20 YANVAR ŞƏHİDLƏRİ AZƏRBAYCAN GƏNCLİYİ ÜÇÜN QƏHRƏMANLIQ NÜMUNƏSİDİR

 

YAP YEVLAX RAYON TƏŞKİLATINDA 20 YANVAR FACİƏSİNİN 21-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR

 

Qanlı 20 Yanvar faciəsindən bizi 21 illik bir zaman ayırır. Amma üstündən illər keçsə belə xalqın milli oyanış tarixinin ən qanlı, həm olduqca şanlı bir səhifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın ümumxalq hüzn günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı, ölkəmizin hər yerində olduğu kimi, Yevlax rayonunda da anım mərasimləri keçirilir. YAP Yevlax rayon təşkilatı qadınlar şurasının gənclər birliyinin birgə keçirdiyi tədbirdə ictimaiyyətin nümayəndələri, ziyalılar, təhsil işçiləri iştirak etmişlər. 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə çıxış edən rayon təşkilatının aparat rəhbəri Əli Quliyev 20 Yanvarın Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biri olduğunu bildirmişdir: "O müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi. Bu faciəyə siyasi-hüquqi qiymət verilməsi kimi böyük missiyanı yerinə yetirmək üçün, sözün həqiqi mənasında, bir qəhrəmanlıq nümunəsi yaratmış Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti barədə ətraflı məlumat verdi,  bu cür tədbirlərin keçirilməsi yeni nəslin milli ruhda tərbiyə olunmasında rolu böyükdür".

YAP Yevlax rayon təşkilatının  qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndirdi: " O məşum gecədə qətlə yetirilənlərin əksəriyyəti gənclər idi. Onları "Azadlıq" meydanına öz ölkələrini müstəqil azad görmək arzuları gətirmişdi. Həyatlarının çiçəklənən bir vaxtında şəhidlik zirvəsinə ucalan həmyaşıdlarımızın adı indi bütün xalqın and yerinə çevrilib".

YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov çıxışında xüsusi vurğuladı ki, 20 Yanvar şəhidləri Azərbaycan gəncliyi üçün bir qəhrəmanlıq nümunəsidir.

Daha sonra gənclər birliyinin sədr müavini Aynurə İsayeva, GEM-in direktoru Tünzalə Şabanova, uşaq xəstəxanasının baş həkimi Sədaqət Rəsulova, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Etibar Məmmədov çıxış edərək, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin hər zaman belə əziz tutulmasını xalqın mənəvi zənginliyinin və öz keçmişinə ehtiramla yanaşmasının nəticəsi kimi qiymətləndirdilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 22 yanvar.- S. 7.