20 Yanvar
1990-cı il - dövrümüzün
ən böyük milli-azadlıq hərəkatlarından
birinin tarixidir
- Kərim müəllim, 20 Yanvar faciəsindən 21 il ötür. Tarixçi alim kimi, sizcə,
bu hadisə Azərbaycan tarixində necə qiymətləndirilə
bilər?
- 20 Yanvar 1990-cı il - dövrümüzün ən
böyük milli-azadlıq
hərəkatlarından birinin
tarixidir. Belə bir fikir söyləmək
üçün yalnız
20 Yanvar deyil, bu vaxta qədər
olan hadisələr və ondan müstəqilliyin
ilk dövrlərinədək
olan tarix birlikdə nəzərdən
keçirilməlidir.
- Bu halda, ilk əvvəl
bu milli-azadlıq hərəkatının səbəbləri
üzərində dayanaq...
- Bunun üçün SSRİ-də 1980-cı illərin
ortalarından 1990-cı ilin
yanvarınadək olan
şərait nəzərə
alınmalıdır. Bu şəraitin
bütün təfsilatı
üzərində dayanmadan,
qısaca desək, həmin dövrdə
SSRİ son mərhələsini
yaşayırdı. Bu
kontekstdə Ermənistan,
əvvəllər də
olduğu kimi
(1918-1920, 1920-1923, 1945 və s.), yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış
edir. SSRİ rəhbərliyi
isə müxtəlif
vasitələrlə Ermənistanı
və Azərbaycandakı
erməni separatçılarını
dəstəkləyirdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın o vaxtkı rəhbərləri
cərəyan edən
hadisələrin mahiyyətini
anlamır, tarixi məsuliyyətlərini dərk
edə bilmirdilər. Ölkənin taleyüklü
problemini xalq öz üzərinə götürdü. Azərbaycanda
geniş xalq hərəkatı meydana gəldi. Adətən,
xalq hərəkatları
geniş miqyasına, əhalinin bütün təbəqələrini əhatə
etməsinə, yalnız
ölkə deyil, bütövlükdə, region
və dünya üçün də ciddi əhəmiyytə malik olmasına görə, onun tərkibində müxtəlif
siyasi qüvvələr
də olur. Birmənalı şəkildə demək olar ki, 1980-cı illərin sonları - 90-cı illərin
əvvələrində Azərbaycanda
xalq hərəkatında
milli azadlıq istiqaməti, dövlətin
ərazi bütövlüyünün
təmin edilməsi uğrunda mübarizə üstün yer tuturdu. Bu, Azərbaycan xalqına qarşı açıq-aşkar
düşmənçilik xətti
yeridən SSRİ rəhbərliyini
təmin etmirdi. Ona görə də, sovet dövlətinin ən yüksək dairələrində
Azərbaycan xalqına,
onun milli-azadlıq hərəkatına, sözün
əsil mənasında
divan tutmaq qərara alındı.
- 20 Yanvar hadisələrinə dair ən xarakterik faktların tarixi-nöqteyi
nəzərdən araşdırılması
da vacib məsələlərdəndir. Bu araşdırmalar hansı faktları ortaya çıxarır?
- 20 Yanvar hadisələrinə
dair müəyyən
faktlar xalqımıza
yaxşı məlumdur.
Onların hamısı
üzərində xüsusi
dayanmaq istəmirəm,
amma elə faktlar var ki,
mütləq qeyd edilməlidir. Məlumdur ki, əvvəllər
çar, sonralar isə Sovet Rusiyası dövründə
Bakını ələ
keçirmək üçün
məxsusi "Bakı
əməliyyatı" hazırlanmışdı.
1723, 1806 və 1920-ci illərdəki
əməliyyatlar nəticəsində
Bakı işğal edilmişdi. 1990-cı il
20 Yanvar "Bakı əməliyyatı" isə
tamam fərqli oldu. SSRİ kimi bir imperiya bu
əməliyyatla süqutunu
təsdiqlədi. Burada
çox maraqlı bir faktı da xatırlatmaq istəyirəm. 1920-ci ildə
sovet hakimiyyəti ilk dəfə Bakıda qurulmuşdu. Gəncədə, Qarabağda,
Zaqatalada və Azərbaycanın digər
yerlərində isə
güclü antisovet üsyanları baş vermişdi. Təxminən
70 il sonra Bakıda baş verən xalq hərəkatı və ona qarşı silahlı əməliyyat isə sovet sisteminin dağılmasını
müəyyənləşdirdi.
Əlbəttə, 20 Yanvar
(sonrakı günlər
də nəzərə
alınmaqla) ümum-Azərbaycan
hadisəsi idi. Bütün hallarda hərəkat iştirakçılarına
qarşı çox böyük qəddarlıq
nümayiş etdirilmişdi.
Rəsmi
məlumatdan bəzi faktlara diqqət yetirək: öldürülən
96 nəfərə aid
məlumatdan aydın olur ki, onlardan
42 nəfəri piketdə
(33 nəfər əvvəldən,
9 nəfər sonra),
23 nəfər maşında,
7 nəfər evdə,
19 nəfər evlərinin yaxınlığında, 5 nəfər
isə müxtəlif
yerlərdə öldürülmüşdür.
Əslində, rəqəmlər
hər şeyi aydın ifadə edir. 96 nəfərdən yalnız 33 nəfər piketdə öldürülmüşdür
(qalan 9 nəfər isə sonradan gəlib). Deməli, əsas ideya məhz xalqa (!) divan tutmaq olub.
Digər bir fakt: silahla öldürülən
82 nəfərdən 38 nəfər
öndən, 44 nəfər
isə arxadan güllələnmişdir. Onlardan
29 nəfəri başdan,
39 nəfəri bədəndən
(68 nəfər) vurulmuşdur,
9 nəfər hərbi
texnikanın tırtılları
altında qalmışdır.
Bu öldürülənlərdən
müəyyən hissəyə
aid məlumatlardır.
Belə faktlar təhlil olunarkən öldürülmə ehtimalı
olan adamlar, onların keçirdikləri
hisslər və s. də nəzərə
alınmalıdır. Tətbiq
olunan silahlar, texnika da xüsusi
söhbətin mövzusudur.
Burada xatırlatdığımız və bizə məlum olan digər faktlar qəddarlığın miqyasını
tam təsəvvür
etməyə imkan verir. İstər Azərbaycan, istər də dünya tarixindən bizə məlum olan oxşar hadisələrlə
müqayisə aparsaq,
deyə bilərik ki, qeyd edilən
nəticə xalqın gücü və qüdrətini, onun iradəsini, ona qarşı duran qüvvələrin isə acizliyini, çıxılmazlığını, siyasi məhvə məhkumluğunu göstərirdi.
- Burada bir maraqlı məsələ də ortaya çıxır. Xalq hərəkatının
daha səmərəli
şəkildə təşkilatlanması
mümkün idimi?
- Tarixi təcrübə üçün bu sualın olduqca mühüm əhəmiyyəti
vardır. O zaman siyasi səhnədə olan şəxslər və təşkilatlar yaxşı məlumdur. Onlardan heç biri həmin dövrdə Azərbaycan xalqının
qarşısında duran
məsələləri dərk
edib, onu həll etmək, yüksələn xalq hərəkatını qarşılaya
biləcək səviyyədə
olmadı. Ümummilli
Lider Heydər Əliyevin yanvarın
21-də Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyində
keçirdiyi mətbuat
konfransında çıxışı
hadisələrə siyasi
qiymət olmaqla bərabər, eyni zamanda, göstərilən
tələbə bir cavab oldu. Həmin çıxışın
sonunda, xüsusilə
qeyd edilirdi ki, qırğın törədənlərin hamısı
layiqincə cəzalandırılmalıdır.
1990-cı il noyabrın
21-də Ulu Öndər
Heydər Əliyevin Sədrliyilə Naxçıvan
Ali Məclisi 20 Yanvar hadisələrinə
bir daha əsaslı siyasi qiymət verdi.
- Bəs 20 Yanvar hadisəsinin sonrakı tarixi proseslərdəki rolunu necə dəyərləndirmək
mümkündür?
- Azərbaycan xalqı 20 Yanvar faciəsini böyük tarixə, dövlətçilik anlayışına
malik olan bir xalq kimi
qarşıladı. Bəlkə
də, hər hansı başqa bir xalq olsaydı,
bu hadisələrdən
uzun müddət özünə gələ
bilməzdi. Respublikadakı
hakimiyyət dəyişikliyinə
baxmayaraq, xalq Vətən uğrunda şəhid olanların xatirəsinə qırx gün matəm saxladı. Bu, sadəcə, matəm də deyildi. Mövcud quruluşa, zorakılığa
etiraz, yeni mübarizəyə hazırlıq
idi. 20 Yanvar Azərbaycan xalqını
daha da mətinləşdirdi,
hədəflərini daha
da aydınlaşdırdı.
Xalqla ona rəhbərlik etmək iddiasında olanlar arasındakı uyğunsuzluq
dərinləşdi. Yeni
milli çağırış
Ümumilli Lider Heydər Əliyevin siyasi arenaya qayıdışına səbəb
oldu. Azərbaycanın
dövlət müstəqilliyini
əldə etməsi və onun dönməzliyi
uğrunda ardıcıl,
məqsədyönlü mübarizə
öz bəhrələrini
verdi. Bununla əlaqədar bir qanunauyğunluğa diqqəti
cəlb etmək istərdim. Demək olar ki, son
vaxtlar hər il 20 Yanvar hadisələrinin
ildönümü ərəfəsində
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sədrliyi ilə ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına
dair Nazirlər Kabinetinin iclası keçirilir. Bu iclaslarda Azərbaycanın
əldə etdiyi nailiyyətlərə dair
hər bir faktı, eyni zamanda, şəhidlərin
uğrunda canından keçdiyi ümummilli məqsəd üzrə bir hesabat da
adlandırmaq olar. Bu baxımdan, Prezidentin nitqindən bir məqamı xüsusilə qeyd etmək istərdim: "Azərbaycan dövləti
heç zaman imkan verməz ki, ikinci erməni
dövləti yenə
də Azərbaycanın
tarixi torpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır".
Səs.- 2011.- 20 yanvar.- S. 6.