxminən
eyni sayda partiya yaratmaq təşəbbüsləri
mövcuddur, bununla bağlı iddialar olub. Bütün bunlar onu göstərir ki, bu məsələlər
geniş müzakirəyə çıxarılmalıdır.
Bu müzakirələrin nəticəsi olaraq məsələyə
baxılmalıdır. Əlbəttə,
parlament və Azərbaycanın siyasi palitrasının
nümayəndələri bu məsələ ilə
bağlı ümumiləşmiş hansı qərara gəlsələr,
biz onu dəstəkləyəcəyik.
- Dünya təcrübəsi necədir? Belə fikirlər
var ki, dünyada yalnız parlamentdə təmsil olunan partiyalar
dövlət büdcəsindən maliyyələşir. Azərbaycan
da bu varianta üstünlük verəcək, yoxsa parlamentə
düşməyən partiyaların da dövlət büdcəsindən
maliyyələşməsini mümkün hesab edirsiniz?
- Dünyada müxtəlif təcrübələr
mövcuddur. Hətta Avropa Birliyinə üzv
olan 27 ölkənin bəlkə də dörd-beş fərqli
modelləri var. Almaniyada bir cürdür, Böyük
Britaniyada başqa variantdır. Hər halda
müxtəlif modellər var. Bu modellərin hansının Azərbaycanda
keçərli olması müzakirələr zamanı bəlli
olacaq.
- Son günlər Azərbaycanın hüquq mühafizə
orqanları bir sıra həbslər həyata keçirib. Nəticədə
İslam Partiyasının sədri Mövsüm Səmədov,
partiyanın bir sıra funksionerləri, milli hərəkatın
liderlərindən olmuş Nemət Pənahlı həbs
olunub. Bu həbslərin siyasi xarakterli
olmasına dair iddialar mövcuddur. Həbslərdə
hansısa siyasi çalar varmı?
- Hələlik bu məsələlərə
məhkəmədə baxılmayıb, təhqiqat
aparılmayıb və məhkəmə qərarı yoxdur. Belə bir vəziyyətdə Prezident
Administrasiyası rəsmisinin məsələyə münasibət
bildirməsi qeyri-normal haldır. Bu, istənilən
halda prosesə təsir göstərə bilər. Amma bütövlükdə götürdükdə
Azərbaycanda baş verən proseslərin əksəriyyəti
qanunlar çərçivəsində aparılır və
qanunla tənzimlənir. Hesab etmirəm ki,
bu və ya digər aksiyalarda qanundan kənar hansısa əməllərə
yol verilir.
- Azərbaycanda islamın siyasiləşməsi
haqqında fikirlər mövcuddur. Ekspertlər hesab edirlər
ki, dünyəvi demokratik müxalifət zəiflədiyinə
görə onun yerini radikal dini qüvvələr tutur. Azərbaycanda islamın siyasiləşməsi
haqqında deyilənləri
bölüşürsünüzmü?
- Azərbaycanda islamı
siyasiləşdirməyə cəhd göstərən
qüvvələr var. Əslində onlara hələlik
qüvvə demək də olmaz. Hər halda müəyyən
dairələr var ki, islamı siyasiləşdirməyə, islam adı altında, islam faktorundan istifadə
etməklə insanları öz ətraflarına toplayıb
siyasi hakimiyyətə gəlməyə cəhd edirlər. Onlar bu kontekstdə proseslərə təsir göstərmək
istəyirlər. Bütün bunlar Azərbaycan
Konstitusiyasına, qanunlarına ziddir. Azərbaycanda
siyasi fəaliyyət azadlığı təmin olunub, lakin
islamla siyasətin sərhədi, çərçivəsi də
dəqiq müəyyən edilib. Ona görə
də bu sərhədi keçən insanlar qanunla və qanun
müdafiəçiləri ilə üz-üzə gəlməli
olurlar.
Bu məsələlərin
Azərbaycanda siyasi partiyaların fəaliyyəti ilə əlaqələndirilməsinə
gəlincə, mən burada ciddi əsas görmürəm. Hazırkı
siyasi partiyalar nəinki islamdan, lazım olanda islamdan da o tərəfə
keçib istənilən məsələdən hakimiyyətə
qarşı istifadə etmək cəhdində bulunurlar. Hər halda onların indiyə qədərki fəaliyyətində
sistemsizlik var. Hakimiyyətə nə pisdirsə, onlar
üçün o, yaxşıdır. Hətta
dövlətçiliyin əleyhinə çevrilmiş
aksiyalar da antihakimiyyət xarakteri daşıyırsa, bizim
müxalifət onu dəstəkləyir. Ona
görə də onları hansısa ideologiyasına, fəaliyyət
prinsiplərinə görə fərqləndirmək
mümkün deyil.
Azərbaycan müxalifətini,
xüsusən də radikal müxalifəti birləşdirən
ümumi bir məsələ var: onlar hakimiyyətə gəlmək
üçün istənilən vasitəni məqbul hesab edirlər.
Hətta təsəvvür edin ki,
dünyanın hansısa bölgəsində baş verən
hadisəni dərhal Azərbaycanla analoqlaşdırmağa, Azərbaycana
uyğunlaşdırmağa çalışırlar. Azərbaycanda bu gün artıq
Azərbaycan
müxalifətini heç vaxt iqtidar zəiflətməyib,
iqtidar müxalifəti ortadan çıxartmağa cəhd
göstərməyib, bundan sonra da göstərməyəcək. Azərbaycan cəmiyyəti
demokratik cəmiyyətdir. Biz siyasi
partiyaları demokratik cəmiyyətin tərkib hissəsi, əsas
institutları kimi qəbul edirik və onların fəaliyyəti
üçün lazımi şərait yaradılır. Lakin partiyaların özlərinin fəaliyyətindəki
sistemsizlik, prinsipsizlik sonda onları həqiqi mənada zəiflədir
və insanlar onlardan üz döndərirlər. İnsanlar öz qurtuluşlarını, gələcəklərini,
ictimai-siyasi fəaliyyətlərini başqa yönlü
qurumlarda axtarırlar.
- İranın dini liderləri son
vaxtlar Azərbaycanla bağlı bəyanatlarla
çıxış edirlər. Onlar
hicab məsələsinə və dindarların həbsinə
görə Azərbaycanı ittiham edirlər. Bu bəyanatları necə qiymətləndirirsiniz?
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda dini
qüvvələrin radikallaşmasının arxasında həm
də İran dayanır. Siz də qeyd etdiniz ki, bəzi
qüvvələr Azərbaycanda islamı siyasiləşdirməyə
cəhd edirlər. Bu dairələr arasında
İran varmı?
- Xeyr, biz bu məsələ
ətrafında birbaşa olaraq İran dövlətini
görmürük. Əlbəttə, İran
böyük əhaliyə malik dövlətdir, müxtəlif
ictimai-siyasi institutların, təşkilatların fəaliyyət
göstərdiyi böyük ölkədir. Orada Azərbaycanla
bağlı hər hansı çağırışlar ola, hansısa yazılar, məqalələr dərc
edilə bilər. Amma biz bunların bilavasitə İran
dövləti ilə bağlılığını təsdiqləmirik
və buna əsasımız da yoxdur.
İran
dövləti bu məsələlərlə bağlı
öz bəyanatını səsləndirib. Onlar Azərbaycanın
daxilində gedən proseslərə qarışmırlar və
qarışmaq fikrində olmadıqlarını da bəyan
ediblər. Amma müəyyən institutların, din xadimlərinin,
siyasi partiyaların, ictimai təşkilatların bu məsələlərlə
bağlı müxtəlif şərhləri,
yanaşmaları ola bilər. Həm də bu yalnız İranda deyil.
Qardaş Türkiyədə, digər ölkələrdə
də müraciətlər, bəyanatlar olur. Hər
halda biz bunlara fikir plüralizmi kimi baxırıq.
- Əli müəllim, müxalifət
və mətbuat
- Mən buna heç bir zəmin
görmürəm. Tunislə Azərbaycan
arasında heç bir oxşarlıq yoxdur. Ona görə də bəri başdan Azərbaycan
müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən
çəkinməyə çağırıram. Hazırda Azərbaycan müxalifəti və onun
funksionerləri tökülüb küçələrə
özünü yandırmağa göysatan axtarırlar ki, bəlkə
bu yolla Azərbaycanda hakimiyyətə gələ bildilər.
Bilirsiniz,
demokratik cəmiyyət, demokratik dövlət quruluşu,
demokratik fəaliyyət prinsipləri belə təsadüfi
oxşarlıqları inkar edir və fəaliyyət belə təsadüfi
faktlar üzərində qurula bilməz. Normal cəmiyyətlərdə
seçki yolu ilə hakimiyyətə gəlmək bu gün qəbul
olunmuş ən məqbul vasitə və yoldur. Biz Azərbaycanda yalnız demokratik seçki yolu ilə
hakimiyyətə gələn qüvvələri dəstəkləyirik
və onların fəaliyyətinə dəstək veririk.
Başqa yollarla Azərbaycanda hakimiyyətə gəlmək
ənənəsinə artıq 1995-ci ildən son qoyulub.
Bu fikirdə olan insanlar artıq Azərbaycan cəmiyyətində
öz arxalarında nəinki sosial dayaq, heç bir-iki nəfər
də cəmləşdirə bilmirlər. Azərbaycan müxalifətinin son parlament
seçkisindəki biabırçı məğlubiyyəti
də onu göstərdi ki, Azərbaycanda vətəndaşlar
radikalizmə birdəfəlik yox deyiblər.
Amma bununla bərabər
biz öz hakimiyyətimizi, bugünkü idarəçiliyimizi
ideal saymırıq. Bizim də səhvlərimiz ola bilər.
Cəmiyyəti narahat edən bəzi məsələlər
ətrafında fəaliyyətimiz tam dolğun olmaya bilər.
Biz bunları araşdırırıq. Bunları bizə çatdıran mətbuata,
müxalifət nümayəndələrinə həmişə
təşəkkür etmişik və öz idarəçiliyimizin
bu və ya digər neqativ proseslərini bütün vasitələrdən
istifadə edərək araşdırıb aradan
qaldırmağa çalışmışıq. Bax, buna deyərəm müxalifətçilik,
opponentlik. Yoxsa hardasa və hansısa təsadüfi yolla
nəyəsə nail olmaq, cəmiyyəti
qarışdırmaq cəhdləri qəbuledilməzdir. Biz bu prosesi yaşayıb keçmişik.
- Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev 2010-cu ildə televiziyaların fəaliyyətini
ciddi tənqid etdi. Bu tənqiddən
sonra Azərbaycan televiziyalarının fəaliyyətində
hansısa dəyişiklik varmı?
- Dövlət
qulluqçusunun, xüsusən də Prezident
Administrasiyasında işləyən məmurun vəzifəsi
bilavasitə ondan ibarətdir ki, ictimaiyyəti narahat edən məsələləri
araşdırsın, ümumiləşdirsin və onların
aradan qaldırılması yollarını axtarsın. İctimaiyyəti qane edən, insanların mədəni,
ictimai-siyasi həyatını yaxşılaşdıran sahələrin
inkişafı ilə bağlı proqramları dolğun təmin
etsin.
Əlbəttə,
televiziyalardakı vəziyyət cəmiyyətin müəyyən
qismini narahat edir, bu narazılıqlar bizim tərəfimizdən
öyrənilir, ümumiləşdirilir və müvafiq tədbirlər
görülür. Milli Televiziya və Radio Şurası
bununla bağlı müəyyən addımlar atır. Qurum rəhbərinin son
çıxışını prinsipcə dəstəkləyirik.
Çünki sözün həqiqi mənasında
Azərbaycan ictimaiyyətini, gəncliyini, gələcəyini
bir neçə kommersiya strukturunun ixtiyarına buraxmaq olmaz.
Kommersiya proqramları olmalıdır, eyni
zamanda, televiziyalar vətəndaş cəmiyyətinin
mühüm institutları kimi milli dəyərlərin
qorunması, gənc nəslin yetişməsi, gələcəyə
hazırlanması sahəsində də müəyyən məsuliyyət
daşıyırlar. Əlbəttə,
Ramiz müəllimin həmin məqaləsindən sonra müəyyən
dəyişikliklər, irəliləyişlər var. Lakin
müəyyən neqativ hallar hələ də davam edir.
- Müsavat Partiyasından son
istefaları necə qiymətləndirirsiniz? Sizcə, bu istefalar nəyin nəticəsidir?
- Müsavat
Partiyasının bu çətin vəziyyətindən
istifadə edib onlar haqqında fikir bildirmək istəmirəm. Arzu edirəm
ki, bu partiya özünü və
bütövlüyünü qoruyub saxlaya bilsin.
Səs.- 2011.- 20 yanvar.- S. 3.