Azərbaycanlı tələbələr Beynəlxalq Mədəniyyət Festivalında ölkəmizin mədəniyyətini təbliğ ediblər

 

Macarıstanın paytaxtı Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində təhsil alan azərbaycanlı tələbələr yanvarın 17-dən 22-dək keçirilən Beynəlxalq Mədəniyyət Festivalında ölkəmizin mədəniyyətini təbliğ ediblər.

Otuza yaxın ölkənin qatıldığı bu festivalda Azərbaycan yeməklərinin, rəqslərinin paytaxtımızın görməli yerlərinin fotoşəkilləri yerləşdirilib. Həftənin sonunda universitetin yataqxanasındakı yeməkxanada bozbaş, toyuq ləvəngisi şirin plov verilib. Günün nəticələrinə əsasən ən çox sifariş olunan yeməklərin arasında birinci yerdə bozbaş, üçüncü yerdə isə toyuq ləvəngisi olub. Bundan əlavə, yeməkxanada səsləndirilən musiqi nömrələri arasında Azərbaycan xalq mahnıları, muğamlar müasir estradamızdan nümunələr yer alıb. Tədbirin əsas hissəsi olan mədəniyyətlərin təqdimat mərasimində Azərbaycan üçün xüsusi ayrılmış stenddə mədəniyyətimizi əks etdirən fotolar, stolda isə Azərbaycana aid açıqcalar, dolma, şəkərbura, paxlava, Azərbaycan çayı, mürəbbələr, nar, limon, suvenir, çərəz, kəlağayı digər milli atributlarımız iştirakçılara təqdim olunub. Azərbaycanlı iştirakçıların milli geyimdə olması xüsusi diqqət çəkib. Bundan əlavə səhnədə Azərbaycana aid təqdimatın nümayiş etdirilməsi, zəngin tariximizi mədəniyyətimizi əks etdirən faktların tamaşaçıların nəzərinə çatdırılması, "Yüz bir" rəqsi "Reyhan" mahnısı alqışlarla qarşılanıb.

Azərbaycanlı tələbələrin bu festivalda mədəniyyətimizi uğurla təbliğ etməsində Azərbaycanın Macarıstandakı səfirliyinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Macar-Azərbaycan Dostluq Cəmiyyətinin böyük rolu olmuşdur.

 

 

Zümrüd

 

Səs.- 2011.- 25 yanvar.- S. 12.