Azərbaycançılıq və milli yaddaş

 

Bütün millətlər və xalqlar kimi Azərbaycan xalqı da milli özünüdərk prosesini yaşayır. Milli özünüdərkin əsas komponenti milli yaddaşdır. AMEA-nın müxbir üzvü Yaşar Qarayev göstərirdi ki, tarixdə hər bir xalq  inteqrasiya prosesinə özünün milli yaddaşı, ədəbi-bədii, mədəni irsilə gəlir. Bu məqamda azərbaycançılığa yüksək qiymət verən görkəmli alim yazırdı: “Dil və din, mental və yaddaş, əxlaqi dəyərlər, sənətdə və fəlsəfədə, hətta relyefdə və iqlimdə ortaq mənəvi məkan... hamısı bir düyündə, cəm olanda  (yalnız onda!) bəşəriyyət adlı tamın, bütövün komponenti-Azərbaycan əmələ gəlir. Azərbaycançılıq, məhz bu məqamda, bu mərtəbədə həmin adın, həmin ünvanın ən ali rəsmi hüquq, qanun səviyyəsində sertifikatıdır. Milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə, ideyada ifadəsidir.

 Əzəli, əbədi Azərbaycanı bir yumruqda birləşdirən mənəvi cazibə məkanı da indi yalnız bir bütövlüyün məhvərində yarana bilər. Millət - Azərbaycan, milli ideya, dövlətçiliyin sivil ideya modeli - azərbaycançılıqdır! İki əsrlik nəzəri-ideoloji fikrimizin yekunu, sonuc qənaəti bu gün bu iki düsturla ifadə edilir.

 Azərbaycançılıq  milli ideyanın gücü məhz milli yaddaşın dərinliyindədir. Bu mənada, Böyük Atatürk deyirdi ki, milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarına çevrilə bilər.

Azərbaycançılıq milli ideyasının azərbaycançılıq milli ideyasının gücü ondadır ki, özündə milli yaddaşla yeniliyi, milliliklə ümumbəşəriliyi, milliliklə dövlətçiliyi və müstəqillik fəlsəfəsini əks etdirir.

Azərbaycançılıq milli yaddaş milli şüur, milli maraq, ümübəşəriliyin, modernizmin vəhdətədir. Akademik Ramiz Mehdiyev özünün “Azərbaycanda siyasət: dünən, bu gün, sabah” əsərində düzgün olaraq yazır: “Tarixdən və ictimai-tarixi prosesdən yalnız o zaman danışmaq mümkündür ki, iki başlanğıc - bir tərəfdən, inkişaf və yeninin yaradılması, digər tərəfdən isə keçmişlə varisliyin qorunub saxlanılmasının qarşılıqlı əlaqəsi və çulğalaşması olsun.”

Akademik Ramiz Mehdiyev azərbaycançılıqda milli ənənə və yeniliyin nisbətində, varisliyə yüksək qiymət verir: “Bu gün “Azərbaycançılıq” milli həyatın, əsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə müharibəsinin tarixi təcrübəsidir.”

“İrsilik” məqamı ilə eyni səviyyədə diqqət hədəfinə çəkilən ikinci problem məqalədə “millilik” amilidir və bu istiqamətdə irəli sürülən konsepsiya Ulu Öndər milli ideoloq Heydər Əliyevin, demək olar ki, otuz illik fasiləsiz strateji siyasətidir: “bu siyasətin əsasında milli mentalığın, milli özünüdərikin və milli “mən”in mahiyyətini qoruyub-saxlamaq səyi duruq”.

Politoloq C.Kərimov Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə milli  yaddaşa, milli ənənəyə önəm verdiyini xüsusi qeyd edir: “Ən böyük uğur isə -genefondun, onun tarixlə, yaddaşla yaşamaq bacarığının, milli özünəməxsusluqlarının, azad, qətiyyətinin qorunub saxlanılması və daha da gücləndirilməsi sahəsində qazanmışdır. Heydər Əliyev bunun üçün ədəbiyyatın, mədəniyyətin, incəsənətin, elmin inkişafına, xalq həyatı, arzu-istəkləri, idealları ilə birbaşa əlaqələrinə, milli mənlik şüurunun, milli ideyanın formalaşmasına əlverişli şərait yaratmışdı.

Məhz bu dövrdə milli ruh qeyri-adi dərəcədə güclənmişdi və bu ruhu gücləndirməyə xidmət edən şəxsiyyətlərə xüsusi qayğı ilə yanaşırdı. Adicə bir faktı qeyd etmək yerinə düşər ki, aşkarlıq və yenidənqurma deyilən mərhələdə keçmiş Sovetlər Birliyi kəsb etmiş bu istiqamətdəki nəzəri və praktiki fəaliyyətdə məqsədyönlülük, şüurluluq (stixiyalılıqdan çıxmaqla) güclənmişdir.”

Sovet dövründə ən qorxulu cəhətlərdən biri milli yaddaşın, milli özünəməxsusluğun təhlükə qarşısında qalması idi. Tədqiqatçı Vaqif Abdullayev bu təhlükəni belə səciyyələndirirdi: “Ümumiliyin müəyyənedici əlaməti sovet sosiumunun əsas normalarına və dəyərlərinə rəvac verən siyasi birlik oldu. bu gün də, otuz il bundan əvvəl də ictimai şüur, cəmiyyətin şüuru bunu heç bir izaha ehtiyacı olmayan hadisə kimi qəbul etmiş siyasi totalitarizm genişləndikcə birliyin üzvlərinin şüurunun (buna hələ milli şüur demək olmazı) ayrılmaz ünsürünə çevrilmişdi. Lakin bunu da yada salaq ki, 40-cı illərin ikinci yarısında - 50-ci illərin əvvəlində siyasi leksikondaböyük rus xalqı” anlayışı üstünlük təşkil etməyə başlamışdı. Bu isə artıq milli mənsubiyyəti bildirməklə yanaşı, o dövrdə həyata keçirilən milli imperiya istiqamətini əks etdirirdi.

60-cı illərdə sovet ideologiyasında dili və mədəniyyəti unifikasiya etmək yolu ilə cəmiyyətin siyasi unifikasiyasına cəhd göstərmək təşəbbüsləri edilir. İmperiya şüurunu qidalandıran millətçilik ideya kompleksiya 40-50-ci illərin ayrıcında dövlət-siyasi dəyərlərə əsaslanan ideya kompleksi ilə əvəz olundu. İmperiya məkanının sağlam dəyərlərinin daşıyıcısı olan milli şüurlar (xalqların şüurlarından söhbət gedir) daha acınacaqlı faktla üzləşməli oldu. Biz, doğrudur, “millətlərin ölüb itməsi” konsepsiyasının nə dərəcədə “böyük ideologiya” ilə bağlı olmasının təfərrüatına varmaq fikrində deyilik. Çünki ideya prosesi heç də biristiqamətli getmirdi: dövlət antisemitizmini qeyd etmək kifayətdir. Yalnız bunu deməyi, lazım bilir ki, həmin kompleks ideyalara, dəyərlərə, yönümlərə bəzi respublikalarda, həmçinin, Rusiyanın özündə müxtəlif milli identifikasiya ilə bağlı müxtəlif kompleks ideyaların cavab reaksiyası kimi Zaqafqaziyada, Ukraynada, Pribaltika respublikalarında dövlət dilinin rus dili olması əleyhinə hərəkatlar başlamışdı. Məhz buna görə də  siyasi rejimin kontekstində cəmiyyətin şüuruna hakim kəsilmiş bir prinsip həyata keçirilirdi. Politoloji təhlil etdiyimiz şüardasovet xalqı” anlayışının ideolojimifoloji funksiyası insanların öz ümumiliyini, öz milli mənsubiyyətini danmaq istiqamətinə yönəltməkdən ibarət idi. Məhz bu dövrdə Ulu Öndər öz iradəsilə xalqımızın milliliyini itirmək təhlükəsindən xilas etdi. Eləcə də, Sovet Birliyi dağıldıqdan sonra milli yaddaşa və azərbaycançılığa dəyən zərbəni yenə də Ulu Öndər aradan qaldırdı.

Professor Qoşqar Əliyev bu məqamı düzgün qiymətləndirir: “Milliliyinə qayıdan xalq real müstəqilliyini hələ tərəddüdlər məcrasında qavrayırdı. Sadəcə, əhali hələ yeni reallıqlara psixoloji uyğunlaşma vərdişinə yiyələnməmişdi, ağrılı adaptasiya prosesləri hələ ona pozitiv-psixoloji keyfiyyətlər formalaşmağa imkan yaratmamışdı. Respublikada 1988-ci ildən 1993-cü ilin ortalarına qədərki siyasi, iqtisadisosial həyatın analitik təhlili belə nəticəyə gəlməyə imkan verirdi ki, nəzərdən keçirilən dövrdə cəmiyyətdəki böhran sosial-iqtisadi və mənəvi-əxlaqi, mədəni böhranlar üst-üstə düşərək vəziyyəti mürəkəbləşdirir, ona dönməz xarakter verirdi. Total böhran isə, öz növbəsində, real milli siyasətin formalaşmasına, cəmiyyətin və dövlətin modernləşdirilməsinə əngəl törədirdi.” O dövrdə respublikaya rəhbərlik edən liderlər dərk etmirdilər ki, Azərbaycan  öz tarixində yeni formasiyaya daxil olmuşdur, bu, yeni intellekt, mövcud reallıqlara uyğun milli siyasətin formalaşdırmasını tələb edirdi.  Tarixi təbabət isə millətin gələcəyi ilə bağlı taleyüklü problemlərlə məşğul olmalı, ona qayğı göstərməli lider zərurəti yaradırdı.

Heç şübhəsiz ki, Heydər Əliyevin siyasət fəlsəfəsinin mühüm problemlərindən biri Azərbaycan  reallıqlarının modernləşdirilməsi və milli inkişaf ideologiyası ilə bağlı məsələlərin təcili həlli idi. Problemin bu şəkildə qoyulması, təbii ki, cəmiyyətşünaslıq  elmimizə bir yenilik gətirmişdir. İlk illərdən aydın oldu ki, təfəkkür tərzi emosional eyforik meydan çıxışlarının  təsirinə qapılmış milli şüur modernizmmüasir inkişaf fəlsəfəsindən bəhrələndirmək son dərəcə çətin və ziddiyyətli prosesdir, bu sosial təşəbbüs püxtələşmiş şüursiyasi mədəniyyət tələb edirdi. İkinci bir tərəfdən, modernləşdirmə prosesi dinamikpermanent xarakter daşıyırdı. İctimai həyatda sosial-siyasi hadisələr elə sürətlə inkişaf edir ki, son beş ildə yararlı olmuş modernləşmə prinsipləri və metodları sonrakı illər üçün aktuallığını itirir.

1993-cü ilin ortalarında Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra transformasiya prosesləri özünün rasional məcrasını tapdı.”

Professor Yaşar Qarayev Ulu Öndərin çıxışlarında, məruzələrində öz əksini tapan azərbaycançılıq ideologiyasının əsas cəhətlərini səciyyələndirərək yazır: “Azərbaycançılıq” ideologiyasının fəlsəfi mahiyyəti, etnik, konfesional və mədəni aspektləri, onun metodoloji-nəzəri-siyasi parametrləri dəqiq və dolğun, doktrinal səviyyədə öz elmi təhlilini məhz bu sənədlərdə tapdı. Təsbit edildi ki, azərbaycançılıq, hər şeydən əvvəl, “öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq deməkdir”. Elə ona görə də onun etnik arxitipi də, bədii-estetik kodu da, ilkin mifik-fəlsəfi şifrəsi də millidir və həmişə bəşəridir və həmişə demokratikdir, eyni zamanda, həm millidir, həm də bəşəridir.

Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham  Əliyev düzgün olaraq bu gün azərbaycançılıq ideyasının milli yaddaş, milli ənənə üzərində qurulduğunu qeyd edir: “Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiqdir. Dövlətimiz bu dəyərlər üzərində qurulubdur. İyirmi il ərzində milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirdi. Bu gün müstəqil Azərbaycan bu əsaslı və güclü milli təməl üzərində öz gələcəyini qurur. Biz müasir dövlət qururuq, dünyaya inteqrasiya edirik, dünya proseslərində uğurla, fəal iştirak edirik. Ancaq çox güclü milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır.

Biz ümumbəşəri dəyərlərə sadiqik, ümumbəşəri dəyərləri bölüşürük. Milli dəyərləri isə bizim üçün həm keçmişimizə olan münasibətdir, hörmətdir, eyni zamanda, gələcəyə atılan addımlardır. Mən çox şadam ki, Azərbaycanda gənclər də milli-mənəvi dəyərlər əsasında tərbiyə olunurlar. Gənclər milli ruhda  böyüyürlər, milli ruhun yüksək səviyyədə olması bizi - azərbaycanlıları bir xalq kimi daim yüksəkliklərə qaldıracaqdır.”

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 4 aprel.-S.11.