"Dağlıq
Qarabağda 1991-ci ildəki qeyri-qanuni referendumun nəticələrinin tanınması
mümkün deyil"
“Azərbaycan vəziyyəti
hərbi əməliyyatlara
çatdırmadan, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə nizamlanmasına və Azərbaycan Respublikasının
beynəlxalq səviyyədə
tanınan dövlət
sərhədlərinin sülh
yolu ilə bərpasına tərəfdardır".
Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi
təhlil və infomasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov Trend-ə Ermənistan prezidenti Serj Sarkisyanın "Exo Moskvı" radiostansiyasına
müsahibəsi zamanı
bəyanatını şərh
edərkən deyib. Onun sözlərinə görə,
bunun üçün
Ermənistan silahlı
qüvvələrinin ümumilikdə
dövlətimizin ərazisinin
20 faizini təşkil
edən Azərbaycanın
işğal edilmiş
ərazilərindən - Dağlıq
Qarabağ və ona bitişik yeddi rayondan çıxarılması tələb
olunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli
yolları haqda danışan Sarkisyan deyib ki, "münaqişənin yeganə
nizamlanma üsulu sülh üsuludur və yeganə yol Dağlıq Qarabağda referendumun keçirilməsi və ya 1991-ci ildə Sovet İttifaqının qanunvericiliyinə və beynəlxalq hüquqa tam uyğun keçirilən referendumun
nəticələrinin tanınmasıdır".
Elnur Aslanovun sözlərinə görə,
1991-ci il dekabrın
10-da Azərbaycanın Dağlıq
Qarabağ regionunda qeyri-qanuni və özbaşına keçirilən
qondarma "referendum"un nəticələrinin tanınması qeyri-mümkündür.
Belə ki, hüquqşünasların ekspert
rəyinə görə,
o, SSRİ qanunvericiliyini
pozaraq keçirilib, heç bir hüquqi bazaya malik olmayıb, bu halda beynəlxalq
hüquqa "uyğunluqdan"
söhbət belə,
gedə bilməz:
"Yeni səsvermənin
keçirilməsi də
qanunvericiliyə zidd olmamalıdır. Əks halda, o, mənasız
olacaq və hüquqi əhəmiyyəti
olmayaraq analoji şəkildə tanınacaq.
Bundan başqa, yeni səsvermənin suveren Azərbaycanın ərazisinin davam edən işğalı və Dağlıq Qarabağ regionunun əhalisinin üçdə
birinin qaçqın olması şəraitində
keçirilməsi qeyri-mümkündür.
Avropa Şurasının
və ATƏT-in üzvü olan dövlətlərin ərazisində
referendumu belə keçirmirlər. Bu ciddi manelər aradan qaldırılacağı
halda, Azərbaycan Konstitusiyasına zidd olmayan səsvermənin keçirilməsi mümkündür".
Onun sözlərinə görə,
Azərbaycan Ermənistanın
ərazi bütövlüyünü
və onun dövlət sərhədlərini
tanıyır və bu məsələdə ondan analoji yanaşmanı
gözləyir, lakin təəssüf ki, bunu görmür: "Ərazi bütövlüyü
hallanmır və müxtəlif formaları yoxdur, halbuki xalqların öz müqəddəratını
təyin etməsi kontekstdən asılı olaraq, müxtəlif növdə - həm daxili, həm də xarici olur. ATƏT-in Minsk qrupunun
Madrid təklifləri
bu iki prinsipin
bir araya sığışdırılmasını nəzərdə tutursa, bu, məntiqə görə, suveren dövlətin ərazi bütövlüyünün pozulmasına
aparmayan öz müqəddəratını təyinetmə
formasının seçilməsi
deməkdir. Bu iki prinsipin bir araya
sığışdırılmasının
yeganə forması sülh prosesinin, əsas kimi qəbul edilən 1975-ci il Helsinki Yekun
Aktının VIII maddəsinə
uyğun olaraq, ərazi bütövlüyü
çərçivəsində öz müqəddəratını
təyinetmədir. Yəni
bu, daxili öz müqəddəratının
təyin edilməsidir.
Dağlıq Qarabağın
Azərbaycanın tərkibindən
çıxarılmasına aparan öz müqəddəratını təyinetmə
ərazi bütövlüyünü
pozur və deməli, ilk növbədə Madrid prinsiplərinin məntiqinə
ziddir. Buna görə də belə sxemi qəbul edən Azərbaycanın mövqeyi
tam həcmdə kompomislidir. Burada sizə öz müqəddəratını təyinetmə
imkanı verən ərazi bütövlüyü
və ərazi bütövlüyünü pozmayan
öz müqəddəratını
təyinetmə var".
"İlk növbədə Ermənistan maksimalist mövqe tutaraq, işğal etdiyi Dağlıq Qarabağ üçün faktiki digər prinsipin üstündən xətt
çəkən öz
müqəddəratını təyinetmə formasını
tələb edir, - o qeyd edib.
- Məhz bu səbəbdən Ermənistanın
danışıqlar prosesindəki
indiki mövqeyini qeyri-konstruktiv adlandırırlar.
Bu mövqe kompromislər qurmur, əksinə, onu dağıdır, yəni
o, konstruksiyaya deyil, destruksiyaya aparır. Məhz burada "Ermənsitanın
qeyri-konstruktiv mövqeyi"
anlayışı yer
alır", - deyə
Azərbaycan Prezidenti Administrasiyasının şöbə
müdiri əlavə
edib. Onun fikrincə, Azərbaycanın
öz müqəddəratını
təyinetmə məsələsinə
baxmağa və müzakirə etməyə
hazır olması faktı öz-özlüyündə
böyük kompromisdir,
belə ki, öz müqəddəratını
təyinetmə Cənubi
Sudanda olduğu kimi, dövlətlərdaxili
münaqişələrin həlli mezanizmidir, halbuki Ermənistan-Azərbaycan
münaqişəsi açıq-aydın
görünən dövlətlərarası
mübahisədir: "Dövlətlərarası münaqişələrin
həlli suveren dövlətlərin ərazi
bütövlüklərinə riayət etməyə əsaslanır və bu növ münaqişələrdə
öz müqəddəratını
təyinetmə yersizdir,
belə ki, dövlətlərarası münaqişələrdə
tərəflər onların
ayrıca əyalətləri
deyil, artıq öz müqəddəratlarını
təyin edən müstəqil dövlətlər
olur".
Elnur Aslanovun sözlərinə görə,
Azərbaycan kompromisə
gedərək, öz Dağlıq Qarabağ regionunun iki icmadan ibarət əhalisinin öz müqəddəratını təyinetmə
məsələsinə baxmağa
hazır olduğunu bəyan edib. Lakin əlbəttə ki, öz ərazi
bütövlüyünə xələl gətirmədən:
"Bu, Azərbaycanın
işğal edilmiş
ərazisində, o cümlədən Dağlıq
Qarabağ regionunda Ermənistan Silahlı Qüvvələrinin yerləşməsi
faktının mübahisəsizliyini
nəzərə alaraq,
böyük güzəştdir.
Münaqişənin dövlətlərarası
olmaması üçün
Ermənistan öz qoşunlarını Azərbaycanın
ərazisindən çıxarmalıdır.
Və onda ərazi bütövlüyü mövzusu
bağlanacaq və məsələ vətəndaşların
əlverişli öz
müqəddəratlarını təyin etməsi formasının müəyyənləşdirilməsi
məqsədilə paytaxt
və əyalət arasında dialoq müstəvisinə keçəcək.
Lakin Yerevan "öz müqəddəratını
təyinetmə" anlayışında
Azərbaycanın iki hissəyə parçalanmasını
başa düşür.
Axı biz "millətin öz müqəddəratını
təyinetmə" termini
ilə müdafiə edilərək Ermənistandan
analoji parçalanmanı
və onun ərazisinin bir hissəsində - azərbaycanlıların
əsrlərlə yaşadıqları
Zəngəzurda və
Şərqi Göyçədə
ikinci Azərbaycan dövlətinin yaradılmasını
tələb etmirik.
Hər bir şeydə səthilik deyil, balans lazımdır".
Onun sözlərinə görə,
buna görə də ən son mərhələdə
Dağlıq Qarabağın
hüquqi statusunun müəyyənləşdirilməsi zamanı heç bir səsvermə Azərbaycanın ərazi
bütövlüyünün pozulmasına səbəb olmamalıdır: "Ermənistan Dağlıq Qarabağ erməniləri
üçün qondarma
"müstəqillik" tələb
etməkdə davam etsə, biz də ondan Ermənistanın
keçmiş azərbaycanlı
əhalisinin öz müqəddəratını təyin
etməsi üçün
eyni ölçüdə
ərazi ayırmasını
və Ermənistan ərazisində ikinci Azərbaycan dövlətinin
yaradılmasını tələb
etməliyik. Onu, məsələn, "Göyçə-Zəngəzur
xalqı" adlandıracağıq.
Lakin biz dalanın dibinə irəliləməkdənsə, hər halda rəsmi Yerevanın konstuktivlik yoluna qayıtmasını istərdik".
Səs.- 2011.- 28 yanvar.- S. 7.