“Zəriflik» jurnalının əsas məqsədi Azərbaycan
qadınının fəaliyyətini,
eləcə də milli-mənəvi dəyərlərimizi
cəmiyyətdə təbliğ
etməkdir
- Nurlana xanım, başa vurduğumuz 2010-cu il ölkəmiz üçün
bir sıra uğurlarla yadda qaldı. İstərdik ki, YAP Qadınlar Şurasının ötən
il ərzindəki fəaliyyəti haqqında
məlumat verəsiniz...
- Bildiyiniz kimi YAP Qadınlar Şurasının
son hesabat-seçki konfransından sonra yeni tərkibdə fəaliyyət göstəririk.
Fəaliyyət göstərdiyimiz bir il yarım
ərzində bir sıra layihələr, tədbirlər həyata keçirmişik. İlk olaraq qeyd etmək
istəyirəm ki, biz bu müddət
ərzində bütün
reigonlarımızda qadınlarımızla
görüşlər keçirmişik.
Fəaliyyətimizin yeni
istiqamətlərini də
həmin görüşlərimizdən
sonra müəyyənləşdirmişik.
Bəzi bölgələrdə
müəyyən məsələlərin
həllinin zəruri olması qənaətinə
gəlmişik. Bütün
bunlarla bağlı həmin bölgələrin
insanları, xüsusilə
qadınlar arasında
maarifləndirici təbliğat
işlərinin həyata
keçirilməsi zərurəti
ortaya çıxıb.
Məsələn, elə
region olub ki, orada erkən
nikahla bağlı problemlər mövcuddur. Düzdür, bu problemi birdən-birə həll etmək, valideynlərə bunu birdən-birə izah etmək çətindir. İllərlə kök salmış bu ənənəni müxtəlif
təbliğat işləri
əsasında aradan qaldırmaq lazımdır.
Biz bu istiqaməti
də öz fəaliyyətimizdə əsas
məqamlardan hesab edirik. Təəssüf ki, bəzi valideynlər
öz övladlarını
tez evləndirməyə
çalışırlar. Bunun
gələcəkdə nəticələri
isə yaxşı ola bilməz. Çünki erkən yaşda qurulan ailələrdə ciddi problemlər yaşanır.
Biz belə halların qarşısını
almaq üçün
müəyyən addımlar
atmışıq və
bu proses davamlı olacaq. Təkcə bir fakt deyim: Qadınlarımızın
cəmiyyətdəki rolunu
təlqin edən gözəl teatr tamaşalarımız var və onları bölgələrdə nümayiş
etdirmişik. Fikirləşdik
ki, bu tamaşalara
baxan insanlar tərbiyəvi, maarifləndirici
xarakterli bu tədbirdən özləri
üçün müsbət
nəticə çıxara
bilərlər.
Bundan əlavə, YAP Qadınlar Şurası olaraq Lerik rayonunda
səhiyyə aksiyası
keçirmişik. Biz
Lerik rayonunda qadınlarla görüş
keçirərkən bəzi
kəndlərdən olan
qadınlar şikayət
edirdilər ki, rayon mərkəzi uzaq olduğu üçün xəstə
uşaqları xəstəxanaya
gətirmək çətindir.
Biz ötən ilin yayında böyük bir səhiyyə aksiyası keçirərək 865 uşağın
tibbi müayinəsini
təşkil etdik. Lerik rayonuna 12 fərqli sahələrin mütəxəssisi olan həkimlərlə getmişdik.
Təsəvvür edin,
Lerikin qadın sakinləri bu aksiyadan həddən artıq çox razı qalmışdılar.
Tarixən Azərbaycan anası güclü olub. Müasir dövrümüzdə
Azərbaycan anasının
sözünü deməyə
tribunası var, öz həmfikirlərini bir yerə yığmaq
imkanı var. Çünki
cəmiyyətimizin
- Qeyd etdiyiniz məsələlər ölkəmizdə
hansı səviyyədə
həll edilir?
- Fəxrlə
deyə bilərik ki, bu gün
Azərbaycan qadınları
cəmiyyətimizdə böyük
nüfuza, hörmətə,
ehtirama sahibdir. Ölkəmizdə qadınları narahat
edən məsələlər
öz həllini tapıb. Ölkəmizdə aparılan dövlət
siyasətinin uğurlu
nəticələrini hamımız
görürük. Ulu öndər
Heydər Əliyev tərəfindən müəyyən
edilmiş bu siyasət bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. İndi Azərbaycanın
mövqeyi dünyada tanınır, təqdir olunur. 20 il
əvvəlki kimi ölkədə xaos yoxdur. Bu gün
analarımız Milli Qəhrəman Mübariz İbrahimov kimi oğullar yetişdirir.
Yəni bu fakt sübut
edir ki, ailələrimizdə nə
qədər vətənpərvər
oğullarımız böyüyür.
Gənc nəslin belə yüksək milli ruhda böyüməsində
analarımızın müstəsna
əməyi, zəhməti
var.
- “Zəriflik» jurnalının fəaliyyətə
başlaması da
- Qeyd etdiyim kimi YAP Qadınlar Şurası bir sıra layihələr
həyata keçirməkdədir.
Bu layihələrdən biri də təşkilatımızın
mətbuorqanı olan
“Zəriflik» jurnalının
fəaliyyətə başlamasıdır.
Biz bu mətbuorqan
vasitəsilə müxtəlif
təbəqələrin insanlarını
cəmiyyətə təqdim
edirik. Artıq ilk sayımız işıq üzü görüb. Təbii ki,
hər bir mətbuorqanın təkmil
şəkildə ortaya
çıxması, cəmiyyətdə
özünə mövqe
əldə etməsi üçün əsas vacib şərt zamandır. Fikrimcə, bu jurnalımız
yüksək reytinq qazanacaq və uğurlar əldə edəcək. İlk nömrəmizdə
müxtəlif məqalələr
dərc olunub. Bu məqalələrin həm də böyük tərbiyəvi
əhəmiyyəti var,
milli-mənəvi dəyərlərimizin
qorunmasına xildmət
göstərir. YAP Qadınlar Şurasının
əsas məqsədi
məhz bu dəyərlərin qorunmasında
qadınlarımızın rolunu cəmiyyətə təqdim etməkdir.
Çalışırıq ki, klassik mədəniyyətimizi, incəsənətimizi
gənc nəslə daha yaxından tanıdaq. Qeyd edim ki, jurnalın
ilk sayında ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva haqqında, Onun xeyirxah əməlləri haqda geniş bir yazı dərc
etmişik. Bu gün Azərbaycan qadını öz ölkəsinin inkişafı
üçün mübarizə
aparır. Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyəti qadınlarımıza
örnək olmalıdır.
Mehriban xanım Əliyevanın səyi nəticəsində
ölkəmizdə xeyli
sayda xoşməramlı
layihələr həyata
keçirilib, təhsilimizin
inkişafına töhfələr
verilib. Bu gün ölkəmizin bir çox regionlarda Heydər Əliyv Fondunun təşəbüssü ilə
məktəblərin yenidən
qurulması prosesi davam edir. Yeni Azərbaycan Partiyasının
üzvü olan qadınlarımız da məhz Mehriban xanım Əliyevanın fəaliyyətini hər zaman nümunə kimi qəbul edirlər, istər siyasi, istərsə də ictimai proseslərdə aktivlik göstərirlər.
Jurnalda həmçinin, sənətkarlarımız
haqqında da geniş yazılar var. Məsələn, Xalq artisti, böyük sənətkar Şövkət
Ələkbərova ilə
bağlı məqalə
dərc olunub. Fikrimcə,
gənc nəslin Şövkət xanımın
sənəti ilə, onun yüksək səviyyəli səhnə
fəaliyyəti ilə
yaxından
Qeyd edim ki, gələcəkdə
jurnalımızda fərqli,
digər maraqlı rubrikalar da olacaq. Jurnalımızda elmə bağlı olan qadınlarımız haqqında da geniş məlumatlar əldə etmək olar. Fikrimcə, bu jurnalın
dərci olduqca lazımlı idi və biz də bu ehtiyacı hiss edərək belə bir nəşri reallaşdırmağa qərar
verdik.
- Yeni nəşrə
ad seçimi edərkən,
nə üçün
“Zəriflik» adına üstünlük verdiniz?
- Dünyada
qadın qədər incə, zərif bir məxluq yoxdur. Sanki zəriflik
qadının boyuna biçilib. Zəriflik deyən
kimi insanın gözünün qarşısında
qadın, qadın deyəndə isə zəriflik canlanır.
Zəriflik yalnız incəlik
demək deyil. Zəriflik elə bir duyğudur
ki, o məhəbbətdən
yaranır. Dünyada
ana ilə övladının məhəbbətindən
zərif bir hiss yoxdur. Qadının gördüyü bütün işlər zəriflikdir. Hətta qadının
öz övladı üçün bir sıra çətinliklərə
sinə gərməsi
də zəriflikdən
qaynaqlanan bir hissdir. Jurnalın
adının seçilməsində
də bu amillər başlıca rol oynayıb.
Səs.- 2011.- 22 yanvar.- S. 6.