Azərbaycançılıq
və milli musiqi mədəniyyətimiz: simfonik və proqram
musiqisi
Dünya peşəkar musiqisinin güclü
inkişafı XVI-XVII və XVIII əsrlərdə Avropada
başlamışdır. Musiqinin opera, simfonik musiqi, kamera
musiqisi kimi əsas janrları bu dövrlərdə təşəkkül
tapır.
Sənətşünaslar musiqinin əsas janrlarından birinin simfonik musiqi
olduğunu qeyd edirlər. “Qısa musiqi lüğəti”də
musiqinin janrları haqqında məlumat verilmişdir. Simfonik
musiqi janrı tam şəkildə XVII əsrdə
formalaşmışdır. Simfonik musiqi instrumental musiqisinin
daha mühüm və zəngin sahələrindəndir. O, həm
çox hissəli kompozisiyaları, həm də kiçik
formalı yüngül, populyar musiqini əhatə edir. Simfonik
musiqi orkestrlə ifa olunmaq üçün nəzərdə
tutulur. Müxtəlif musiqi alətlərinin
uzlaşdırılmasına əsaslanan simfonik orkestr bəstəkara
bədii qayəsini təcəssüm etdirmək
üçün böyük imkanlar verir. Klassik simfonizmin
Haydi, Mosart, Bethoven və Çaykovski tərəfindən qərarlaşdırılmış
prinsipləri bədii cəhətdən yüksək sənət
nümunələrində özünün geniş təcəssüsünü
tapmışdır.
Daha son dövrlərdə klassik simfonizm janrına-
simfoniyalara, üvertüralara, süitalara və s. opera, balet,
dramatik əsərlərdən, kinofilmlərdən orkestr pyesləri
kimi spesifik janrlar əlavə olunmağa
başlamışdır.
Başlıca musiqi janrlarından biri kamera musiqisidir.
Noktyurn, romans, sonata, fuqa kimi musiqi formaları məhz kamera
musiqisinə mənsubdurlar. Kamera musiqisinin xarakterik cəhəti
onun az ifaçılar qrupu (iki nəfərdən-duet, səkkiz
nəfərə qədər-oktet ) tərəfindən musiqi
alətləri və oxuma (vokal) vasitəsilə, yaxud hər
ikisinin birgə iştirakı ilə ifa olunmasındadır.
Kamera musiqisi ilk dövrlərdə ev şəraitində ifa
olunmaq üçün nəzərdə tutulmuş, elə
onun latın adı da (kamara-otaq, palata) buradan
götürülmüşdür. XIX əsrdən etibarən
kamera musiqiləri konsert salonlarında ifa olunmağa
başlayır.
XX əsrdə müasir musiqinin onun məzmununun mürəkkəb
olmamasında, melodiyasının
anlaşıqlığında, formasının sadəliyindədir.
Yüngül musiqinin klassik nümunələri hələ
özünü XIX əsrdən göstərməyə
başlamalı (Ştraus, ata və oğul, Lanker, Offenbax).
Yüngül musiqi janrına, adətən, caz musiqisini
daxil edirlər. Lakin onu tam mənada yüngül musiqi
adlandırmaq düzgün olmazdı. XX əsrdə caz musiqisi
müstəqil əhəmiyyət kəsb etməyə
başlamışdır. Onun inkişafı daxilən ziddiyyətlidir.
Bir sıra burjua ölkələrində Afro-Avropa musiqisinin
mexaniki sintezi əsasında inkişaf etdirilmiş caz musiqisində
qeyri-simmetrik atonal, asketik-quru, səda və dissonaslar mütləqləşdirilir,
musiqi növünün spesifikasından kənara
çıxılır. Bununla bərabər xarici caz musiqisində,
həmçinin, müəyyən sağlam meyillər də
özünü göstərir. Mütərəqqi
musiqiçilər və ifaçılar xalq musiqi ənənələrinə,
həyati mənbələrə, klassik musiqinin nailiyyətlərinə
və s. əsaslanaraq, caz sənətini yeni mərhələyə
qaldırmağa çalışırlar.
Proqram musiqidə də bədii obrazların söz vasitəsilə
konkretləşməsi həmin oxşar rolu oynayır. Əyani
təsəvvürlərin bədii zərurət və vaciblik
təşkil etmədiyi proqramsız musiqidən fərqli
olaraq proqramlı musiqinin müəyyən sərlövhəsi,
izahedici mətni vardır və belə əsərlər bəstəkar
tərəfindən əvvəlcədən qəsdən
müəyyən edilən, inkişaf etmiş təsviri
metodlar sisteminə malik olur. Musiqi əsərinin bu təsviri
assosiasiyalardan kənar qavranılması estetik cəhətdən
mükəmməl sayıla bilməz və belə
qavrayış sənətkarın ifadə etmək istədiyi
qayəyə uyğun gəlməz. Mövcud musiqi əsərinin
proqramlılığı onun konkret məzmununu izah edir, əsas
obrazları, bu obrazların qarşılıqlı münasibətlərini
və s. xarakterizə edir.
Proqramlı musiqiyə P.İ.Çaykovskinin Aligyeri
Dantenin “İlahi komediya”sı
motivləri əsasında yazdığı
“Françeska da Rimini” simfonik fantaziyasını, Qara Qarayevin
“Don Kixot” və “Leyli və Məcnun” simfonik poemalarını
misal göstərmək olar.
Sənətşünas alim Elmira Abasovanın fikrincə,
1941-1945-ci illərdə Azərbaycan musiqisi simfonizmin geniş
yoluna qədəm qoyur. Səciyyəvi cəhətdir ki, bu
dövrdə yaranmış 400 əsərin 25-dən
çoxu simfonik əsər idi. Bunların xeyli hissəsi
bilavasitə Böyük Vətən müharibəsi hadisələri
ilə əlaqədardır. Bəstəkarların yeni nəslinin-
Q.Qarayevin, C.Hacıyevin, S.Hacıbəyovun ilk simfoniyaları,
həmçinin, F.Əmirovun simfonik poeması (həlak
olmuş bəstəkar İ.İsrafilzadənin xatirəsinə
həsr edilmişdir), Niyazinin “Xatirə” və
“Döyüşdə” simfonik şəkilləri ictimaiyyətin
diqqətini xüsusilə cəlb etmişdir. Bu əsərlərin
hamısında müəlliflərin yeni təsir vasitələri
axtardıqları aydın görünür. Gənc bəstəkarlar
müasir musiqi dilinin nailiyyətlərinə yiyələnməyə
can atır, lakin xalq mahnı
yaradıcılığı ehtiyatlarından heç də
həmişə yararlı istifadə edə bilmirdilər. Lakin
hər halda cəsarətli təcrübə
öz bəhrəsini verirdi. Gənc bəstəkarlar yaxın
illərdə milli simfonik musiqi sahəsində bədii cəhətdən
yüksək keyfiyyətli əsərlər yaranmasının
təməlini qoymuşlar.
Musiqi yazmağa erkən başlamış Azərbaycan bəstəkarları
1945-1952-ci illərdə öz
yaradıcılıqlarının yetkin çağına
daxil olurlar. Onlar fərdi bədii keyfiyyəti və yüksək
ustalıqla yazılması ilə fərqlənən əsərlər
yaradırlar. Bu dövrdə yazılan əsərlərin bir
çoxu sovet bəstəkarlarının ən yaxşı əsərləri
ilə bir sırada durur.
Simfonik musiqi və balet sahəsində qazanılan
müvəffəqiyyətlər xüsusilə qeyd
olunmalıdır. Bu illərdə Azərbaycanda simfonizmin təkcə,
demək olar, bütün ənənəvi janrları deyil, həm
də xalq musiqisinin milli formaları əsasında
yaranmış yeni formaları meydana çıxır.
Azərbaycan simfonik musiqisinin inkişafında Q.Qarayev
mühüm rol oynayır. Onun “Leyli və Məcnui” poeması
(Nizaminin eyniadlı poemasıiın mativləri əsasında
bəstələnmişdir), “Alban rapsodiyası”, “Yeddi közəl”
baletindən suita öz forması və musiqi məzmunu etibarilə
böyük novatorluq kücünə malik əsərlərdir.
Bəstəkarın bu illərdə yaratdığı
başqa əsərlər kimi, həmin əsərlər də
Azərbaycan bəstəkarlıq məktəbinin
yaradıcılığında yeni cığırlar
açır. Qarayev müasir musiqi sənətinin nailiyyətlərindən,
sözün geniş mənasında, yaradıcılıqla
istifadə edərək musiqidə millilik məfhumunun dairəsini
genişləndirir.
Milli simfonizm sahəsində F.Əmirov görkəmli
yenilikçi kimi özünü göstərir. Bir neçə
il ərzində də o, çoxlu əsər
yaratmışdır (Orkestrlə skripka və fortepiano
üçün çalınai ikiqat konsert, simli orkestr
üçün “Nizaminin xatirəsi” simfoniyası, “Şur” və
“Kürd ovşarı” simfonik muğamları və s.). Bu əsərlərin
hər biri bəstəkarın
yaradıcılığında müəyyən mərhələ
təşkil edir. Lakin xüsusilə simfonik muğamlar Əmirovun
parlaq nailiyyəti hesab edilməlidir. Bəstəkar orkestrlə
çalınan musiqinin bu yeni və maraqlı janrının təşəbbüsçüsüdür.
Əmirov folklor materialının yalnız melodik əsaslarından
istifada edərək xalq muğamlarını simfonik musiqinin
klassik formaları səviyyəsinə
qaldırmışdır.
Azərbaycanın simfonik yaradıcılığında
C.Hacıyev də böyük rol oynayır. Bəstəkarın
diqqətini, hər şeydən əvvəl, müasir
mövzu cəlb edir. Həmin illərdə Hacıyev ikinci və
üçüncü simfoniya, habelə, “Sülh uğrunda”
poema yazmışdı.
S.Hacıbəyovun “Karvan” simfonik şəkli, Niyazinin
“Rast” muğamı, C.Cahangirovun “Arazın o tayında”
poeması, C.Cahangirovun və R.Hacıyevin orkestrlə skripka
üçün konsertləri Azərbaycan musiqisinii gözəl
nailiyyətləri olmuşdur.
Ə.Abbasovun (“Gələcək gün”, orkestr
üçün konserti, orkestrlə violençel
üçün “Ü.Hacıbəyovun xatirəsi”
poeması), S.Ələsgərovun (“Bayatı-Şiraz”
muğamı, “Kənclik simfoniyası”)
yaradıcılığında simfonik əsərlər
görkəmli yer tutmuşdur.
Bəstəkarlar balet sahəsində də qiymətli
işlər görmüşlər. S.Hacıbəyov
müasir mövzuda ilk Azərbaycan baleti olan “Gülşən”i
yaradır. O, bu baletdə sovet kolxozçularının həyatını
tərənnüm edir. Q.Qarayev özünün ən
yaxşı əsərlərindən biri olan “Yeddi gözəl”
baletini (Nizaminin eyniadlı əsəri əsasında)
yazır. Sovet İttifaqının bir çox şəhərlərində,
habelə, Praqada tamaşaya qoyulmuş bu balet sovet
adamlarının və xarici ölkə dinləyicilərinin
böyük məhəbbətini qazanmışdır.
Bəstəkar Fikrət Əmirov “Simfonik musiqimizə bir
nəzər” məqaləsində milli simfonik musiqimizin
inkişafını, tərənnüm etdiyi milli ideyaları
təhlil etmişdir.
Azərbaycan simfonik musiqisinin şöhrəti, başqa cür desək, Azərbaycan
simfonizminin dünya səyahəti, şübhəsiz,
xalqımızın əldə etdiyi mədəni nailiyyətin
on mühüm nümunələrindən sayılır.
Dünya musiqisinin tarixi təsdiq edir ki, əsil mənada
simfonik musiqisi olan xalq, daha doğrusu, simfonizmin dərin sirlərinə
yiyələnən xalq böyük mədəniyyətə
yiyələnmiş hesab olunur.
Azərbaycan xalqı müasir simfonik musiqisi ilə
haqlı olaraq fəxr edir və gözəl sənət əsərləri
sayılan bu mədəniyyət xəzinəsinin yeni-yeni incilərlə
daha da zənginləşməsini dərin maraqla izləyir.
Azərbaycanda simfonik musiqi janrının yaranması və
onun inkişafı tarixinə müxtəsər də olsa nəzər
salarkən, ilk növbədə, musiqimizin banisi,
ustadımız ölməz Üzeyir hacıbəyov yadımıza
düşür. Məlumdur
ki, Azərbaycan professional musiqisi çox mürəkkəb
bir janrla - opera janrı ilə
başlanır. Opera janrı
isə, bildiyimiz kimi,
sintetik janrdır, bir çox musiqi janrlarını
özündə birləşdirir. Üzeyir Hacıbəyov
“Leyli və Məcnun” operasını yazmaqla, musiqimizə bir çox yeni janr,
o cümlədən, simfonik janr gətirmişdir. Bu isə
musiqi mədəniyyətimizdə, necə deyərlər,
inqilaba bərabər hadisə idi. Əlbəttə, “Leyli və Məcnun” operasındakı simfonik epizodlar hələ müstəqil
simfonik musiqi sayıla bilməz. Lakin bu, Azərbaycan
simfonizminin ilk rüşeymi idi. Vaxtilə böyük rus bəstəkarı
Pyotr İliç Çaykovski Qlinkanın “Kamarinskaya” əsəri
haqqında demişdir: “Bütün rus simfonik musiqisinin özəyi
bu əsərdədir”. Biz də bu gün cəsarətlə
deyə bilərik ki, Azərbaycan snmfonik musiqisinin özəyi Üzeyir
Hacıbəyovun ilk əsərlərindədir.
Mənim zənnimcə, əsil mənada, simfonik musiqimiz
“Arşın mal alan” operettasından başlanır. Burada Əsgərin
oxuduğu “Arşın mal alan” motivini yadınıza salın.
Əgər bu motivi bütün əsər boyu diqqətlə
izləsəniz, onun necə inkişaf etdiyini, neçə ahəngə
düşdüyünü aydın görərsiniz. Əsərin
süjet xəttindən, dramaturji inkişafdan asılı
olaraq bu motiv gah lirik, gah romantik, gah oynaq, gah da məhzun
variantlarda səslənir. Bu isə simfonizmin əsas
xüsusiyyətlərindən biri olan musiqi
dramaturgiyasını təşkil edir.
Üzeyir Hacıbəyovun Azərbaycan musiqisində
açdığı bu yolu Müslüm Maqomayev və
Zülfüqar Hacıbəyov davam etdirmişlər. “Şah
İsmayıl” operasındakı simfonik inkişaf epik simfonizmə
çox parlaq bir nümunə ola bilər. Zülfüqar
Hacıbəyovun səhnə əsərlərində simfonik
musiqi romantik-əfsanəvi səciyyə daşıyır.
Azərbaycan simfonik musiqisinii əsil inkişafı sovet
dövründə başlanmışdır. İyirminci illərdə
Üzeyir Hacıbəyovun yazdığı “Arazbarı”
rapsodiyası, marşlar, Müslüm Maqomayevin “Ceyranı”,
“Şüştər”, “Turacı” rəqsləri simfonik orkestr
üçün müstəqil şəkildə
yazılmış ilk nümunələrdir. Sovet
dövründə yetişmiş ilk professional bəstəkarımız
Asəf Zeynallı çox qısa, lakin mənalı və zəngin
yaradıcılığı ilə Azərbaycan simfonizmində
yeni səhifə açmışdır. Onun simfonik fraqmentləri
Azərbaycanda ilk proqramlı simfonik əsərlərdən
sayıla bilər.
Otuzuncu illərin əvvəllərində sevimli bəstəkar
və dirijorumuz Niyazinin yazdığı “Zaqatala
süitası” Azərbaycan
simfonizmində yeni mərhələni təşkil edir. Məlum
olduğu kimi, böyük ustadımız Üzeyir Hacıbəyovun
bu dövrdə xalq çalğı alətləri orkestri
üçün “Şur” və “Çahargah” muğamları əsasında
bəstələdiyi fantaziyası və trio üçün
məşhur “Aşıqsayağı” əsəri bilavasitə
simfonik orkestr üçün yazılması da, Azərbaycan
simfonizminin inkişafında mühüm rol
oynamışdır.
Sonet musiqisinin görkəmli xadimləri Azərbaycan bəstəkarlarının
simfonik yaradıcılığına yüksək qiymət
verdilər. Məsələn, R.M.Qliyer yazırdı: “Azərbaycan
bəstəkarları geniş simfonizm yoluna
çıxmış və “sovet bəstəkarlarının
profsssional musiqi sənəti ustaları ilə bir sırada
durmuşlar”.
Hələ 1964-cü ildə yazdığı
yuxarıda adı çəkilən məqaləsində Fikrət
Əmirov deyirdi: “Həmin vaxtdan 20 il keçmişdir. Bu
müddət ərzində o qədər gözəl, o qədər
müxtəlif formalı əsərlər
yaratmışdır ki, onların hamısını sadalamaq
çətindir. Bu dövr bir cəhətlə əlamətdardır
ki, Azərbaycanın öz simfonizm məktəbi
yaranmışdır. Bu məktəbin yetişdirmələrinin
əsərləri sovet musiqisi xəzinəsini xeyli zənginləşdirmişdir.
Misal olaraq, balet sənətini götürək. Çox
qısa tarixə malik Azərbaycan baletinin beynəlxalq miqyasa
çıxması, Azərbaycan bəstəkarlarının
baletlərinin dünyanın bir çox ölkələrində
tamaşaya qoyulması bunu aydın göstərir. Görkəmli
bəstəkarımız Qara Qarayevin “Yeddi gözəl”, Arif Məlikovun
“Məhəbbət əfsanəsi” baletinin böyük müvəffəqiyyət
qazanması hamımızı sevindirir. Azərbaycan bəstəkarlarından
Cövdət Hacıyevin, Soltan Hacıbəyovun,Cahangir
Cahangirovun, Niyazinin, Səid Rüstəmovun, Tofiq Quliyevin, Əşrəf
Abbasovun, Süleyman Ələsgərovun, Rauf Hacıyevin,
Elmira Nəzirovanın, Ramiz Mustafayevin, Vasif Adıgözəlovun,
Xəyyam Mirzəzadənin, Musa Mirzəyevin, Həsən və
Azər Rzayevlərin, Hacı Xanməmmədovun və bir
çox başqalarının əsərləri respublikamızın
hüdudlarını çoxdan aşmış, ölkə və
dünya miqyasına çıxmışdır.
Adlarını çəkdiyim və çəkmədiyim qələm
yoldaşlarımın bu yaradıcılıq qələbəsi
bütün xalqımızı sevindirir.
Azərbaycan simfonizminin xüsusiyyətlərindən
biri də odur ki, o, dünya simfonik ədəbiyyatına yeni
janrlar gətirmişdir. Bu fikri deyərkən mən simfonik
muğamları iəzərdə tuturam. Niyazinin “Rast”,
Süleyman Ələsgərovun “Bayatı-Şiraz” simfonik
muğamları və başqaları buna yaxşı misal ola
bilər. SSRİ Bəstəkarlar İttifaqının birinci
katibi, görkəmli sovet bəstəkarı Tixon Xrennikov
haqlı olaraq göstərir ki, Azərbaycan simfonik
muğamları “Şərq xalqlarını, onlara yaxın
olan musiqi təfəkkürü formaları vasitəsilə
simfonik musiqi mədəniyyətinə alışdırmaqda
böyük rol oynayır və daha böyük rol
oynamalıdır”.
Azərbaycan simfonik musiqisinin gözəl, təqdirəlayiq
xüsusiyyətlərindən biri də odur ki, o, milli çərçivədə
qalmayaraq, başqa xalqların da musiqi folkloruna müraciət
edib əsərlər yaradır, bununla da, o, xalqlara olan
hörmət və rəğbətini bildirir, onların
professional musiqisinin inkişafına, şübhəsiz,
kömək edir.”
Göründüyü kimi, milli simfonik musiqi əsərlərində
milli ideyalar ümumbəşəri dəyərlərlə vəhdət
təşkil edir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 11 aprel.- S.10.