AMEA Folklor İnstitutunun 2010-cu ildəki uğurları

 

Qloballaşma prosesində milli-mənəvi dəyərlər qorunur

 

İldən-ilə öz nüfuz dairəsini genişləndirən AMEA Folklor İnstitutu 2010-cu ili uğurla başa vurmuşdur. İnstitutun əməkdşı Əli Şamilin verdiyi məlumata görə, AMEA Folklor İnstitutu türk xalqlarının bugünkü qloballaşma prosesində milli-mənəvi dəyərlərinin qorunması, ortaq mədəniyyətə malik millətlərin əsrlər boyu yaratdığı dəyərlərin tarixdən bu günə daşınması problemi ətrafında elmi fikir mübadiləsini təşkil etmək gələcək ortaqlaşma prosesinin mənəvi-mədəni dayaqlarını yaratmaq məqsədilə Quzey Kıprıs Türk Cumhuriyyətinin Doğu Akdeniz Universiteti ilə birlikdə "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası Folklor Konfransını keçirimişdir. Konfransın əsas qayəsini dünyanın müxtəlif bölgələrinə səpələnmiş türk xalqları arasında elmi, tarixi, mənəvi-mədəni inteqrasiyanı genişləndirmək, türk dünyasının türkoloq folklorşünas alimləri arasında elmi fikir mübadilələrini həyata keçirmək, türk folklorşünaslığının türkologiyanın ortaq problemlərinin çözüm yollarını birlikdə aranması təşkil etmişdir.

Tədbirə respublikamızın xarici ölkələrin elmi qurumlarını təmsil edən 150-yə yaxın nümayəndə qatılmışdır. Hər il olduğu kimi, bu il konfransda respublikanın qabaqcıl elm tədris müəssisələrinin mütəxəssisləri iştirak etmişlər. Konfransda iştirak edən qonaqlar Türkiyə, QKTC, İran İslam Respublikası, Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Gürcüstan digər ölkələrin elmi-mədəni qurumlarının təmsilçiləri olmuşlar.

Konfransın Təşkilat Komitəsi iştirakçılar tədbirin türk xalqlarının elmi mədəni inteqrasiyasında əhəmiyyətini rolunu yüksək dəyərləndirərək, onun Qazimaqosada (Quzey Kıbrısda) təşkil edilməsinə qərar vermişlər.

Müstəqil Azərbaycan Respublikasının dünya mədəni elmi həyatına inteqrasiyası istiqamətində Uluslararası Folklor Konfransı ötən ilin ən iri tədbirlərindən biri olmuş onun təşkili, keçirilmə keyfiyyəti, mədəni proqramları s. baxımından yüksək səviyyədə keçirilmişdir.

Bununla yanaşı, institutun əməkdaşlarının elmi fəaliyyəti yalnız respublikamızda deyil, xarici ölkələrdə uğurla davam etdirilmişdir. Azərbaycan folklor nümunələrini əks etdirən kitablar xarici dövlətlərdə çap olunmuş, beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, eyni zamanda, müxtəlif səpkili mükafatlara adlara layiq görülmüşdülər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 28 yanvar.- S. 12.