Eurovision-2012”  Mahnı Müsabiqəsi

 

“Səs” qəzetinin ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən proseslər, mühüm hadisələrlə bağlı təşkil etdiyi dəyirmi masalar artıq ənənəvi hal alıb. Dünən təşkil olunan dəyirmi masa “Eurovision-2012” Mahnı Müsabiqəsinə həsr olunmuşdur. Dəyirmi masada Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, “Hüquq Elmləri və Təhsil” jurnalının baş redaktoru, hüquq elmləri doktoru, Cavanşir Süleymanov, Azərbaycan  Jurnalist Qadınlar Assosiasiyasının sədri  Sevil Yusifova, Qaçqın və Məcburi Köçkünlərə Hüquqi Yardım Mərkəzinin sədri, “Bakinskii Raboçi” qəzetinin siyasi icmalçısı Tatyana Civadze, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, “Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Əliyeva,  Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan, Azərbaycanın əməkdar artisti Firuzə İbadova və dramaturq, Milli Mədəniyyətin Təbliği Mərkəzinin sədri Arif Mədətov iştirak edirdilər.

 

“Səs” qəzetinin əməkdaşı:

- Bu gün Azərbaycan “Eurovision-2012” Mahnı Müsabiqəsi ərəfəsindədir. Artıq bir aydan sonra “Eurovision-2012” Mahnı Müsabiqəsi öz işinə başlayacaq. 42 dövlətin təmsilçiləri paytaxtımıza gələrək bu beynəlxalq şouda ifalarını təqdim edəcəklər. Təbii ki, belə bir möhtəşəm tədbirin təşkili ilə bağlı artıq ölkəmizdə - paytaxt Bakıda lazımi səviyyədə işlər görülmüş və birmənalı olaraq, deyə bilərik ki, Bakı bu müsabiqəyə tam hazır vəziyyətdədir. “Bakı Kristall” zalında işlərin sona çatması bunu təsdiqləyən fakt və amillərdən biridir. Şəhərimizdə keçirilən bu müsabiqə beynəlxalq şounun 57-ci illik tarixinə təsadüf edir. Heç şübhəsiz ki, Bakı bu müsabiqədə iştirakçıları öz qonaqpərvərliyi, milli-mənəvi dəyərləri ilə valeh edəcək və hər kəsdə yaranmış təsəvvürlərə tam aydınlıq gətiriləcək. Ölkənin artan iqtisadi potensialı, infrastrukturu, turizm obyektlərinin müasir standartlara cavab verməsi və s. amillər ölkəmizə ilk dəfə səfər edəcək iştirakçı dövlətlərin nümayəndələrində yüksək fikirlərin formalaşmasına zəmin  olacaq. Diskussiya xarakterli dəyirmi masada hər kəsin fəal iştirakının təvəqqe edirik.

- Tənzilə xanım, “Eurovision-2012” Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?

 

BU MÜSABİQƏ AZƏRBAYCANIN TANIDILMASI, CƏNUBİ QAFQAZDAKI MÖVQEYİ BAXIMINDAN ÇOX ÖNƏMLİ HADİSƏDİR

 

TƏNZİLƏ RÜSTƏMXANLI:

- Belə bir dəyirmi masa “Səs” qəzeti tərəfindən təşkil olunduğuna görə, ilk olaraq minnətdarlığımı bildirirəm. “Səs” qəzeti zaman-zaman əhəmiyyət kəsb edən mövzularla bağlı diskussiyalar təşkil edir. “Eurovision-2012” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsi çox önəmli hadisədir. Bu, bir musiqi yarışmasıdır. Hər bir ölkə öz maraqları çərçivəsində çıxış edir. Azərbaycanın iki ifaçısı Eldar və Nigarın “Eurovision-2011” Mahnı Müsabiqəsindəki qalibiyyəti belə bir beynəlxalq şounun ölkəmizdə keçirilməsinə səbəb oldu. Azərbaycanın dünyada tanıdılması və mövqelərinin möhkəmlənməsi baxımından çox önəmli hadisədir. Bir məsələyə toxunmaq istərdim: Bəzi ölkələrdəki maraqlı dairələr bu müsabiqənin Azərbaycanda keçirilməsinə qarşı anti-təbliğat kampaniyası aparırlar. Xüsusilə, Almaniyada bu istiqamətdə təbliğat işləri geniş yer alıb. Belə ki, Azərbaycanda hüquqi normaların pozulması və s. amillər diqqətə çəkilərək, bilərəkdən buna maneçilik törətməyə çalışırlar. Bir həqiqəti də diqqətə çəkək ki, “Eurovisionun Almaniyada keçirildiyi zaman orada 72 nəfər türkü yandırdılar. Amma bu cür insanlığa zidd hüquqi normaları pozan hallara qarşı qeyri-dövlətlər çıxış belə etmədilər. Təkcə Türkiyə dövlətindən başqa bu hadisəyə reaksiya verən belə tapılmadı. Bu cür hadisələri yaşayan və törədən ölkələrin Azərbaycan haqqında anti-təbliğat aparmalarına hüquqları çatmır və bu anlaşılan deyil. Xarici mətbuatı izləyərkən görürük ki, Azərbaycandan hansısa səbəbdən getmiş soydaşlarımız belə anti-təbliğat işi ilə məşğuldurlar. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsini istəməyən ən çox dünya ölkələrinə səpələnmiş ermənilərdir. Bu anti-təbliğat anlaşılandır. Çünki bunun arxasında düşmənçilik meyilləri dayanır. Hansısa incikliyi ortaya qoyub erməni mövqeyi ilə eyni fikirdə çıxış etmək heç bir azərbaycanlıya yaraşan hal deyil. Bu, artıq vətənə xəyanət kimi qiymətləndirilir. “Eurovision-2012” Mahnı Müsabiqəsi ərəfəsində bu nüansların meydana gəlməsi bizi narahat edən məsələlərdəndir. Burada artıq fərdi mənafelərdən deyil, dövlətin maraqlarından çıxış etmək vacib amildir. Azəri-Türk Qadınlar Birliyi olaraq Azərbaycan diasporası ilə ciddi fəaliyyətimiz var. May ayının 3 və 4-də Belçika Senatında konfransımız keçiriləcək və Ermənistan təmsilçiləri də həmin konfransda iştirak edəcəklər. Bu konfrans zamanı biz bu məsələlərə ciddi bir şəkildə nəzər salacağıq.

Azərbaycan bu mahnı müsabiqəsi zamanı lazımi bir şəkildə qonaqların qarşılanmasında iştirak edəcək və təşkilat məsələlərində nəzərdə tutulmuş hər xırda detal belə öz yerini tutacaq. Bütün bu yazılanların və deyilən qərəzli fikirlərin əksi olaraq Azərbaycanın qonaqpərvərliklərinin şahidinə çevriləcəklər.

Biz inanırıq ki, bu müsabiqə bizə başucalığı gətirəcək. Arzu edirəm ki, “Eurovision-2012” Mahnı Müsabiqəsində qalib dövlət olaraq bayrağımız yenidən dalğalansın. Biz əgər müsabiqənin qalibi olmasaq, heç olmasa qardaş Türkiyə dövlətinin təmsilçisi “Eurovision-2012” Mahnı Müsabiqəsinin qalibi kimi yer alsın.

 

“SƏS” QƏZETİNİN ƏMƏKDAŞI:

 

- Sevil xanım, anti-təbliğatdan söz düşmüşkən qeyd edək ki, xarici mətbuatda, xüsusilə də, BBC kimi tanınmış bir kanalda “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı silsilə verilişlər yayımlanır və bu verilişlərdə Azərbaycana qarşı anti-təbliğat kampaniyasına yer verilir. Qadın Jurnalistlər Assosiasiyasının sədri kimi bu məsələ ilə bağlı münasibətinizi bizimlə bölüşərdiniz.

 

AZƏRBAYCANDA DEMOKRATİYA, İNSAN HÜQUQLARI LAZIMİ SƏVİYYƏDƏ QORUNUR VƏ MÜSTƏQİL DÖVLƏTİN BÜTÜN PRİNSİPLƏRİNƏ YÜKSƏK  SƏVİYYƏDƏ ƏMƏL OLUNUR

 

SEVİL YUSİFOVA:

- Biz səmimi etiraf etməliyik ki, Azərbaycanın qonşuluğunda bir düşməni varbu düşmənin diasporası kifayət qədər gücə malikdir. Dünyanın müxtəlif ölkələrində erməni lobbiləri artıq formalaşıb. O ölkələrin mediasına - istər Avropa ölkələrində, istər Rusiyada belə mətbuata nüfuz edə bilirlər. Bundan yararlanan ermənilər anti-təbliğatlarını genişləndirməyə malikdirlər. Bizbir azərbaycanlı olaraq artıq formalaşmış və dünya miqyasında sözünü deyə biləcək diaspora təşkilatları ilə birliyimizi lazımi bir səviyyədə quraraq həqiqətlərimizin yayılmasına lazımi səviyyədə nail olmalıyıq. Sözsüz ki, artıq bu sahədə kifayət qədər uğurlarımız göz önündədir. Bizim assosiasiya dost olan dövlətlərin jurnalistləri ilə infoturların təşkili məsələsini irəli sürüb. Artıq bir çox dövlətlərin jurnalistləri bu dəvəti qəbul edib, infoturlarda iştirak etməyə birmənalı olaraq razılıqlarını bildiriblər. Onların Azərbaycanda olub dövlətimizin hansı səviyyədə inkişaf etdiyini öz gözləri ilə görüb, bu silsilədə reportajlar, eləcə də məqalələr yazılması daha əhəmiyyətlidir. Qafqazın ulduzu olaraq bütün bunları mətbuat nümayəndələri tərəfindən yayımlamağa nail olmalıyıq. Biz bütün bunlarla Azərbaycanda demokratiyanın, insan hüquqlarının lazımi səviyyədə qurulduğunu və müstəqil dövlətin bütün prinsiplərinə yüksək səviyyədə əməl olunduğunu göstərə bilərik. Azərbaycanlıların qonaqpərvərliyini, vətənpərvərliyini diqqətə çəkərik. Dövlətimizdə mövcud olan qeyd etdiyim buya digər dəyərlərin fonunda Azərbaycan “Eurovision-2012” Mahnı Müsabiqəsi zamanı məhz qonaqlarını yüksək səviyyədə qarşılayıb, onlara xalqımıza məxsus olan adət-ənənələrini nümayiş etdirəcəklər.

 

“SƏS” QƏZETİNİN ƏMƏKDAŞI:

 

- İsmayıl müəllim, “Eurovision-2012” Mahnı Müsabiqəsinə xarici dövlətlərdəki diaspora təşkilatlarımızın mövqeyi necədir? Bəzi qüvvələr var ki, mahnı yarışmasının keçirilməsi ilə bağlı səs-küy yaradıb, bu yarışmanın keçirilməsinə belə maneçilik törətməyə cəhd edirlər.

 

“EUROVİSİON-2012” MAHNI MÜSABİQƏSİNİN TƏŞKİLİNDƏ HEYDƏR ƏLİYEV FONDUNUN BÖYÜK ƏMƏYİ VAR

 

İSMAYIL AĞAYEV:

- Düşünürəm ki, buya digər halların aradan qaldırılması və ictimaiyyətdə düzgün fikrin formalaşdırılması məqsədilə bu səpkili dəyirmi masaların, tədbirlərin sayı çox olmalıdır. Azərbaycanın intellelkt səviyyəsini, dövlətin inkişafını, onun azərbaycançılıq mövqeyinis. ali dəyərlərimizi təqdim etmək üçün çox böyük imkan yaradılıb. Bu fürsətdən yararlanan bəzi dırnaqarası nümayəndələrimiz də var ki, ictimaiyyətdən öz məqsədləri üçün yararlanmağa cəhd edirlər. Bu işin başında duran Leyla Yunusovanın adını xüsusi vurğulamaq lazımdır. Biz onun fəaliyyəti ilə bağlı çox ciddi faktlarla çıxış etdik.

Almaniyada anti-Azərbaycan siyasəti aparılır. Bu, təkcə Almaniyada deyil, qeyri-məkanlarda da təsadüf etdiyimiz hallardır ki, bizi sevməyən qüvvələr bu xətt ilə öz fəaliyyətlərini davam etdirirlər. Amma onu da vurğulamaq lazımdır ki, bu müsabiqəni Azərbaycanda keçirməyi dəstəkləyən ölkələrin sayı daha yüksəkdir. Bu gün Azərbaycanın uğurları, görülən işlər göz önündədir. Bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilən Nazirlər Kabinetinin yığıncağında Cənab Prezidentimiz Azərbaycan diasporasının uğurlarından, sağlam qeyri-hökumət təşkilatlarının fəaliyyətindən söz açmışdır. Bu şərait bizə imkan verir ki, diaspor təşkilatları qeyri-hökumət təşkilatları Azərbaycan həqiqətlərini dünyanın diqqətinə çəkə bilsinlər. Şəxsi istəklərdən doğan ambisiyalar, dedi-qodular, sözsüz ki, bizim yerli beynəlxalq əhəmiyyətli layihələrimizə öz təsirini göstərə bilməz. Bu, mütələqdir. Azərbaycan diasporasında böyük bir fəallıq müşahidə olunmaqdadır. Artıq Azərbaycanın haqq səsi dünyada eşidilir. Xocalı faciəsi ilə bağlı aparılan kampaniya buna ən mükəmməl nümunələrdən biridir. Cənab Prezidentin rəhbərliyi altında təşkil olunan Azərbaycandakı Xocalı yürüşü elə Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün əhəmiyyət kəsb edir. Qarşıdan Dünya Azərbaycanlıları Konqresinin Qurultayı gəlir biz diaspora təşkilatı olaraq bu qurultayda iştirak edəcəyik. Bütün bunlar azərbaycanlıların bir araya gəlməsində müstəsna rola malikdir. Bu gün işğal altında torpağı olan bir dövlətin vətəndaşlarının bir araya gəlməsi olduqca ciddi əhəmiyyət kəsb edən məqamlardandır. Bütün bu ya digər məqamları vurğulamaqda məqsədim odur ki, Azərbaycan xalqı vahid bir qüvvə kimi birləşməlidir. Əgər bu gün bizim ölkəmizdə belə bir möhtəşəm beynəlxalq yarış təşkil olunursa, bir ictimai təşkilat, eləcə , vətəndaş olaraq bütövlükdə qüvvəmizi “Eurovision-2012” Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə səfərbər etməliyik. Şəxsi zəmində baş verən hallar artıq belə bir miqyasda təşkil olunan yarışmaya təsirini göstərə bilməz. Bu, elə bir beynəlxalq tədbirdir ki, buna kölgə salmaq qeyri-mümkündür. Mən qeyd edim ki, “Eurovision-2012” Mahnı Müsabiqəsinin təşkilində Heydər Əliyev Fondunun böyük əməyi var. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva “Eurovision-2012” Mahnı Müsabiqəsinin təşkilində, tədbirlər planının həyata keçirilməsində birbaşa iştirakçı olub bütün bunların Avropa standartlarına uyğun qurulması istiqamətində böyük işlərə imza atdı. Bu yarışmanın Azərbaycanda keçirilməsi, təbii ki, təsadüfi bir hal deyil. Bunun tarixi kökləri, eləcə , bu səpkidə görülən işlərin məntiqi nəticəsidir. Bir məqama nəzər salaq ki, Rusiyanı təmsil edəcəkBuronovskiye Babuşkiqrupu öz ifasındaSarı gəlin”i səsləndirəcəkdir. Bunun özündə bir əhəmiyyətli diqqətçəkən məqam var. Ermənilər bu mahnını ermənipərəst qüvvələrin əli ilə mənimsəmişlər. Sezan Aksu bu mahnını erməni dilində ifa etdikdən sonra bizim təşkilat onun evinin qarşısında İstanbulda piket təşkil etdi. Onlara bu, bir təpki oldu. Azərbaycan diasporasının gücü ortaya qoyuldu. Heydər Əliyev Fondunun, Azərbaycanın Türkiyədəki səfirliyinin birgə səyi öz nəticəsini verdi. Ölkəmizdə azərbaycançılıq ideyası çox yüksək formadadır. İnanıram ki, “Eurovision-2012” Mahnı Müsabiqəsində bu ruhun, ideyanın bir daha şahidinə çevriləcəyik.

 

ÖLKƏMİZDƏ OLAN MÖVCUD DURUMLA BAĞLI DÜNYA İCTİMAİYYƏTİNİN MƏLUMATLANDIRILMASI VƏTƏNDAŞLIQ MÖVQEYİMİZDƏN DOĞAN AMİLDİR

 

CAVANŞİR İSMAYILOV:

- Biz mövcud olan müxtəlif fikirlərə qarşı hazır olmalıyıq. Bilirik ki, bizim düşmən qüvvələrimiz var bu da bütün dövlətlərdə mövcud olan haldır. Biz öz hüquqlarımızdan yararlanıb siyasi-ictimai arenada baş verən halları dünya ictimaiyyətinin diqqətinə doğru qərəzsiz bir şəkildə çatdırmalıyıq. Ölkəmizdə olan mövcud durumla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması vətəndaşlıq mövqeyimizdən doğan amildir. Mütəmadi olaraq ölkəmizdəki inkişafı qeyri-dövlətlərlə müqayisəyə etməliyik. Bu gün dünyanın müxtəlif ölkələrindən Azərbaycana təhsil almağa gələn gənclər var. Söz azadlığı olan bir dövlətdə onların təhsili elə bizim bütövlükdə dövlətin siyasətini, onun ideologiyasını, qarşılıqlı münasibətlərin mövcudluğunu diqqətə çəkən məqamdır. Mənim oğlum Kanadada yaşayır işləyir. O, mənə zəng vurub bildirir ki, burada “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı Azərbaycanda terror aktının baş verəcəyi söylənilir. Mən isə bunun müqabilində oğluma bildirdim ki,  bu şayiələri yayan bizim düşmənlərimizdir ki, Azərbaycanla bağlı qeyri-millətlərdə mənfi fikir formalaşdırmağa çalışırlar. Mən ona tövsiyə edirəm ki, sən onlara bizim dövlətin gücünün, qüvvətinin yüksək olduğunu söylə nailiyyətlərimiz o səviyyədədir ki, müsabiqənin təşkilində bütün ölkə təmsilçilərinin nümayəndələrinin təhlüksizliyi tam şəkildə təmin olunacaq.

 

 

(Ardı var)

 

Zümrüd BAYRAMOVA,

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2012.- 19 aprel.- S.8-9.