BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən...

 

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir

 

BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən bu quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da bir dövlət olaraq tam bu hüquqa malikdir. Ermənistanın isə Azərbaycan dövlətinə qarşı təcavüzü BMT nizamnaməsinin 51-ci maddəsinin kobud surətdə pozulması deməkdir. Bu məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə və politoloq Elman Nəsirov öz münasibətlərini belə bildirdilər.

 

Millət vəkili Aydın Mirzəzadə:

 

- BMT- üzvlük Azərbaycan dövlətinə haqq verir ki, dövlətimiz BMT-nin nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz ərazi bütövlüyünü bərpa etsin öz ərazisindən separatçı qüvvələri çıxarsın:"Ümumiyyətlə, BMT- üzv olan bütün ölkələrə bu hüquq verilir. Azərbaycanda separatçı rejim yoxdur. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsi var. Separatçı rejim o halda olur ki, ölkənin bir hissəsi mərkəzi hakimiyyətə tabe olmaq istəmir beynəlxalq dünya ilə birbaşa təmasda olur. Dağlıq Qarabağ ətraf zona Ermənistan tərəfindən işğal edilibdir. Oradakı hakimiyyət orqanı Ermənistanın işğalçı rejimidir buna dair BMT nizamnaməsində məlum bənd var. BMT ona üzv ölkəyə güc vasitəsilə özünün ərazi bütövlüyünü bərpa etməsinə şərait yaradır bu səlahiyyət Azərbaycanda da daim gündəmdədir. Bütün bunlara rəğmən Azərbaycan dövləti torpaqlarını erməni işğalından azad etmək üçün bütün variantlardan istifadə etməyi düşünür”.

A.Mirzəzadənin sözlərinə görə, əgər hansısa bir dövlət öz ərazisində hərbi əməliyyatlar apararsa, bu, həmin dövlətin tam haqqıdır başqa bir dövlətin buna qarışmağa qətiyyən hüququ yoxdur. Bu mənada, Azərbaycan dövləti istənilən halda BMT nizamnaməsinin 51-ci maddəsindən yararlanmaq hüququna tam malikdir. Regionda hərbi əməliyyatların başlanması dünyadakı şəraitə çox ciddi surətdə təsir edə bilər. Azərbaycan başqa dövlətin ərazisində hərbi əməliyyatlar keçirmir. İşğal altında olan ərazilərini işğaldan təmizləmək üçün hərbi variantdan istifadə etmək istəyir.Öz ərazisində işğalçılardan təmizləmək üçün heç kim Azərbaycan dövlətinə irad tuta dövlətimizin daxili işinə qarışa bilməz. Təbii ki, bu da ziyanverici mənfur Ermənistanı qıcıqlandırır. Bunun da nəticəsi olaraq terrorçu Ermənistan bütün çıxarılmış qətnamələri, qərarları çox kobud şəkildə pozur, hər vəchlə Azərbaycan dövlətinin əleyhinə getməyə çalışır. Ermənistan bu gün, demək olar ki, dünya birliyindən təcrid olunmaq üzrədir. Çünki nüfuzu qalıb, iqtisadi bazası. Ermənistandakı əsil reallıq budur.  Məhv olmaq dilənçilik titulu Sarkisyanın alnına yazılıb. Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, regionda lider dövlətə çevrilməsi, silahlı qüvvələrini möhkəmləndirmək üçün özünün daxili resurslarından istifadə etməsi işğalçı Ermənistanda olduqca çox böyük narahatçılıq yaradır.

Millət vəkili vurğuladı ki, 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə ayrılan xərc daha da artacaq. Eyni zamanda, yeni-yeni silahların alınması, hərbi taktiki hazırlıqların möhkəmləndirilməsi, döyüş ruhunun yüksək olması mənfur ermənilərdə, onun generalitetində çox ciddi narahatlıq yaradır. Hətta Ermənistan parlamentində vaxtaşırı bu məsələlər qaldırılır. Cənab Prezident İlham Əliyevin bir neçə gün əvvəl Nazirlər Kabinetində ötən ilin yekunlarına həsr olunmuş iclasdakı çıxışı bu gün Ermənistan mətbuatında çox ciddi surətdə müzakirə edilməkdədir. Ermənistan birmənalı şəkildə bilir ki, Azərbaycan dövləti özünün torpaqlarının düşmən işğalında qalmasına heç bir vəchlə razı olmayacaq. Ulu Öndər Heydər Əliyevin qurucusu yaradıcısı olduğu müstəqil, suveren, əzəmətli Azərbaycan dövləti işğalçı Ermənistanı tamamilə məhv etməyə tam hazırdır. İstənilən halda, Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbə endirə bilər. Bu isə Ermənistan hakimiyyətinin, Sarkisyanın Sarkisyan kimilərinin sonu deməkdir.

 

Politoloq Elman Nəsirov:

 

- 1945-ci ilin oktyabrında yaradılmış BMT-nin onun qəbul olunmuş nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər hər bir dövlətin də özünümüdafiə hüququ var. 11 sentyabr hadisələrindən sonra "Əl-Qaidə" təşkilatını "Taliban" rejmini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton məhz BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürərək, 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. BMT-dən heç bir icazə almadan, BMT Təhlükəsizlik Şurasının heç bir sanksiyasını gözləmədən müharibəyə başladı. Çünki BMT nizamnaməsinin 51-ci maddəsi buna icazə verirdi. Bu nöqteyi-nəzərdən Azərbaycan dövləti işğalçı Ermənistanın aqressiyasına məruz qaldığından, ərazisinin 20%-nin düşmən tapdağında olduğundan ərazisində müharibə etmək hüququna malikdir. Bundan başqa, BMT nizamnaməsinin 25-ci maddəsində  göstərilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Bu nöqteyi-nəzərdən BMT Təhlükəsizlik Şurası 1993-cü ildən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə erməni hərbi birləşmələri tamamilə qeyri-şərtsiz büsbütün Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi öz əksini tapıb. Yəni həm BMT nizamnaməsinin 25-ci maddəsini, həm 51-ci maddəsini əsas götürərək, Azərbaycan dövləti işğal altında olan torpaqlarını hərbi yolla da geri qaytarmaq hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüququn məlum prinsiplərinə tamamilə uyğundur.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 20 yanvar.- S. 9.