Azərbaycançılıq və milli musiqi alətləri

 

Qədim Azərbaycan milli musiqi alətləri özünəməxsus cəhətlərilə fərqlənir. Müxtəlif ifaları ilə xalqımızın şüurunda milli dəyərlərimizə, azərbaycançılıq ruhuna məhəbbət aşılayan milli musiqi alətləri milli musiqi mədəniyyətimizdə xüsusi yer tutur.

Tədqiqatçıların fikrincə, qədim yaşayış məskəni olan Azərbaycanda arxeoloji qazıntılar nəticəsində tapılmış maddi abidələr, eləcə də, Gəmiqaya (Naxçıvan) və Qobustandakı qayaüstü rəsmlər xalqımızın qədim mədəniyyətindən xəbər verir.

Qədim insanlar primitiv əmək alətləri ilə bərabər bir sıra çalğı alətləri də düzəldərək, maddi və mənəvi tələbatlarını ödəyiblər. Sonralar bəzi alətlər sadədən mürəkkəbə doğru inkişaf etdirilmiş, əsrdən-əsrə keçərək, dövrümüzə qədər gəlib çıxmışdır. Bəziləri isə tarixin keşməkeşli yollarında itib-batmış, unudulmuşdur. Belə alətlərin bir çoxu bərpa olunaraq, yenidən müasirlərimiz tərəfindən istifadə edilir.

Abbasqulu Nəcəfzadənin qeyd etdiyi kimi, Azərbaycan çalğı alətləri bir neçə qrupa bölünür: 1) idiofonlu (yəni, özüsəslənən); 2) aerofonlu (nəfəs); 3) xordofonlu (simli); 4) memranofonlu (zərb) alətlər.

Çalğı alətlərimiz ifaçılıq baxımından iki qismə ayrılır: peşəkar və qeyri-peşəkar alətlər. Peşəkar alətlər - yaradıcılıq cəhətdən nümunəvi, akademik səsli və geniş diapazonlu olur. Belə alətlərdə nəinki klassik muğamlar, mahnılar, rəqslər, həmçinin, dünya bəstəkarlarının iri formalı əsərlərini ifa etmək mümkündür. Peşəkar alətlərin əksəriyyəti ali təhsil ocaqlarında tədris olunur. Qeyri-peşəkar alətlər isə kiçik diapazonlu, qeyri-akademik səsli olur. Yəni belə alətlər primitiv olduğundan, yaradıcılıq cəhətdən nümunəvi sayılmır. Qeyri-peşəkar alətlərə böyük səhnələrdə nadir hallarda rast gəlirik.

Azərbaycan milli musiqi alətlərinə aşağıdakılar daxildir: tar, kaman, ud, cəng, çoğur, qaval, davul, qopuz, qoşanağara, qoşaney, qoşazərb, tütək, müğni, nağara, neykamança, rud, ruhəfza, şəhrud, şaxnəfir, şeştay, şeypur, təbil, sazs.

Azərbaycan musiqi mədəniyyətində təkcə milli deyil, Avropa musiqi alətlərindən də istifadə edilir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin atası olmaq etibarilə, milli musiqimizə nə qədər bağlı olsa da, həmişə irəli baxmış, milli məhdudiyyətə qapanıb qalmamışdır. Bütün xalqların mütərəqqi mədəniyyətindən məhəbbətlə danışan Ü.Hacıbəyov Avropanın zəngin mədəniyyəti və incəsənəti ilə də bağlı idi.

O, milli və məhz milliliyi ilə ümumbəşəri mahiyyət daşıyan bir sənətin tərəfdarı idi. Bəstəkar yazırdı: “Əsrlərdən bəri davam edən tərəqqi nəticəsində müxtəlif ölkələrdə böyük musiqi dahiləri yetişibonlar ölməz əsərlər qoyub gediblər ki, mədənilik iddiası edən bir millət bu əsərlərdən bixəbər və bibəhrə qala bilməz. Çünki bu əsərlərin insaniyyətə olan xidməti dedikcə böyükdür. Bu əsərlərdən bəhrə almaq və onları anlamaq üçün piano, violen, fleytasair kimi aləti-musiqiyə məktəbinə ehtiyac var”. Üzeyir Hacıbəyov bizi bütün musiqi alətləri və növlərindən xəbərdar olmağa çağırırdı. O deyirdi:Biz mədəniyyətin hər bir qismində iştirak etməliyik... ümumi musiqi sənətini öyrənərsək, öz milli musiqimizin tərəqqisinə böyük-böyük xidmətlər etmiş olarıq. Belə olmasa, biz bir nöqtədə donub qalarıq. Not sistemi, Avropa musiqi alətləri və musiqi formaları bizim əsrlər boyu yaranmış zəngin, ahəngdar musiqimizi yeni mərhələyə qaldırar, onun dünyada yayılmaq imkanlarını xeyli genişləndirər”.

Dahi bəstəkar vokal sənətimizdə yeni məktəb yaranması zərurətini xüsusi olaraq qeyd edirbu sahədə Avropa “səliqəsi” tətbiq etməyi məsləhət görürdü.

Bəstəkarın bu fikrinin doğruluğunu həyat və musiqimizdə inkişaf təcrübəsi tezliklə sübut etdi. Məlumdur ki, Bülbül və Şövkət Məmmədova ifaçılıq sənətimizdə böyük novator kimi məhz “Avropa səliqəsi” ilə vokal dərsləri aldıqdan sonra parladılar. Üzeyir Hacıbəyov onların bu səyini və sənətkarlığını həmişə yüksək qiymətləndirərdi. O, qeyd edirdi ki, Bülbülün füsunkar ifaçılıq məharətinin səbəbi “Azərbaycan milli havalarını və muğamlarını bilməsi ilə yanaşı, Avropa təhsilindədir”.

Üzeyir Hacıbəyov dünya xalqları mədəniyyətinin, o cümlədən, musiqi yaradıcılığının qarşılıqlı əlaqə və təsirinin əhəmiyyətini tez-tez xatırladardı.

O, yaradıcılığında xalq ruhundan qidalanmış, sənətdə xəlqiliyin gözəl nümunələrini yaratmış bəstəkarları daha çox sevirdi. Həmişə Qlinkanı, Çaykovskini, Rimski-Korsakovu, Motsartı, Baxı, Bethoveni, Verdini dərindən öyrənməyə çağırırdı. Bu klassikləri Üzeyir Hacıbəyov özünün müəllimləri hesab edirdi.

Fikrət Əmirov musiqi alətlərinin istedadlı ifaçılarını xüsusi qeyd edirdi: “İstedadlı gənc nəsil içərisindən mən dirijor Rauf Abdullayevi, Kazım Əliverdibəyovu, pianoçu Fərhad Bədəlbəylini, Arzu Ələsgərovu, skripkaçı Sərvər Qəniyevi, violoçelçalan Rasim Abdullayevi, xoşsəsli Zeynəb Xanlarovanı sazçalan Ədaləti, kamançaçalan Şəfiqə Eyvazovanı, kamançaçalan Habil Əliyevi, gitaraçı Rəmişi, qaboyçu Kamil Cəlilovu xüsusilə qeyd etmək istərdim. Həm də arzu edərdim ki, yaşlı nəslin ən yaxşı nümayəndələri üçün xas olan böyük sənət sevgisi, xalqa xidmət yolunda fədakarlıq, sadəlik, incəlik kimi təmiz keyfiyyətlər yeni nəslin də sənət ömrünü mənalı etsin.

Musiqi mədəniyyətimizin yeni yüksəlişi, yeni böyük nailiyyətləri naminə ifaçılıq sənətinə tələbkarlığı artırmaq, həqiqi istedadları qayğı ilə tərbiyələndirmək, onları qocaman ifaçılarımızın zəngin təcrübəsi ilə silahlandırmaq lazımdır. Sənətkarlıq, yüksək tələbkarlıq bizim ən müqəddəs vəzifəmizdir. Bunsuz əsil sənət və əsil sənətkar yoxdur”.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru,  professor R.F.Zöhrabov çalğı alətlərinin milli-mənəvi dəyərlərin (o cümlədən, azərbaycançılığın - Ö.V.) formalaşmasında roluna toxunaraq, göstərir ki, çalğı alətləri - xalqların mədəniyyətinin mühüm göstəricilərindən biridir. Onların müxtəlif növlərinin geniş istifadəsi, şübhəsiz, bir çox əsrlər boyu formalaşaninkişaf edən zəngin, özünəməxsus incəsənətin olmasına dəlalət edir.

Bəşər tarixində çalğı alətləri insanın mənəvi aləminin təşəkkülündə əhəmiyyətli rol oynamışdır. Əsrlər boyu musiqi inkişaf etdikcə müxtəlif melodiyaların ifası və ritmik müşayiəti üçün yeni alətlər yaradılır, ya da artıq mövcud olan alətlər təkmilləşdirilirdi. Bu məqsədlə çox vaxt onlar qonşu xalqlardan iqtibas edilirdi. Buna görə də, təsadüfi deyil ki, müasir xalq çalğı alətlərinin quruluşlarında və adlarında çoxlu ümumi cəhətlər vardır.

Çalğı alətlərinin müxtəlif məsələləri tədqiq edilərkən, mənbələrdə göstərilmiş məlumatların tutuşdurulması, əsrlər boyu sıx mədəni və maddi əlaqələri olan müxtəlif xalqların musiqi alətlərinin müqayisəli şəkildə öyrənilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu zaman, həmçinin, tarixi, ədəbi, etnoqrafik, arxeolojilinqvistik məlumatlardan da istifadə etmək lazımdır. Məhz belə hərtərəfli yanaşma tərzi hazırkı dövrdə çalğı alətlərinin müzakirə edilən məsələlərini obyektiv şəkildə nəzərdən keçirməyə imkan verir.

Musiqi alətlərinin inkişaf tarixi, quruluşakustik xüsusiyyətləri, bədii-ifa imkanları, istifadə sahəsi, miqrasiya, terminologiya və etimologiyası, eləcə də, onların təkmilləşdirilməsi və bərpası - müasir musiqişünaslığın aktual məsələlərindəndir.

Son illər musiqi elminin korifeyləri - Səfiyəddin Urməvi, Əbdülqadir MarağiÜzeyir Hacıbəyovun adları ilə bağlı olan Azərbaycan xalq çalğı alətlərinin öyrənilməsi (müxtəlif alətlərin inkişaf tarixi, təsnifatı, quruluş xüsusiyyətləri, ölçüləri, texniki və bədii imkanları s.) üzrə mühüm tədqiqatlar aparılmışdır. Çalğı alətlərinin məişətdə, xalq musiqisində, muğam operalarında, orkestransambllarda tutduğu yeri nəzərdən keçirilmişdir. Xüsusən, daha geniş yayılmış alətlər - tar, kamança, saz, balaban, zurna, qaval, nağara, habelə, görkəmli musiqiçilərin ifaçılıq yaradıcılıqları müfəssəl öyrənilmişdir. Xalq çalğı alətləri üçün orkestrləmənin spesifik xüsusiyyətləri araşdırılmış, tədris metodikası işlənilmiş, zərb alətləri üçün yeni not sistemləri təklif olunmuşdur.

Mədəni-tarixi əlaqələrdə musiqi alətlərinin mühüm əhəmiyyətini nəzərə alaraq, onların terminologiya və etimologiyasına xüsusi diqqət yetirilmişdir. Sıradan çıxmış bərbət, santur, çəng, tənbur, rud, rübab, çəğanə, çoğurqopuz kimi simli alətlər bərpa edilmişdir. Simli, zərb və nəfəs alətlərində səslənən çoxlu sayda muğam, mahnı, rəqs və pyeslərin yazıya alınması həyata keçirilmişdir.

Səadət Abdullayeva “Azərbaycan xalq çalğı alətləri” adlı fundamental kitabında qeyd edir ki, Azərbaycan xalq çalğı alətlərinin inkişaf tarixi və təkamülünün, texniki-bədii ifadə imkanlarının və tətbiqi sahələrinin öyrənilməsinin əsas mənbələri aşağıdakılardır: 1) musiqişünaslıq əsərləri; 2) klassik poeziya nümunələri; 3) şifahi xalq yaradıcılığı (dastanlar, müxtəlif janrlara aid mahnılar və oyun havaları, atalar sözləri, zərb-məsəllər, tapmacalar, xalq tamaşa və mərasimləri); 4) maddi-mədəniyyət abidələri; 5) kitab miniatürləri, rəssamların çəkdiyi şəkillər və divar rəngkarlığı; 6) muzey kolleksiyaları və tanınmış musiqiçilərə məxsus çalğı alətləri; 7) tarixi salnamələr, inzibati-hüquqi sənədlər, arxiv materialları; 8) səyyahların qeydləri; 9) musiqi ensiklopediyaları, izahlı və etimoloji lüğətlər; 10) qocaman musiqiçilərin, müxtəlif incəsənət sahələrində çalışan şəxslərinin və musiqi həvəskarlarının şifahi məlumatları.

Bunların sırasında Orta əsr musiqişünaslarının (əksəriyyəti böyük ensiklopediyaçı alim idi) əsərləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu əsərlərdə çalğı alətlərinin quruluş xüsusiyyətləri, onların səslənməsi və akustikası haqqında səhih məlumatlar vardır.

Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri müəyyənləşdirilərkən klassik poeziyadan əxz olunmuş şeir misraları da çox qiymətli məxəzdir. Aydındır ki, şairlər musiqi alətlərinin təkcə adlarını çəkməklə kifayətlənməmişlər. Öz qəhrəmanlarının daxili aləmini, istəklərini şərh edərkən, habelə, təntənəli görüşlərin, dəbdəbəli qəbulların və döyüş səhnələrinin təsvirini verərkən, onlar buya digər çalğı alətinin xarici görünüşünü, quruluşunu və səslənmə xüsusiyyətlərini çox bacarıqla göstərmişlər.

Bu cəhətdən başqa mənbələrlə müqayisədə Azərbaycan rəssamlarının miniatür rəngkarlıq nümunələrinin üstünlüyü şübhəsizdir. Qədim əlyazmalarının səhifələrində musiqi həyatı səhnələrini təsvir edən çoxsaylı miniatürlər vardır. Bu miniatürlər əsasında qədim çalğı alətlərinin xarici görünüşü, onların quruluş xüsusiyyətləri (məsələn, gövdəsi, dekası, qolu, simlərin və pərdələrin sayı), çalma tərzi, instrumental ansamblların tərkibi haqqında konkret fikir söyləmək olar. Çalğı alətlərinin muzey eksponatları isə vizual əşya olaraq, müxtəlif istiqamətli tədqiqatlar aparılması üçün ən dəqiq mənbə sayıla bilər.

Göstərilən məxəzlərin təhlili və ümumiləşdirilməsi Azərbaycan çalğı alətlərinin inkişaf tarixini aşağıdakı xronoloji hüdudlar çərçivəsində aydınlaşdırmağa imkan vermişdir: 1) antik, qədim və orta əsrlər dövrü; 2) yeni dövr.

Azərbaycançılıq ideyalarının aşılanmasında xüsusi rol oynayan milli musiqi mədəniyyətimizin əsas göstəriciləri olan milli çalğı alətlərinin inkişaf etdirilməsində dövlət səviyyəsində qayğı göstərilir, bu sahədə “Azərbaycan Mədəniyyətinin Dostları” cəmiyyətinin sədri kimi ölkənin birinci xanımı Mehriban Əliyeva da xüsusi rol oynayır.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 26 aprel.- S.14.