“Vətən dili”nin I hissəsinin
yenidən işlənilməsində
Firidun bəy Köçərlinin xidmətləri
olmuşdur
Firidun bəy Əhməd bəy oğlu Köçərli
1862-ci ilin bu günü Şuşada anadan olmuşdur. O, 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər
Seminariyasına tələbə
toplamaq vəzifəsi
ilə Şuşaya gəlir və bu yolla Firidun
bəy öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci illər ərzində o, burada təhsil alır, 1895-1918-ci illər
ərzində dərs deyir. 1885-ci ildə qısa müddət Firidun bəy İrəvan gimnaziyasında
da dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin
müvəqqəti təlimatçısı
təyin olunur,
1918-1920-ci illərdə onun
təşəbbüsü ilə həmin seminariyanın əsasında
açılmış Qazax
Müəllimlər
Seminariyasının müdiri
işləmişdir. Firidun
bəy Köçərli
Gəncə üsyanı
yatırıldıqdan sonra
XI ordunun xüsusi şöbəsi tərəfindən
1920-ci ildə, 58 yaşında
güllələnərək dünyasını dəyişir.
Zümrüd
Səs.- 2011.- 27 yanvar.- S. 12.