Azərbaycanın milli balet sənətinin əfsanəvi klassik dühası

 

Azərbaycanın milli balet sənətinin əfsanəvi klassik dühalarından, ilk azərbaycanlı balerina, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Leyla Vəkilovanın bu gün doğum günüdür. 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə, o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir. Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir. Yüksək səhnə mədəniyyətinə ifa texnikasına malik sənətkar olub. İfası həmişə özünün emosional lətafəti, ülviyyəti, zərifliyi, cazibəli coşqunluğu, hərarətli qaynarlığı, fəza boşluğunda yaratdığı nağılvarı görünüşü ilə seçilib. Səhnədə son dərəcə çevik, hərəkətlərinin plastikası ifadəli dərin məzmunlu idi, sanki dil açıb danışırdı. Sənətkar yoldaşları diqqət səmimiyyətinə, hərəkətlərinin psixoloji dərinliyinə, ünsiyyətinin təbiiliyinə təbii canlanmağına görə Leyla xanımla bir tamaşada oynamağa xüsusi cəhd göstəriblər. Səhnə boyu uzanan, genişmiqyaslı lirik, dramatik ehtiraslı hərəkətlər toplusundan ibarət mizanları icra etməkdə böyük peşəkar səriştəsi vardı. Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla (“Sonalar gö”, “Yatmış gözəlŞelkunçik”, Pyotr Çaykovski), Pao Xoa (“Qırmızı lalə”, Reynqard Qliyer), Kitri (“Don KixotLüdviq Minkus), Laurensiya (“Laurensiya”, Aleksandr Kreyn), Zarema (“Bağçasaray fəvvarəsi”, Boris Astafyev), Gülşən (“Gülşən”, Soltan Hacıbəyov), Aişə, Sari (“Yeddi gözəlİldırımlı yollarla”, Qara Qarayev), Şirin (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Jizel (“Jizel”, Adolf Adan), Malvina (“Qızıl açar”, Boris Zeydman), Qaraca qız (“Qaraca qız”, Əşrəf Abbasov) partiyalarını ifa edib. Azərbaycan milli balet sənətinin tərəqqisində təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla xanım Vəkilova dövlət tərəfindən fəxri adlarla təltif olunub. Leyla xanım Vəkilova Polşada, Suriyada, Çexoslavakiyada, Hindistanda, Bolqarıstanda, Fransada, Macarıstanda, İtaliyada, Türkiyədə, Tiflisdə Almaniyada, Nepalda ifaçı baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı İncəsənəti Dekadasında iştirak edib. Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib 1992-ci ildən həm bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri, nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmət göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün sənət fəaliyyətlərini davam etdirirlər. Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Vəkilovanın xatirəsi milli sənət tariximizdə əziz uca tutulur.

 

 

Zümrüd

 

Səs.- 2011.- 29 yanvar.- S. 12.