“Data Tutaşxiaromanı Azərbaycan dilində çapdan çıxıb

 

Gürcü yazıçısı Çabua Amirecibinin “Data Tutaşxiaromanı Azərbaycan dilində çapdan çıxıb.

TiflisdəkiQafqaz Evinəşriyyatında işıq üzü görmüş kitabı dilimizə azərbaycanlı jurnalist Emin Elsevər (Mahmudov) tərcümə edib.

“Qafqaz Evi”ndə kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbiri “Qafqaz Evi”nin direktoru, yazıçı Naira Qelaşvili açıb.  Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, tərcüməçi Oqtay Kazımov, gürcü şairi və tərcüməçisi Zezva Medulaşvili, professor Mahmud Hacıxəlilov və başqaları çıxış edərək, kitabın müasir şəraitdə Azərbaycan dilinə tərcümə olunan ən sanballı əsərlərdən biri olduğunu vurğulayıb. Natiqlər, həmçinin, gürcü və Azərbaycan yazıçılarının əsərlərinin gələcəkdə hər iki xalqın dilinə tərcümə olunub nəşr edilməsinin əhəmiyyətindən danışıblar.

 

 

Zümrüd

 

Səs.- 2011.- 22 yanvar.- S. 12.