Kitabxanalar zənginləşdirilir
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və
Turizm Nazirliyindən bildirilib ki, 2010-cu ildə M.S.Ordubadi adına Mərkəzi kitabxanaya 5.735, İmran Qasımov adına Naxçıvan şəhər
kitabxanasına 3.783, Adil
Babayev adına Uşaq kitabxanasına isə 2.795 ədəd kitab verilib. Rayon mərkəzləşdirilmiş
kitabxana sistemlərindən
ən çox kitab isə Şərur rayonunun payına düşmüşdür.
Belə ki, rayonda fəaliyyət göstərən 60 kitabxanaya,
ümumilikdə, 16 min
300 kitab paylanıb. Muxtar respublikanın kitabxanaları zənginləşdirilib,
Ordubada 9.897, Babək rayonundakı kitabxanalara
7.926, Culfaya isə
6.992 ədəd kitab verilib. Nəşrlərin
qalan hissəsi isə Şahbuz, Kəngərli və Sədərək rayonlarının
kitabxanalarına paylanıb.
Zümrüd
Səs.- 2011.- 22 yanvar.- S. 12.