“İKT Parlament
İttifaqının Xocalı
qətliamı ilə
bağlı qəbul etdiyi sənəd Ermənistana ciddi zərbədir”
“İKT Parlament İttifaqının
13-cü sessiyasında "Xocalıya ədalət"
sənədinin müzakirəyə
çıxarılması və
Xocalı soyqırımının
insanlığa qarşı
törədilən akt
kimi sessiyanın yekun bəyannaməsinə
əlavə edilməsi
təcavüzkar Ermənistana
ciddi zərbədir.
Sessiyada üzv dövlətlərin parlamentlərinə
bu hadisənin soyqırım kimi tanınması üçün
müraciət ünvanlanması
da çox əhəmiyyətli hadisədir".
Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra
katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində
törədilmiş cinayətlər
insanlıq əleyhinə
yönələn cinayətlərdir.
Onun sözlərinə
görə, belə cinayət törədənlər
harada yaşamasından,
tutduğu vəzifəsindən
asılı olmayaraq bu cinayətə görə cavab verməlidir. YAP İcra katibinin müavini alman faşistlərinin, Serbiyanın vəzifəli
şəxslərinin insanlıq
əleyhinə törətdikləri
cinayətlərə görə
beynəlxalq məhkəmə
qarşısında cavab
verdiklərini xatırladıb.
O, qeyd edib ki, Azərbaycan ictimaiyyəti Xocalı soyqırımını törədən
erməni canilərinin
də beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasını
tələb edir.
"Ermənilərin törətdiyi
Xocalı qətliamı
dünya ictimaiyyətinə
məlumdur. Xocalı faciəsi haqqında həqiqətləri dünyaya
çatdırmaq istiqamətində
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün ardıcıllıqla
davam etdirilir. O cümlədən, Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri, İKT Gənclər
Forumunun koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə
bu istiqamətdə çox böyük işlər görülür.
"Xocalıya ədalət"
kampaniyası həyata
keçirilir və bu kampaniya müəyyən
nəticələr verib.
İKT Parlament İttifaqı
Xocalı faciəsini insanlığa qarşı
cinayət kimi qəbul edib. Bu hadisənin soyqırım
kimi tanınması Ermənistanın bu cinayətdə olan nümayəndələrinin beynəlxalq
hüquq çərçivəsində
cəzalandırılması üçün də siyasi baxımdan əhəmiyyətli addım
olardı. Hazırda bu yöndə işlər davam etməkdədir" deyə
M.Qurbanlı vurğulayıb.
Səs.- 2011.- 25 yanvar.- S. 5.