Demokratizmmaarifçilik ideyalarının üsyankar nümayəndəsi

 

Tarixin mərhələlərində ictimai-siyasi-mədəni fəaliyyətləri ilə məktəb yaradan ziyalılar, şəxsiyyətlər müxtəlif illərdə iradələrini, ictimai fikrini, mütəfəkkir olaraq baxışlarını məhz dövlətçilik, azərbaycançılıq dəyərlərinə yönəldərək ismilərini əbədiləşdiriblər. Belə insanların ədəbi irsi, ictimai fəaliyyəti zaman konteksində tədqiq olunaraq geniş icttimaiyyətə təqdim edilir. Təbii ki, belə insanların keçdiyi zəngin yol, tariximizə ərməğan etdikləri irs böyük hörmətlə xatırlanır və müasir dövrümüzdə mövcud xəzinəyə diqqət ayrılır. Azərbaycan ziyalılar nəslinə olan bu qayğı Azərbaycan tarixinin, ədəbi mühitinin öyrənilməsi baxımından diqqətəlayiqdir.

Ölkə Prezidenti İlham Əliyevin ardıcıl olaraq imzaladığı sərəncamlar məhz böyük ziyalılar nəslinə olan diqqətin təzahürüdür. İlham Əliyev tərəfindən Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında imzalanan Sərəncamı da məhz bu dəyərlərə söykənir. Belə ki, 2012-ci ildə görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisistictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur. Sərəncamda göstərilir ki, Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olan Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məmməd Səid Ordubadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

 

Dünyəvi elmlərə yiyələnən ədib demokratizm maarifçilik ruhunda tərbiyə alır

 

Görkəmli nasir, şair, dramaturq, jurnalist, tərcüməçi, Azərbaycan əməkdar incəsənət xadimi kimi adlara layiq görülən Ordubadi çətin, mürəkkəb yollar keçərək ideyalarına doğru irəliləmişdir. Bu addımın nəticəsi olaraq, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, çoxşaxəli ədəbi fəaliyyəti ilə bir çox məşhur operaların librettosunun müəllifi kimi də şöhrət tapdı. Sənətkar dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə ədəbi mühitdə öz novatorçuluq irsinin  təməlini qoydu.

Kiçik yaşlarından atasını itirən Ordubadi bir müddət əmilərinin  himayəsində qalsa da maddi imkansızlıq onu axtarmaq məcburiyyətində qoymuşdur. O, bir müddət fabrikdə işləməklə ailəsini dolandırmışdır. Pul qazanmaqla yanaşı, təhsil almaq da onu kiçik yaşlarında narahat etdiyindən, o, ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində alır. Şeir və ədəbiyyata maraq göstərən Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Onun tərcümeyi-halını əks etdirən mənbələrdə göstərilir ki, əsil təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə - üsuli-cədid məktəbində alır. Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizmmaarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynamışdır. Belə ki, istismar dünyasında yaşayan gənc Ordubadi bu quruluşun bütün ağırlıqlarını üzərində hiss edərək etiraz səsini qaldırır:

 

Qorxuruq küləkdən, qorxuruq yeldən,

Ruzumuz asılmış incə bir teldən.

İşə çağırırlar ulduz batmamış,

İşdən buraxmazlar şəhər yatmamış

 

- deyən Ordubadi sahibkarların zülm və haqsızlıqlarını, fəhlələrə qarşı istismarını artıq dərk edirdi. Bu dərketmə haqsızlığa qarşı üsyan Ordubadinin tez-tez işdən qovulmasına gətirib çıxarırdı. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü zamana qədər davam edir. Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti səbəb olur.

 

“...məktəb və şeirləşmə işi özümhiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi”

 

Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlamışdır. Müəllimləri Mirzə Baxşı və Sidqi onda şeirə, yaradıcılığa olan meyil və həvəsi daha da gücləndirmişdi. Bu barədə o, xatirələrində deyir: “Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özümhiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi”. Ordubadinin yazdığına görə atasının və müəllimi Sidqininiştirak etdiyi şairlər məclisinin yığıncaqlarında oturub şairlərə qulaq asması da onda şeirə maraq oyandırmışdı. Aşiqanə parçalardan ibarət olan ilk şeirlərini Ordubadi Azərbaycan və fars dillərində yazmışdır.

1903-cü ildə “Şərqi-Rus” qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeiri çap olunur. Bu, şairin mətbuatda çıxan ilk əsəri idi. Şeirinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirir. Xüsusilə, 1905-ci il inqilabından sonra mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlmək olur. İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr başlayır. O, azadlığa, mütləqiyyət üsul-idarəsi ilə mübarizəyə çağıran əsərlər yazır. Cəhalət və nadanlıq əleyhinə yazdığı “Ədəbiyyat” adlı ilk mətbu şeiri Tbilisidə çıxan “Şərqi-Rus” qəzetində dərc olunmuşdur. Sonralar “Qələt”, “Vətən və hürriyyət” adlı şeir kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayanMolla Nəsrəddin” jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. OrdubadininPolitika aləmindən” adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan “İrşad”, “Səda”, “Sədayi-həqq”, “Tərəqqi”, “Tazə həyat” və s. qəzetlərdə, “Tuti”, “Babayi-Əmir” jurnallarında da yaxından iştirak edirdi.

 

Molla Nəsrəddin”məcmuəsindəki iştirakım sıxlaşdıqca düşmənlərim də artırdı”

 

 Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də mühərrirlik fəaliyyətində “Molla Nəsrəddin” jurnalının müsbət rolu olmuşdur. 25 il yazıları ilə jurnalda əməkdaşlıq etmiş yazıçının ilk yaradıcılığının realizmdemokratizm istiqamətində inkişaf etməsində, dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında jurnalın köməyi çox böyük idi. 1905-ci il inqilabından sonra Ordubadinin həyatında ədəbi yaradıcılığı mühüm rol oynamağa başlayır. “Əsərlərim artdıqca, xüsusən, “Molla Nəsrəddin” məcmuəsindəki iştirakını sıxlaşdıqca düşmənlərim də artırdı” - deyə Ordubadi Culfaya köçməsinin səbəbini belə izah edir. Vəziyyət, doğrudan da, belə idi. Dini mövhumatı, ayrı-ayrı molla, seyidbaşqa cəhalətpərəstləri tənqid etdiyindən, qatı mövhumat yuvası olan o zamankı Ordubadda yaşamaq şair üçün çox çətinləşmişdi. Buna görə də, o, Culfaya köçməyə məcbur olmuşdu. Culfa mühiti Ordubadinin həyatına bir sıra yeniliklər gətirir. O, İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olurinqilabda iştirak edir, sosial-demokrat təşkilatı “Hümmət”in Culfa təşkilatına daxil olur. İran inqilabında iştirakı ədibə bir çox əsərlər yazmaq üçün mövzu verir.

Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə, hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçmişdir. Qışın ən şiddətli soyuqlarında yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozmuşdu. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradaraq, yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.

1914-cü ildə Bakıda ədibin “Bədbəxt milyonçu” və “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” əsərləri çapdan çıxır, daha sonra “Babayi-Əmir”, “Tuti”, “Qardaş köməyi” və s. jurnal və qəzetlərin səhifələrində şeir və felyetonları dərc olunur.

Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad olur. Həştərxana gələrək orada “Hümmət” qəzetində əməkdaşlıq edir. “Hümmət” səhifələrində Ordubadinin şeir və məqalələri, “Bolşevizm və aləmi-islam” adlı iri publisistik əsəri dərc olunur.

1920-ci ilin mayında Bakıya gələn ədib ədəbi-ictimai işə qoşularaq, maarif və mədəniyyətin müxtəlif sahələrində çalışır. Xüsusən, mətbuat sahəsində onun böyük fəaliyyət göstərdiyini qeyd etmək lazımdır. “Əxbar”, “Kommunist”, “Maarif işçisi”, “Yeni yol”, “Molla Nəsrəddin”, “Şərq qadını” kimi qəzet və jurnalların nəşrində Ordubadinin əməyi çox idi. O zamanlar yenicə təşkil olunmuş “Tənqid-Təbliğ” Teatrında da Ordubadi fəal çalışırdı. O, teatr üçün günün mühüm məsələlərinə dair kupletlər, kiçik təbliği pyeslər yazırdı.

Böyük Vətən müharibəsi illərində qocalığına və səhhətinin pozulmasına baxmayaraq, vətənpərvər yazıçı, öz qələm yoldaşları ilə birlikdə yorulmadan çalışır, radio və mətbuatda faşizm əleyhinə əsərləri ilə çıxış edir, sovet adamlarının rəşadət, vətənpərvərlik kimi yüksək keyfiyyətlərini alqışlayan yeni-yeni əsərlər yazır. “Gənc çekistlər”, “Kiçik şəhər”, “Serjant İvanov adına körpələr evikimi roman və hekayələr, “Maral”, “İntizar çəkənlər” pyesləri həmin dövrdə yazılmışdır. “XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” əsəri ciddi tədqiqatın məhsuludur. Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, “Dumanlı Təbriz”  roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən “Qılınc və qələm” romanında ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaratmışdır. Onun “Döyüşən şəhər”, “Gizli Bakı” romanları da məhz tarixi əsərləridir.

Belə bir irsi yaradan sənətkarın 140 illik yubiley tədbirində, məhz yaratdığı məktəb vərəqlənib, onun yaradıcılıq və şəxsiyyəti diqqətə çəkiləcək.

 

 

 Zümrüd

 

Səs.- 2012.- 12 aprel.- S. 12.