Akademik İsmayıl Hacıyev-60

 

"Akademik İsmayıl Hacıyev Azərbaycan tarix elminin inkişafına öz əsərləri, tədqiqatları ilə qiymətli töhfələr verib" Akademik İsa Həbibbəyli

 

Bu gün akademik İsmayıl Hacıyev Azərbaycan ziyalılarına yaxşı tanışdır. O görkəmli tarixçi, AMEA-Naxçıvan bölməsinin sədri, əməkdar elm xadimi, dəyərli alimdir. Müəllim ailəsində böyüyən İ.Hacıyev intellektual səviyyəli ziyalıdır. Bu günlərdə akademik İ.Hacıyevin 60 illiyi münasibətilə Naxçıvanda tədbir keçirilib. Tədbirdə akademik İ.Həbibbəyli çıxış edib.

 Öncə İ.Həbibbəyli  onun elminin, böyük xidmətlərinin nəzərə alınaraq, Naxçıvan MR Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olduğunu bildirib. Sonra akademik İ.Həbibbəyli çıxışında bildirib ki, akademik İ.Hacıyev Azərbaycan elmində özünəməxsus yer tutub, elmi pedaqoji fəaliyyəti danılmazdır. O, gənc nəslin, gənc alimlərin inkişaf etməsi üçün bütün səy bacarıqlarını əsirgəmir, onlara düzgün yol göstərir, dəyərli məsləhətlər verir. O, öz tədqiqatları ilə Naxçıvan tarixi ilə bir çox mübahisəli məsələlərə dolğun, düzgün dəqiq aydınlıq gətirib.

Daha sonra İ.Həbibbəyli bildirib ki, İ.Hacıyev rəhbərlik etdiyi AMEA-nın Naxçıvan bölməsi çox böyük nailiyyətlər əldə edib. O, həm Naxçıvanda kadr hazırlığı sahəsində böyük əmək sərf edib. Belə ki, onun rəhbərliyi ilə bir çox elmlər doktoru elmlər namizədi yetişdirilib, 35-dən artıq monoqrafiya, kitab işıq üzü görüb. İ.Hacıyev 30-dan çox monoqrafiyanın, 200 elmi məqalənin, kitabların müəllifidir. Onun 34 elmi əsəri xaricdə çap olunub. (Türkiyə, Misir, Rusiya, Qazaxıstan, İran s.). Bir alim kimi İ.Hacıyev bir çox xarici ölkələrdə beynəlxalq səviyyəli sammit, simpozium elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmiş, Azərbaycanı tanıtmışdır. Bir elm xadimi kimi İ.Hacıyevin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.  7 noyabr  2010-cu ildə  keçirilən seçkilərdə ikinci dəfə İ.Hacıyev Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Bir millət vəkili kimi Naxçıvan MR-in ictimai-siyasi işlərində fəal iştirak edir, seçiciləri ilə tez-tez görüşür, onların problemlərinin həlli istiqamətində öz səyini əsirgəmir. Akademik İ.Hacıyev bir vətən övladı kimi üzərinə düşən bütün vəzifələrə məsuliyyətlə yanaşır, vətəninə sədaqətlə qulluq edir.

Tədbirdə çıxış edənlər AMEA-nın Tarix, Etnoqrafiya Arxeologiya İnstitunun direktoru, professor Fəxrəddin Səfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, NDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Zəhmət Şahverdiyev, Naxçıvan MR Arxiv İdarəsinin rəisi, professor Fəxrəddin Cəfərov, YAP Naxçıvan şəhər təşkilatının sədri, dosent Elman Cəfərli başqaları çıxış edərək alimin rolundan, elmi kadrların yetişdirilməsindəki xidmətlərindən, təşkilatçılıq işindən danışmışlar, ona can sağlığı, elmi fəaliyyətində uğurlar arzulamışlar.

Tədbirdə akademik İ.Hacıyev çıxış edərək demişdir: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş  mədəniyyət, incəsənət sahəsində, elm adamlarına göstərilən diqqət, qayğı, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu işdə Naxçıvan MR rəhbərliyinin diqqət qayğısı göz qabağındadır. Biz alimlər həm Prezident İlham Əliyevə, həm Naxçıvan MR rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Çalışacam ki, bundan sonra üzərimə düşən vəzifələri, tapşırıqları layiqincə yerinə yetirim". Tədbirin sonunda alimin əsərlərindən ibarət olan sərgi ilə tanış olublar. Biz 60 yaşı münasibəti ilə akademik İ.Hacıyevi təbrik edirik.

 

 

Hacı Tofiq Seyidzadə

 

Səs.- 2011.- 27 yanvar.- S. 6.