Dağlıq Qarabağ problemində
bəzi anlayışlar barəsində
1988-ci ildən Ermənistan millətçi dairələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddiası ilə başlayan problem hələ də həll edilməmiş qalmaqdadır. Sovetlər İttifaqı dağılana qədər həm SSRİ-nin, həm Ermənistan SSR-nin Konstitusiyalarını, sonradan isə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistan 1990-1994-cü illər ərzində Azərbaycanın 20 faizinə qədər torpağını işğal etdi. Bu ərazi isə onun iddia etdiyi Dağlıq Qarabağ regionundan dörd dəfə böyükdür. Aktiv hərbi əməliyyatların dayandığı dövrdən 17 il keçsə də vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Atəşkəs elan olunsa da müharibə dayanmamışdır və cəbhə xəttindəki gərginlik hər an müharibənin başlaması ehtimalından xəbər verir. Ermənistan qonşu dövlətin öz ərazisinin yarısından çox qədər ərazisini işğal etsə də, onu öz inkişafı üçün istifadə edə bilmir. Eyni zamanda reallıqdır ki, bütün səylərə baxmayaraq Ermənistanın işğalçı rəhbərliyi işğal edilmiş torpaqları ölkələrinə birləşdirə bilmədilər. Hətta orada yaratdıqları oyuncaq rejimə hər-hansı beynəlxalq hüquqi don da geyindirmək mümkün olmadı. İşğal faktoru ötən müddət ərzində Ermənistan dövlətçiliyinə, iqtisadiyyatına, diplomatiyasına, ordu quruculuğuna ciddi zərbələr vurmaqdadır.
Torpaqlarının bir hissəsinin işğalına baxmayaraq Azərbaycanın düzgün seçdiyi inkişaf xətti onu bütün parametrlər üzrə inkişafda Ermənistandan əhəmiyyətli dərəcədə önə çıxartdı. Demokratiya, güclü iqtisadiyyat, güclü sosial müdafiə sistemi, güclü ordu Azərbaycanın problemin həllində qətiyyətli etməyə imkan verdi. Ötən müddətdə beynəlxalq birlik, onun nüfuzlu beynəlxalq təşkilatları - BMT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı və digərləri Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çoxsaylı qətnamələr qəbul etdilər.
Bu gün Azərbaycanın işğal olunmuş torpaqları məsələsi daima beynəlxalq siyasətin gündəliyindədir. Ölkəmizin ərazi bütövlüyü məsələsi başa düşülür və müdafiə edilir. Problemin həllinə dair ölkəmizin ədalətli mövqeyi tamamilə aydındır. ATƏT-in Minsk Qrupu adlı beynəlxalq vasitəçi qurum və onun ABŞ, Rusiya və Fransa kimi nüfuzlu ölkələrdən ibarət həmsədrlər institutu müntəzəm olaraq bu problemin həlli ilə məşğuldurlar. Onların fəaliyyəti Azərbaycan cəmiyyətini tam təmin etməsə də, ortada Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyan və Ermənistan beynəlxalq hüquq müstəvisinə çəkmək istəyən üç dövlətin birgə səyi vardır.
Bu istiqamətdə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevin problemin həllinə diqqəti xüsusi qeyd edilməlidir. 2008-ci ildən bəri onun təşəbbüsü və şəxsi iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin yeddi görüşünün keçirilməsi problemin beynəlxalq birlik üçün aktuallığını göstərir.
Problemin həllinə beynəlxalq səylər göstərilb mövqelər aydınlaşsa da bir sıra yanaşmalar ciddi etiraz doğurmaya bilməz. Burada söhbət məsələnin həllində Azərbaycanla Ermənistanın məsuliyyətini tərəzinin eyni gözünə qoymaqla yanaşı, məsələnin bilərəkdən səhv qiymətləndirilməsi cəhdindən də gedir. Bu sadəcə terminologiya məsələsi olmayıb, onların doğurduğu siyasi nəticələr də deməkdir. Səhv terminologiya beynəlxalq ictimaiyyətdə Azərbaycanın mövqeyini təhrif edir və məsələnin mahiyyətini dəyişməyə xidmət edir.
Aşağıda göstərilən nümunələr əsasən Azərbaycandan kənarda kök salsa da, öz cəmiyyətimizdə də bəzən yanlış yanaşmalara da rast gəlinir. Beləliklə, etiraz doğuran ifadələrə və adlandırmalara aşağıdakıları aid etmək olar:
" Azərbaycan - Ermənistan Dağlıq Qarabağ problemi " - Termin ATƏT-in Minsk Qrupunun təklifi ilə tərəflər arasında bir kompromis variant kimi qəbul edilmişdir. Termin tərəflərin məsələyə yanaşmalarında xeyli güzəşt və ortaq məxrəcə gəlmə kimi qəbul edilə bilər. Əslində isə problemi dərindən bilməyən xarici ölkə ictimaiyyəti üçün termin ortada olan "Dağlıq Qarabağ" adlanan ərazi uğrunda Azərbaycan və Ermənistanın mübarizəsi kimi başa düşülür. Burada Dağlıq Qarabağın əvvəlki və indiki statusu və nə səbəbdən bu problemin yaranması bilinmir.
Ancaq məsələni bir qədər araşdıran istənilən tədqiqatçı DQ-nin 1991-ci ildə SSRİ-nin dağılmasına qədər Azərbaycanın tərkibində olması və 1991-1994-cü illərdə bu ərazinin və onun ətrafındakı ondan üç dəfə çox əlavə ərazinin Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal etdiyini üzə çıxarır. Bu fakt həmin dövr BMT Təhlükəsizlik Şurasının qərarlarında, bir çox ölkələrin məsələyə rəsmi münasibətlərində və hətta Ermənistanın bəyanatlarında da öz əksini tapıb. Həmin dövr Dağlıq Qarabağ ərazisində yaşayan 50-100 minlik erməni icmasının özünümüdafiə dəstələrinin həmin dövrdəki 6 milyonluq Azərbaycan dövlətinin silahlı qüvvələrinə qalib gəlməsi iddiası isə sadəcə olaraq gülüncdür.
Problemin adı isə:
"Ermənistanın Azərbaycan ərazisinin bir hissəsinin
işğalından doğan problemi"dir.
"
Dağlı Qarabağda yaşayan erməni
icmasına yüksək muxtariyyət verilməsi”.
Azərbaycan problemin həllini
işğal edilmiş ərazilərdən Ermənistan
Silahlı Qüvvələrinin çıxarılmasında və
Dağlı
Qarabağa yüksək muxtariyyət verilməsində görür. Yüksək muxtariyyət
öhdəliyi mübahisə predmeti deyil və bu bəyanat dəfələrlə
ən yüksək səviyyədə Azərbaycan tərəfindən
səsləndirilib. Bu zaman dünyada
mövcud olan muxtariyyət formalarının ən geniş
formatları daima danışıqlar stolunun üstündədir.
Aydınlıq gətiriləsi
məsələ isə odur ki, muxtariyyət həmin ərazidə
yaşayan erməni icmasına deyil, bütün əraziyə
veriləcək və bütün əhaliyə şərait
ediləcək. 1989-cu ildə rəsmi statistikaya
görə keçmiş muxtar vilayətdə ümumən 189 min nəfər insan
yaşayırdı. Onların
139 min nəfəri, ya 73,5
faizi erməni, 48 min nəfəri, ya 25,3 faizi azərbaycanlı,
2 min nəfəri, ya 1,2 faizi isə
digər xalqların nümayəndələrinə aid idi.
1991-1994-cü illərdə
Ermənistan Silahlı Qüvvələri Dağlıq
Qarabağın 5 min kvadrat
kilometr ərazi ilə yanaşı Azərbaycanın əlavə
12 min kvadrat kilometr ərazisini də
işğal etdilər. Aparılan
danışıqlar nəticəsində keçmiş DQMV ətrafındakı
ərazinin qeyri-şərtsiz azad edilməsi, Dağlıq
Qarabağ ərazisinə isə məcburi köçkünlərin
geri qaytarılması və əraziyə əvvəlkindən
də geniş muxtariyyət verilməsi nəzərdə
tutulur. Həmin ərazidə yaşayan hər
bir kəs muxtariyyətin daşıyıcısı olacaq və
yüksək zəmanətin arxasında isə müstəqil
Azərbaycan dövləti duracaq.
" Dağlıq
Qarabağın separatçı
rejimi "
İfadə
yaranmış situasiya üçün nə hüquqi, nə
məntiqi cəhətcə düzgün deyildir. Separatçı
rejim hansısa ölkənin bir hissəsi mərkəzi
hökumətə tabe olmadıqda və oranın de-yure daxil
olduğu dövlətdən de-fakto heç bir
razılığı olmadan idarə edildikdə mövcud
olur. Separatçı rejim öz resursları hesabına
yaşayır, hakimiyyəti həmin ərazinin əhalisindən
alır, dünya birliyi ilə birbaşa dialoqda olur və
konflikt həmin ərazi rəhbərliyi ilə ölkə rəhbərliyi
arasında həll edilməyə çalışılır.
Dağlıq Qarabağ nümunəsində isə həm
DQ-nin, həm də ətraf zona qonşu Ermənistan tərəfindən
işğal edilmişdir. Fakt Ermənistan tərəfindən
də dəfələrlə təsdiqini tapıb. İşğal zonasında qeyri-qanuni şəkildə
Ermənistan Silahlı Qüvvələrinin nizamı hissələri
yerləşdirilmişdir. Zonanın
büdcəsi Ermənistanın büdcəsində oturdulmuş,
əhalisi Ermənistan rəsmi sənədləri ilə təmin
edilmişlər. Ona
görə də həmin ərazi çox düzgün olaraq
Azərbaycan tərəfindən "
İşğal edilmiş Azərbaycan ərazilərində
Ermənistanım işğalçı rejimi "
adlandırılır.
"Dağlıq
Qarabağ xalqı" - Bu termin ancaq Ermənistan rəsmi
leksikonunda və kütləvi informasiya vasitələrində
işlədilir. Əslində isə "Dağlıq Qarabağ"
adlı xalq ola bilməz. Elmi
ədəbiyyatda "xalq" dedikdə "etnos" (eyni
ictimai əlamətlər üzrə birləşən
insanlar) başa düşülür. Eyni əlamətlər
- vahid dil, mədəniyyət, din, tarix və bu kimi digər
amillərdir. Bunlardan ən vacibi dil qəbul
edilir. "Xalq" və "millət"
anlayışları kiçik bir-birinə çox yaxın qəbul
edilir.
Qeyri-elmi anlayış kimi
"xalq" dedikdə "cəmiyyət", "əhali"
və "kütlə" də başa
düşülür.
Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində erməni millətindən
olanların çüzi üstünlüyü olsa da bölgədə
həm azərbaycan, həm də digər xalqalrın nümayəndələri
geniş şəkildə təmsil olunurdular. 1991-1993-cü il birinci Qarabağ müharibəsi
dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən
o və ətraf tutulan ərazidə bütün qeyri-erməni
millətlərindən olanlar doğma torpaqlarından
qovulublar. İndi orada ancaq erməni millətindən
olan insanlar yaşayırlar.
Orada yaşayan
ermənilərlə, Ermənistan və digər ölkələrdə
yaşayan ermənilərin dillərində, dinlərində,
mədəniyyət və tarixi köklərində heç
bir fərq yoxdur. Ona görə də onlar "xalq" yox
"Dağlıq Qarabağ əhalisinin erməni
icması"dırlar. Çünki, Dağlıq
Qarabağ bölgəsinin əhalisi tərkibinə yerli əhali
olan, bu gün qaçqın həyatı yaşayan və bu
gün sayı artıq 110 min nəfərə çatan Azərbaycanlılar
və 10 minə qədər digər xalqların nümayəndələri
də daxildir.
" Məsələnin həlli filan ölkənin
istəyindən asılıdır ". Kənar
baxışda bu belə də görünə bilər.
Ancaq bütün ağır problemlər kimi,
Dağlıq Qarabağ probleminin də həlli hansısa
konkret şərtdən deyil, müvafiq şəraitin
yetişməyindən asılıdır. Dağlıq
Qarabağ problemi erməni millətçi dairələri
tərəfindən təxminən iki əsr ərzində
yaradılmışdır.. Onun 1988-ci ildə
başlaması aysberqin isti qatı idi. Azərbaycanın
dövlət müstəqilliyinin olmaması, SSRİ -nin dağılma mərhələsinə daxil
olması və onun siyasi rəhbərliyinə və güc
strukturlarına erməni millətçilərinin
güclü təsiri problemin partlamasına səbəb oldu. Burada əvvəldən məqsədli surətdə
Azərbaycan SSR rəhbərliyinə milli təəssübkeşliyi
olmayan şəxslərin yerləşdirilməsi
də böyük rol oynadı.
Məsələnin
dərin təhlili göstərir ki,
Dağlıq Qarabağ probleminin başlaması kimi bitməsi
də müvafiq şəraitin yetişməsi ilə
bağlıdır. Həmin şərait isə aşağıdakı
amillərdən asılıdır :
1. Dünya ictimaiyyətinin
torpaq işğalını qəbul etməməsi və ona
siyasi, hərbi, diplomatik dəstək mexanizmlərindən
imtina edilməsi, məsələlərə ikili standartla
yanaşma praktikasından yol verilməməsi.
2. Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmlənməsi, onun dünya
birliyinə inteqrasiyası, iqtisadi, siyasi qüdrətinin
artması, hərbi gücünün ərazi
bütövlüyünün təmin edilməsində yetərli
olması.
3. Azərbaycan dövlətinin
ərazi bütövlüyü məsələsində
prinsipial mövqeyi, cəmiyyətdə vətənpərvərlik
və mili düşüncənin daima yüksək səviyyədə
olması.
4. Ermənistan cəmiyyətində,
xaricdəki erməni diaspor dairələrində Azərbaycan
torpaqlarının işğalının heç bir fayda verməməsi
qənaətinə gəlinməsi. İşğal
faktorunun erməni dövlətçiliyinə ağır zərbə
vurması, Ermənistanın Azərbaycanın təşəbbüskarı
və təşkilatçısı olduğu
çoxmilyardlı gəlirlər verən regional layihələrdən
kənarda qalamasının əks sədası və s.
5. Azərbaycanın lider
dövlət olduğu Cənubi Qafqaz regionunun dünya siyasətində,
iqtisadi quruluşunda, təhlükəsizlik sistemində rolunun
artması.
6. Dünyanın
aparıcı dövlətlərinin rəsmi və siyasi dairələrində
region, Dağlıq Qarabağ problemi və erməni millətçi
ideologiyası haqqında obyektiv informasiyanın
çoxalması.
Həmsədr
ölkələr - ABŞ, Rusiya və Fransa tərəfindən
edilən təkliflər isə yuxarıda sadalanan prinsiplərin
tətbiqinə edilən yeni variantlar deməkdir. Vasitəçilər
onların bir bir paketdə birləşdirməyə və və
konfliktin güzəştlərlə həllinə cəhd
edirlər.
1988-ci ildə
başlayan problem 1992-ci ildən ATƏT-in Minsk Qrupu
formatında həll edilməyə başlanır. Azərbaycan beynəlxalq
hüquq prinsiplərinə əsaslanaraq problemin " ərazi
bütövlüyü prinsipi " əsasında həll
edilməsinə çalışır. Çünki,
problem Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin
işğalına yaranmışdır. Ermənistan isə " xalqların
müqəddəratını təyin etməsi prinsipini "
əsas gətirərək işğal edilmiş torpaqları
Azərbaycandan qoparmağa çalışır. Ermənistan işğal etdiyi Azərbaycan
torpaqlarında yaşayan erməni icmasının millət
kimi öz müqəddəratını təyin etməsində
təkid edir. Vasitəçilər
isə problemin ancaq " güc tətbiq etməmə prinsipi "
prinsipi əsasında həll etməyə üstünlük
verirlər.
Prinsiplərin
hər biri beynəlxalq hüquq normalarına daxildir. Və 1975-ci ildə Finlandiyanın
paytaxtı
Ancaq Ermənistanın
düşüncəsindən asılı olmayaraq "müqəddəratı
təyin etmə" heç də müstəqillik demək
deyildir. Dünya təcrübəsində və beynəlxalq
hüquq normalarında bu anlayışa müstəqil dövlətdən
başqa muxtariyyət və mədəni muxtariyyət
variantları da daxildir. Azərbaycan isə
ərazi bütövlüyü prinsipi ilə səsləşən
yüksək muxtariyyət modeli təklif edir. Çünki, erməni xalqı artıq öz
müqəddəratını təyin etmişdir və tarixi
Azərbaycan torpaqlarında Ermənistan adlı müstəqil
dövlət yaradıb. İkincisi isə,
dünyada müstəqil dövləti olan 50-100 min nəfərlik
milli icmanın yeni bir müstəqil dövlət yaratması
təcrübəsi yoxdur. Bu ənənə
yaranarsa, dünya siyasi xəritəsini yenidən çəkmək
və dünyanı yenidən ərazi uğrunda qanlı
müharibələrə sürükləmək demək
olardı.
Keçmiş sovetlər
məkanında yaşayan bəzi milli azlıqlar bitərəfli
sesessiyaya meyl edirlər. Sesessiya hər
hansı bir dövlətin tərkibində yaşayan milli
qrupun həmin dövlətin tərkibindən ayrılaraq lakin
həmin dövlətin ərazisi üzərində müstəqil
dövlət yaratmaq istəyidir. Beynəlxalq hüquq
isə sesessiya hüququnu tanımır və Millətlər
Cəmiyyətinin hüquqşünaslar komissiyasının
1928-ci ildə Alan adaları ilə bağlı qərarı və
Kanada Ali Məhkəməsinin Qebeklə bağlı qərarı
buna misaldır. Hətta Beynəlxlalq Ədalət
Məhkəməsinin Kosovo ilə bağlı məlum rəyində
sessesiya anlayışına münasibət bildirməkdən
çəkindi.
Güc tətbiq
etməmək prinsipinə gəldikdə isə Azərbaycan
danışıqların getdiyi dövrdə bu prinsipi gözləməyi
öhdəsinə götürür. Danışıqların
qarşı tərəf tərəfindən məqsədli
surətdə uzadıldıqda və Ermənistan
Dağlıq Qarabağ
probleminin yaranmasından 23 il keçməsinə
baxmayaraq o yenə də Azərbaycan cəmiyyətinin bir
nömrəli məsələsi olaraq qalır. Aparılan
bütün fəaliyyət onun tezliklə həll edilrərk
ölkəmizin ərazi bütövlüyünün təmin
edilməsinə yönəldilmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sədrliyi ilə yanvarın 14-də
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasda cənab İlham Əliyev məsələ ilə
bağlı bildirmişdi : " Əfsuslar
olsun ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində irəliləyişə nail ola bilməmişik.
Bunun da təkcə bir səbəbi var. Bu da
ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki,
danışıqları pozmaq istəyir. Danışıqlar
masasında əvvəlcə
razılaşdırılmış məsələlərə
yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir.
Bir sözlə,
bizdə belə fikir yaranır ki, Ermənistan işğal
olunmuş torpaqları azad etmək istəmir,
çalışırlar nə qədər
mümkündürsə, o torpaqları işğal altında
saxlasınlar.
Beləliklə də, bundan istifadə edib Azərbaycandan
Dağlıq Qarabağın statusu ilə bağlı onlara
xeyir gətirən şərtləri əldə etsinlər.
Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə
bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan
torpağı kimi tanınır. Azərbaycanın
ərazi bütövlüyü bütün beynəlxalq aləm
tərəfindən tanınır, BMT tərəfindən
tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi
bütövlüyümüzə hörmətlə
yanaşır.
Azərbaycan
dövləti heç vaxt imkan verməz ki, ikinci erməni
dövləti yenə də Azərbaycanın tarixi
torpaqlarında yaradılsın. Yəni bu,
danışıqlar mövzusu deyil və heç vaxt
olmayacaqdır. Məsələnin həlli
üçün Ermənistan öz işğalçı
qüvvələrini zəbt edilmiş torpaqlardan
çıxarmalıdır. Ondan sonra
sülh yarana bilər. Azərbaycan vətəndaşları
öz doğma torpaqlarına qayıtmalıdırlar, o
cümlədən Dağlıq Qarabağa
qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət
şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu
kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında
təşkil edilməlidir. Bundan kənarda
məsələnin heç bir başqa istiqamətdə həlli
mümkün deyildir. Azərbaycan buna
razılaşmayacaqdır".
Fikrini davam etdirən Prezident
bütün məsuliyyəti ilə bildirdi :
" Biz çalışacağıq ki, 2011-ci ildə öz
mövqeyimizi daha da möhkəmləndirək. Deyə
bilərəm ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda
bu məsələ ilə bağlı çox mühüm
hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli
qətnamə qəbul etmişdir. Bu məsələ
digər beynəlxalq təşkilatlarda da müzakirə olunur
və bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə görüşündə bu məsələ
ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən
qətnamə qəbul olunmuşdur. Dünən
Avropa Komissiyasının sədri cənab Barrozu ilə birgə
mətbuat konfransında bu məsələ ilə
bağlı Avropa Komissiyasının və Avropa
İttifaqının mövqeyi ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir.
Yəni məsələnin
həlli üçün beynəlxalq çərçivələr
budur və o, yalnız bu çərçivələr
daxilində öz həllini tapa bilər. Heç bir
başqa variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm ki, Azərbaycan
danışıqlar prosesində konstruktiv mövqe
nümayiş etdirir. Biz
çalışırıq ki, məsələ sülh yolu
ilə həll olunsun. Ancaq beynəlxalq
hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın ərazi
bütövlüyünün bərpası qeyd-şərtsiz
öz həllini tapmalıdır.
Digər tərəfdən,
o da heç kim üçün sirr deyil,
biz danışıqlar apardığımız zaman, eyni
zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk,
ordumuzu gücləndiririk. Bu sahədə böyük
uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir.
Onların son aylarda verdikləri isterik və əsəbi,
qorxu ilə dolu çıxışlar bunun əyani
sübutudur.
Onlar da
yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən
anda düşmənə sarsıdıcı zərbə endirə
bilər. O zərbə
nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda
da vəziyyət başqa istiqamətdə inkişaf edə
bilər. Sadəcə olaraq, biz istəyirik ki,
bu məsələ sülh yolu ilə həll olunsun.
Ancaq biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait
artır, yeni müasir silahlar, texnika - təyyarələr,
artilleriya, hava hücumuna qarşı ən müasir qurğular,
zirehli maşınlar alınır, onların
hamısını sadalamaq üçün bəlkə də
bir neçə saat lazımdır. Azərbaycanda
istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul
həm ordumuza xidmət edir, həm də biz artıq xarici
bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə
iştirak edirik. Bu sahədə 2011-ci ildə
də çox mühüm hadisələr baş verəcək,
Azərbaycanda ən müasir avadanlığın,
texnikanın, döyüş sursatının istehsalı
başlanmalıdır".
Dövlət
başçısı, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı
Bəyan etdi : " 2011-ci ildə ordu xərcləri,
müdafiə xərcləri 3 milyard dollardan çox
olacaqdır. Onun böyük hissəsi yenə də
silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz
bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın güclü ordusu
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün öz
sözünü deməlidir və vaxt gələndə deyəcəkdir".
Səs.- 2011.- 28 yanvar.- S. 10-11.