Səhnəmizin görkəmli
gülüş ustası
Azərbaycan teatrsevərləri arasında “qaynana” kimi
sevilən, milli Musiqili Komediya teatrının inkişafında
müstəsna rol oynayan, qırx ildən çox işlədiyi
sənət ocağının repertuar
ağırlığını ləyaqətlə çiyinlərində
daşıyan xalq artisti, səhnəmizin görkəmli və qüdrətli gülüş
ustası, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalova
1916-cı il aprelin 20-də Bakıda dünyaya göz
açıb. Bu gün Nəsibə Zeynalovanın anadan
olmasından 96 il ötür. Atası Kərbəlayı
Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli
realist aktyor məktəbinin banisi olub. İlk və yeganə
övladı olanda, arzu edib ki, qızı onun sənətini
davam etdirsin. Lakin bu arzunun gerçəkliyini
görmək ataya nəsib olmayıb.
Çünki Cahangir Zeynalov
dünyasını dəyişəndə Nəsibə
Zeynalovanın cəmi 2 yaşı olub.
Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən,
həyatın hər çətinliyini görən Nəsibə
14 yaşından zəhmətə alışıb. Bakı Elektrik
Təchizatı Şəbəkəsinin laboratoriyasında laborant, “Azərsənət” Birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi,
topdansatış anbarında fəhlə işləyib. Aktrisa olmaq fikrinə
düşəndə, anası buna
razılıq vermir. Lakin
atasının arzusunu reallaşdırmaq Nəsibənin
qəti qərarı olur.
Yaradıcılığının mayası gülüş
və musiqi ilə yoğrulmuş
Nəsibə Zeynalova orta
məktəbdən rəqqasəlik etmiş,
milli oyun
havalarının mürəkkəb və lirik
incəliklərinə yiyələnib. Nəsibə
yaradıcılıq fəaliyyətinə dövlət
filarmoniyasında rəqqasə kimi başlasa da, onun incəsənət sahəsindəki bu cəhdi uğursuz olur. Nəsibə
xanım 1934-cü ildən mövsümi
fəaliyyət göstərən səyyar Kolxoz
və Sovxoz Teatrında aktrisa
işləməyə başlayıb. Daha
sonra Nəsibə Zeynalova
sənədlərini Bakı Teatr Texnikumuna təqdim etsə də, sənədləri
geri qaytarılır. Amma özünə
güvənən Nəsibə Zeynalova geri çəkilmir və 1938-ci ildə
Bakı Teatr Texnikumuna
daxil olur. Texnikumu bitirəndən sonra
Musiqili Komediya
Teatrında fəaliyyətini davam etdirir. Lakin bəxtindən teatr 1949-cu ildə
müvəqqəti olaraq bağlanır və
aktrisa həmin ildən Bakıdakı “Nizami” adına Kinoteatrın yay
zalında kassir, mədəniyyət evində
dram dərnəyinin rəhbəri,
Filarmoniyanın estrada sektorunda
aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı
yenidən qapılarını
tamaşaçıların üzünə açır və
Nəsibə xanım doğma sənət
ocağına qayıdır. Buradakı səhnə fəaliyyəti,
bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona korifey
aktrisa Nəsibə Zeynalova
adını bəxş edir. Aktrisanın
yaradıcılıq potensialı nəinki teatr
səhnəsində, kinoda da
böyük miqyasda
açılıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə
bağlayan aktrisa sənət
ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl
şəklində fəaliyyət göstərdiyi illərdə
də kollektivdən ayrılmayıb. Aktrisa milli
klassik operettalarımızın
tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”,
“Arşın mal alan”
və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk
xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy
Hacıbəyov) kimi xarakterik
səhnə obrazlarında çıxış edib.
Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa
rolları zəngin ifadə vasitələri, yumorun
milliliyi, təbii reallığı ilə
səhnəmizin nadir inciləri
sırasında durur. Azərbaycan
televiziyasında onlarla yumoristik
səhnəciklərdə, teletamaşalarda,
intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova,
həmçinin, “Azərbaycanfilm”in çoxlu
ekran əsərlərinə çəkilib.
Kino obrazları içərisində
Fatmanisə (“Ögey ana”),
Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”),
Əsli xala (“Bəyin oğurlanması”)
rolları daha canlı və daha şöhrətlidir.
Musiqili
teatrımızın inkişafında böyük
xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan
Respublikasının əməkdar artisti,
1967-ci ildə xalq artisti
fəxri adına layiq görülüb.
“Hicran” musiqili
komediyasındakı Qızbacı roluna
görə Azərbaycan Dövlət Mükafatı
Laureatıdır. 1974-cü ildə Rauf
Kazımovski onun
yaradıcılığı barədə “Aktrisanın təbəssümü”
televiziya filmi çəkib.
Nəsibə Zeynalova 10 mart
2004-cü ildə Bakıda
vəfat edib. Məzarı Fəxri XiyabandadırMaraqlar,
zövqlər, tələblər
dəyişsə də,
Nəsibə Zeynalovanın
çəkildiyi filmlər
və onun yaratdığı qəhrəmanlar
yaşayır və daim müasirləşir.
Zümrüd
Səs.- 2012.- 20 aprel.- S.12.