Araz Əlizadə:
"Azərbaycan Xalq Cəbhəsi liderlərinin
şüuru, ağlı
və savadı olsaydı, 20 Yanvar faciəsi baş verməzdi"
"Azərbaycan Kommunist Partiyasının rəhbərləri
xalqla bir olmaq əvəzinə, xalqın başında durmaq əvəzinə gözləyirdilər ki, Moskvadan nə göstəriş gələcək".
SİA-ya açıqlamasında bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının
(ASDP) həmsədri Araz
Əlizadə 20 Yanvar
faciəsinin baş vermə səbəblərinə
münasibət bildirərkən
deyib. 20 Yanvar faciəsinin baş verməsinin bir neçə səbəbinin
olduğunu deyən A.Əlizadə bildirib ki, hadisə baş verməyə də bilərdi: "Birincisi, Azərbaycan Xalq Cəbhəsi liderlərinin
şüuru, ağlı
və savadı olsaydı, ikincisi, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi
binamus və bişərəf olmasaydı,
üçüncü Qorbaçov
başqa olmaqla
SSRİ rəhbərliyi cinayətkar
olmasaydı faciə baş verməzdi".
Səs.- 2011.- 20 yanvar.- S. 13.