Sehrbazlar dərəsikitabının təqdimatı olub

 

Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullanın Sankt-Peterburqun nüfuzluZlatoustnəşriyyatında rus dilində çapdan çıxmışSehrbazlar dərəsikitabının təqdimatı olub.

AYB-nin sədri, xalq yazıçısı Anar, “Zlatoustnəşriyyatının təsisçisi Stanislav Qolubev, nəşriyyatın baş direktoru Anna Qolubeva, BSU-nun kafedra müdiri, professor Məmməd Qocayev, tərcüməçi Azər Mustafazadə başqaları mərasimdə çıxış edərək, K.Abdullanın özünəməxsus yaradıcılığından, onun oxucuların bədii zövqünün formalaşması istiqamətində gördüyü əvəzsiz işlərdən danışıblar.

Tədbirdə vurğulanıb ki, o, istər elmi, istərsə , bədii əsərlərində daim öz yeni sözü, obrazı, tapıntısı ilə oxucusunun görüşünə gəlmişdir. ƏdibinYarımçıq əlyazma”, “Sehrbazlar dərəsiromanları, “Unutmağa kimsə yox”, “Ruh”, “Bir, iki, bizimkipyesləri çoxsaylı hekayələri öz orijinallığı, yeni üslubu ilə daim diqqəti cəlb edib.

Bu gün rus dilində nəşrinin təqdimat mərasimi keçirilənSehrbazlar dərəsiromanı hələ 2008-ci ildə TürkiyədəAvropa Yakası Yayınlarınəşriyyat evində türk dilində nəşr edilmiş qardaş ölkə oxucularının böyük rəğbətini qazandığı bildirilib.

Diqqətə çatdırılıb ki, yazıçının bu romanı fəlsəfi pritça janrında qələmə alınmışdır əsərdə sakinləri, məkanı zamanı idarə etməyə qadir olan Sehrbazlar Dərəsi bu dərədə baş verən fövqəladə hadisələr haqqında söz açılır. Qeyd edim ki, əsərin tərcüməçisi ön sözün müəllifi Lyudmila Lavrovadır.

MəşhurYarımçıq əlyazmakimiSehrbazlar dərəsiromanının da rus oxucusunun maraqla mütaliə etdiyi əsərlərin sırasına daxil olacağı əminliklə vrğulanıb.

 

 

Zümrüd

 

Səs.- 2011.- 27 yanvar.- S. 12.