Azadlıq əbədi bir sevgidir
1990-cu il 20 yanvar gecəsi rus
qoşunları insanlıqdankənar üsullara əl
atdılar. Etiraz səsini ucaldan silahsız dinc insanları
tankların altına atdılar. Qoca, cavan, hətta uşaqlar
gülləbaran edildi. Faktlar əsasında məlum oldu ki,
Bakıya göndərilən alay əsgərlərinin əksəriyyəti
ermənilərdən ibarət xüsusi təyinatlılardı.
Ona görə də, vəhşiliyin həddi-hüdudu
olmayıb. Bir gecə də şəhid olmuş 130 azərbaycanlı
Şəhidlər Xiyabanında dəfn olundu.
Onlarla insan yaralanıb əlil
oldu. Yüzlərlə insan itkin düşdü. Şahidlərin
dediyinə görə, həmin gecə izi itirmək
üçün çoxlu sayda meyitləri gəmilərə
dodurub Xəzər dənizinə tökdülər. Səhər
tezdən Bakının küçələrinə
çıxanlar dəhşətə gəlirdi. Küçələr,
səkilər, divarlar, bütövükdə, hər tərəf
qana boyanmışdı. İçərisində insanlar olan
maşınların üstündən tank keçmişdi. Xəstəxanalar,
meyit və yaralılarla dolmuşdur. Hüzn və kədər
içərisində olan camaat öz əzizlərini
axtarırdılar. 20 Yanvar faciəsi xalqımızın
yaddaşında qara hərflərlə yazılmış bir
tarixdir. O tarixi biz nəsildən-nəsilə ötürməliyik,
zaman-zaman faciənin vurduğu yaranın, günahsız
qurbanların ruhunu yaşatmaq hər bir azərbaycanlının
borcudur. Xalqımız hər il 20 Yanvar şəhidlərinin əziz
xatirəsini ehtiramla yad edir. Əliyalın silahsız dinc əhaliyə
divan tutan uşağa, qocaya, gəncə atəş açan
amansız ordunun yetim qoyduğu uşaqlar hələ neçə
il keçsə, belə yenə o faciənin qan
yaddaşında saxlayacaq və səbəbkarlara nifrət bəsləyəcəklər.
Ermənilər terror aktı törədərək, Bakıda
“20 Yanvar” metrostansiyasında iki dəfə partlayış
etdilər. Ermənilər getdikcə
azğınlaşırdı. Rusiyanın Xankəndində
olan 366-cı alayının köməyi ilə Dağlıq
Qarabağ ərazisində yaşayan bütün azərbaycanlılara
hücum olunmağa başladı. Özü də bu hücum
dünyanın gözü qarşısında açıq
sürətdə edilirdi. 1988-1993-cü illər arasında Ermənistan
ərazisində yaşayan 250 min azərbaycanlı öz
ata-baba yurdundan qovuldu. Ermənilər öz havadarlarına
arxayın olub, azərbaycanlıları kütləvi surətdə
əsrlər boyu yaşadığı doğma
yurd-yuvalarından təhdid və silah gücünə
qovdular. Əminik ki, düşmən gec-tez öz cəzasına
çatacaq. Çünki nahaq qan heç vaxt yerdə
qalmır.
Almara Hümbətova
Səs.- 2011.- 20 yanvar.- S. 14.