Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Dövlət Miqrasiya Xidmətinin kollektivi Şəhidlər Xiyabanını
ziyarət edib, Azərbaycanın müstəqilliyi
uğrunda canlarından
keçmiş Vətən
övladlarının məzarları
üzərinə tər
çiçəklər düzüb,
şəhidlərimizin unudulmaz
xatirəsinə hörmət
və ehtiram əlaməti olaraq "Əbədi məşəl" abidəsinin
önünə əklil
qoyubdur.
Xidmətin inzibati binasında müdhiş gecəyə həsr olunmuş sərgiyə baxışla başlayan anım mərasimində qanlı hadisə qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Xidmət rəisi, II dərəcəli dövlət
miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış
edərək xalqımızın
qürur və şərəf mücəssəməsinə
çevrilən 20 Yanvar
tarixindən danışıb.
Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə ərazi bütövlüyünə qarşı
yönəlmiş təcavüzə
etiraz edən, haqq-ədalətin bərqərar
edilməsini istəyən,
azadlıq, müstəqillik
ideyaları uğrunda
şərəfli mücadilə
aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, heysiyyətini alçaltmaq məqsədilə
totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində
bəşər tarixində
insanlığa qarşı
törədilmiş qanlı
hadisələrdən biri
baş verib.
Azərbaycanın informasiya blokadasına
alındığı bir
şəraitdə baş
vermiş həqiqətləri
operativ şəkildə
dünya ictimaiyyətinə
çatdırmaq zərurəti
yarandığını xatırladan
Xidmət rəisi dəhşətli faciəyə
kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi
ilə birgə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək
mətbuat konfransı
keçirən Ümummilli
lider Heydər Əliyevin hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi
xadim olduğunu nəzərə çatdırıb.
Ulu öndərin qətiyyətli
mövqeyinin respublikamızın
informasiya blokadasına
alındığı ağır
günlərdə totalitar
rejimə ağır və sarsıdıcı zərbə olduğunu nəzərə çatdıran
Arzu Rəhimov dahi şəxsiyyətin bütün təzyiqlərə
və təhdidlərə
baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları
Kremlin bir addımlığında, həm
də bütün dünyanın gözü
qarşısında ittiham
etdiyini vurğulayıb.
Xidmət rəisi ümummilli lider Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsini
daim əziz tutduğunu, onların adlarının əbədiləşdirilməsi
məqsədilə bir
sıra sərəncamlar
imzaladığını, Prezident
İlham Əliyevin də bu ənənəyə
sadiq qalaraq Vətənin azadlığı
uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin
sosial vəziyyətinin
yaxşılaşdırılması üçün bütün
zəruri tədbirləri
həyata keçirdiyini
vurğulayıb.
Mərasimin sonunda 1990-cı ilin şanlı 20 Yanvar tarixinin qərinələr,
əsrlər keçsə
belə xalqımızın
yaddaşından silinməyəcəyi,
daim yad ediləcəyi, bu faciənin keçmiş sovet dövlətinin hərb maşınının
Azərbaycan xalqına
qarşı həyata
keçirdiyi vəhşi
terror aktı kimi insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri
kimi bəşər tarixində qara səhifə olaraq qalacağı bildirilib.
Rəfiqə
Səs.- 2011.- 20 yanvar.- S. 11.