"Bakılı
neft kralı" sənədli filminin çəkilişləri başa
çatıb
“Butafilm" kino şirkəti Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə "Bakılı neft kralı" sənədli filminin çəkilişlərini başa
çatdırıb. "Butafilm"
kino şirkətindən
bildirilib ki, tanınmış azərbaycanlı
geoloq, professor Eyyub Tağıyevə həsr edilmiş filmin çəkilişləri
Bakı ilə yanaşı, Moskva, Dehli və Kəlküttə
şəhərlərində də aparılıb. Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak
etmiş Eyyub Tağıyev Argentina və Braziliyada da çalışıb.
Onun Hindistanın neft sənayesinin inkişafındakı xidmətləri
isə daha böyükdür. Ekran əsərində zəhmətkeş
alimin zəngin həyat yolu geniş şəkildə
canlandırılıb. Filmin
ssenari müəllifləri
mərhum jurnalist Azad Şərif və Füzuli Sabiroğlu, prodüseri Əli İsa Cabbarovdur. Yaxın vaxtlarda filmin təqdimat mərasiminin keçirilməsi nəzərdə
tutulub.
Zümrüd
Səs.- 2011.- 26 yanvar.- S. 12.