2011-ci ilTurizm ilielan olunub

 

Nizami Cəfərov: “2011-ci ilinTurizm ilielan olunması Azərbaycanın bir turizm ölkəsi kimi böyük gəlirlər qazanmasında dünyanın turistik panoramında görünməsində böyük cəhdlər ili olacaq

 

Məlum olduğu kimi, bu günlərdə dövlət başçısı İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda 2011-ci ilinTurizm  ilielan olunması qərara alınıb.

 Belə olan  halda, görəsən, parlamentin qarşıdan gələn yaz sessiyasındaTurizm iliilə bağlı hansı qanun layihələrinin hazırlanması, müzakirələrə çıxarılması nəzərdə tutulur ya tutula bilər? Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, əvvəla, turizm dünyanın həm maddi-maliyyə, həm insan həyatının mənalılığı baxımından təkcə perspektivli yox, eyni zamanda, böyük əhəmiyyətli bir məsələsi, sahəsidir. Komitə sədri qeyd edib ki, turizm həm ölkəyə, həm bölgəyə bütövlükdə gəlir gətirir, həm insanlar özləri çox maraqlıdırlar ki, həyatlarını səmərəli keçirə bilsinlər: “İndi Azərbaycanın bu gün bu sahədə xüsusi bir mövqe qazanmağa çalışması cənab Prezidentin bu barədə birinci dəfə deyil, dəfələrlə mövqe ortaya qoyması çox əhəmiyyətli bir hadisədir. Azərbaycanda bu yöndə çox böyük layihələr həyata keçirilib, çox işlər görülüb görülməkdədir. Eyni zamanda, əgər bu ilTurizm ilikimi elan olunursa, bu, artıq həm o deməkdir ki, biz buna hazırıq sözün həqiqi mənasında, buna bir debüt ili kimi başlaya bilərik. Turizmin olması Azərbaycanın mədəniyyət abidələrinin bərpa olunması deməkdir ki, bu artıq çoxdan başlayıb. Turizm şəbəkəsinin mövcudluğu Azərbaycanın dünya üçün maraqlılığının artırılması deməkdir ki, bu da çoxdan start götürüb. Bu, həmçinin, Azərbaycanın dünyaya inteqrasiyası deməkdir ki, bu da çoxdan başlayıb”.

Komitə sədrinin fikrinə görə, Azərbaycan dünya turizmi üçün maraqlı ölkə olduğunu da qeyd etdi: “Doğrudur, turizmlə bağlı müxtəlif komitələrin işləri əlaqələndirilməlidir. Burada iqtisadi, maliyyə, təsərrüfat məsələləri sair var. Amma bununla yanaşı, turizm həm bir mədəniyyət hadisəsidir. Ona görə biz bu məsələyə hələ komitəmizin payız sessiyasının iclasında yüngülvari şəkildə toxunmuşduq. Yəni, mədəniyyət abidələrinin, memorial abidələrin bərpası onların qorunması ilə bağlı müəyyən prinsiplərin işlənilib hazırlanması, sonra Azərbaycanda təsviri sənətin, eləcə , bir sıra yaradıcılıq sahələrinin inkişafı üçün qanunların qəbul olunması çox vacib məsələdir”.

N.Cəfərov uzun illər ərzində üzərində işlənilənMədəniyyət haqqındaQanunda çox ciddi dəyişikliklər edilməli yaxud bu sənədin bütövlükdə yeniləşdirilməsinə toxundu: “Burada da turizmin inkişafından irəli gələn məsələlərə diqqət yetiriləcək yetirilməlidir ki, bunların da bir hissəsi konkret məsələlərdir. Belə deyək, bu gün Azərbaycan təbiətinin çox gözəl olduğu elə yerlər var ki, orada  tarixi abidələr bərpa olunsun. Azərbaycan təbiətinin əslində gözəl olan, amma bu gün o qədər gözəl görünməyən, yəni, yollar, istirahət yerləri məsələsi var. Məsələn, Azərbaycanın Kür qırağı, Araz qırağı, yəni, Kür-Araz sahillərində çox böyük tarixi hadisələr baş verib ki, onlar dünyanın böyük tarixçilərinin əsərlərində əksini tapıb. Buna görə , həmin yerlərdə qazıntı işlərinin aparılması, orada tarixi abidələrin ortaya çıxarılması, onların dünyaya təqdim olunması  lazımdır. Mədəniyyət Komitəsi , öz növbəsində, müvafiq təhlillər, müzakirələr aparır onlar  bizimMədəniyyət haqqındaqanunumuzda müvafiq şəkildə əks olunmalıdır. Yəni, Azərbaycanın regionlarının təbiəti, mədəniyyəti müxtəlif olduğu kimi, ona uyğun da qanunvericilikdə müəyyən təfsirlər verilməlidir. Bu mənada, müxtəlif turist fəaliyyətlərdən ötrü Azərbaycan turizm üçün maraqlı olan bir hala gətirilməlidir. Bir var ki, bir xalçanı ya hansısa çarğatı texniki şəkildə təqdim edəsən, bir var onu pasportu, etnoqrafik adı, toxuyanın, hazırlayanın tərcümeyi-halı ilə təqdim etsin. Demək istəyirəm ki, bu tipli məsələlər heç həmişə qanuna sığmır, amma bununla yanaşı, müəyyən tövsiyə xarakterli məsləhətlər olmalıdır ki, bu, artıq bir kanona çevrilsin. Kanona çevrilsin ki, bu məsələ bu şəkildə olmalıdır. Odur ki, 2011-ci ilinTurizm ilielan olunması Azərbaycanın bir turizm ölkəsi kimi böyük gəlirlər qazanmasında dünyanın turist panoramında görünməsində böyük cəhdlər ili olacaq”.

N.Cəfərov Azərbaycanın tanınmış qoruq yerləri, o cümlədən, Qobustan qayaları, Göy-göllə sair, tarixi - təbiət abidələri ilə bağlı ayrıca qanunların qəbul olunmasının vacibliyini vurğuladı: “Bilirsiniz, ötən payız sessiyası zamanı millət vəkili Rəfael Hüseynovun məlum təklifləri çox yerində olan təkliflər idi. Həqiqətən , “Babadağ”, “Göy-göl”, eləcə , Abşeron kəndləri, Azərbaycanın digər tarixi yerləri, regionları ilə bağlı sahəvi qanunların hazırlanması qəbulu mümkündür. Bunlar, sadəcə, bir təbiət hadisəsi, coğrafi məkan deyil, həm bir mədəniyyət hadisəsidir. Ona görə o cür regionlar, tarixi - təbiət abidələri, qoruq yerləri haqqında müəyyən qanunvericilik aktları qəbul etmək olar. Bir , Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın sayəsində, Qobustanla, İçərişəhərlə bağlı xeyli işlər görülüb. İndi burada bir məsələ var, görülən işlər o qədər böyükdür ki, digər işləri ortaya çıxarır. Yəni, bizim coğrafiyanın landşaftında tək təbiət deyil, bir mədəniyyət landşaftı da var ki, onlar bir-birilə əlaqədədir. Bu baxımdan, elə bilirəm ki, bu qanunları müxtəlif  komitələrlə hazırlamalı, müzakirələrə təqdim etməliyik. Amma mən   belə düşünürəm ki, bu yöndə silsilə qanunlara ehtiyac var. Belə demək mümkünsə, gələcəkdə həmin regionların inkişafı, onların turizm üçün maraqlı olması ilə bağlı silsilə qanunların qəbuluna ehtiyac var”.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 20 yanvar.- S. 8.