Qüdrətli
Azərbaycan ordusu
Hazırkı şəraitdə
sabitlik, davamlı, dinamik
iqtisadi inkişafla
yanaşı, güclü ordu
quruculuğu müasir
Azərbaycanı xarakterizə edən əsas amillərdən
sayılır. Bu gün
Azərbaycan mövcud nəhəng potensialdan səmərəli istifadə edərək,
öz sosial-iqtisadi
inkişafını daha da
sürətləndirməklə yanaşı, ordu
quruculuğuna da xüsusi diqqət yetirir. Bu baxımdan, ölkəmizin iqtisadi
qüdrətinin getdikcə artması sosial
məsələlərin həllinə və milli
ordumuzun daha möhkəmlənməsinə,
müasir silahlara, modern texnologiyaya yiyələnməsinə
geniş imkan
yaradıb.
Ordu quruculuğuna xüsusi
diqqət yetirilir
Bəlli olduğu
kimi, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı
altındadır. Ermənistanın işğal
etdiyi ərazilərimizi sülh
yolu ilə qaytarmaqdan
yayınması ölkəmizi digər prioritet
fəaliyyət sahələri ilə yanaşı, ordu quruculuğuna da xüsusi diqqət yetirməyə
vadar edir.
Cəbhə xəttində atəşkəs
rejiminin mövcudluğuna
baxmayaraq, torpaqlarımızın bir hissəsində erməni
işğalının və müharibə vəziyyəti davam edir. Bunu
nəzərə alan Azərbaycan dövləti
tamamilə haqlı olaraq öz
ordusunun gücünü,
hərbi kadrların peşəkarlıq səviyyəsini
artırır, hərbi qüdrətini yüksəldir. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr
olan hərbi təhsil və hərbi səhiyyə
də davamlı şəkildə inkişaf
etməkdədir. Dövlət büdcəsindən hərbi
sahəyə ayrılan xərclərin dəfələrlə
artırılması ordumuzun bütün istiqamətlər üzrə
potensialının yüksək səviyyəyə
çatdırılmasına yol
açıb.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə,
xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər
etməsi ordumuzun mənəvi gücünü daha da artırır, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini əhəmiyyətli
dərəcədə yüksəldir.
Ölkəmizin hərbi qüdrəti
daha da artır
Dövlət
başçısı ön xətdə
xidmət edən əsgər və zabitlərimizlə hər
görüşündə onlara qələbəyə
böyük inam, sonsuz mübarizə əzmi
aşılayır. Ali Baş
Komandan bununla orduya xüsusi diqqət və
qayğısını əyani şəkildə nümayiş etdirir.
Bu
gün Azərbaycan hərbi potensial baxımından,
işğalçı Ermənistandan dəfələrlə üstündür və müvafiq
üstünlük heç
də birdən-birə, təsadüfən meydana
çıxmayıb. Ölkəmizin hərbi qüdrətinin
artması ölkənin iqtisadi gücünün artması ilə
qırılmaz şəkildə bağlıdır. Müasir dövrdə hər bir
ölkənin uğurunu,
inkişafını müəyyən edən amillər
içərisində iqtisadi potensial və güclü
ordunun mövcudluğu
ön plandadır. Dövrün
tələblərinə uyğun şəkildə
qurulan müasir, mobil ordu həm müstəqilliyin
möhkəmlənməsində, həm də ölkənin
bölgədə geopolitik güc
mərkəzinə çevrilməsində önəmli rol oynayır.
Cəmiyyətdə,
insanların həyatında baş verən
dəyişikliklər orduda da öz əksini
tapır. Sabitlik, dinamik
inkişaf və güclü
ordu quruculuğu müasir Azərbaycan üçün
əsas xarakterik cəhətlərdir və
bu cəhətlər bir-birilə sıx
bağlıdır. Güclü iqtisadi inkişaf, gəlirlərin
durmadan çoxalması hərbi xərclərin
ilbəil artmasına imkan verir.
Hər bir insan müəyyən gücə sahibdir və bu gücdən
müəyyən məqamlarda istifadə etməyə zərurət
yaranır. Cəmiyyət inkişaf etdikcə,
bu zərurət kütləvi şüurda öz ifadəsini
tapır və birgə müdafiə olunmaq,
qorunmaq zərurəti yaranır. Bu mənada, son illərdə
Azərbaycanda çox sürətlə və
yüksək səviyyədə aparılan ordu
quruculuğu işi
artıq öz bəhrəsini verib. Bu gün
Azərbaycan regionda ən güclü
orduya malik olan dövlətə çevrilib.
Ordu cəmiyyətin
bir hissəsidir
Nəzərə
alınmalıdır ki, ordu
cəmiyyətin bir hissəsidir, bu mənada, cəmiyyətdə baş verənlər bilavasitə orduya da sirayət edir.
Ordu quruculuğu elə bir spesifik sahədir ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət
qədər bəhrələnməklə bitmir.
Azərbaycan öz ordusunun
gücünü, kadrların hərbi
peşəkarlığını daim
artırır, hərbi qüdrətini yüksəldir. Burada
başlıca məqsəd, əsas niyyət isə, heç şübhəsiz, Azərbaycanın ərazi
bütövlüyünü bərpa etmək,
Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən
təmizləməkdir. Artıq bu qəti
mərhələyə doğru gedən yolda hərbi və siyasi
baxımdan xeyli mühüm
nəticələr əldə olunub və
bu proses davam etməkdədir. NATO ilə sıx və
səmərəli əməkdaşlığın əsas hədəfi
də məhz ordu quruculuğu
prosesini sürətlə təkmilləşdirmək,
Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara
uyğunlaşdırmaqdır. Müşahidələr
göstərir ki, Azərbaycan özünün potensial hərbi
üstünlüyünü real nəticəyə çevirmək
iqtidarındadır. Bu isə Azərbaycanın
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı aparılan
danışqlarda mövqeyini daha da möhkəmləndirir,
ölkəmizin müdafiə potensialını daha da artırır.
Mərkəzləşdirilmiş,
nizami ordunun
yaradılması Ümummilli Lider Heydər Əliyevin xidmətidir
Azərbaycan müstəqilliyini yenidən bərpa
etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə
Nazirliyinin yaradılması barədə qərar və həmin
il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən
Silahlı Qüvvələrin yaradılması haqqında
qanun qəbul edilsə də, həmin dövrdə ordu
quruculuğu ilə bağlı fəaliyyət olduqca
yarıtmaz idi. Respublikamızın o vaxtkı rəhbərliyi
bu qərarların həyata keçirilməsi
üçün heç bir səy göstərmirdi.
Torpaqların
müdafiəsi yalnız pərakəndə fəaliyyət
göstərən könüllü dəstələrin
ümidinə qalmışdı. Həmçinin, şəxsi
mənafelərə qulluq edən
ayrı-ayrı başıpozuq silahlı dəstələr
vardı. Bütün bunlara
yalnız Ümummilli Lider
Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə
qayıtdıqdan sonra son
qoyuldu. Ulu Öndər
Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi
sahədə vahid komandanlığın təmin
edilməsinə, nizamlı ordunun
yaradılmasına nail ola
bildi. O, yerli
özünümüdafiə və könüllü
batalyonlar adı altında fəaliyyət
göstərən silahlı birləşmələri ləğv
edərək, vahid komandanlıq sistemində
təşkil olunan nizami
ordu yaratdı. Ali Baş Komandanın ön
xəttə səfər edərək
döyüşçülərimizlə səngərdə
görüşməsi və onları döyüşə
ruhlandırması öz real
bəhrəsini verdi. Ali Baş
Komandanın səngərlərə baş
çəkməsini ordunun döyüş əhval-ruhiyyəsini yüksəltdi,
1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində
düşmənə qarşı uğurlu
hərbi əməliyyat həyata keçirildi.
1994-cü il mayın 12-də elan olunan atəşkəsdən
sonra Azərbaycanda nizami,
müasir səviyyyəli ordunun
qurulması prosesinə start verildi, nizami, müasir tələblərə uyğun ordu
formalaşdırılmağa başladı.
Varislik
prinsipi əsas tutularaq,
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi, 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə isə 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının
peşə bayramı kimi qeyd
edilir.
Cəmiyyətdə
orduya böyük inam var
Prezident İlham Əliyev ordunun maddi təminatına da böyük diqqət ayırır. Bir qayda olaraq,
dövlət büdcəsindən ən böyük
ayırmalar məhz müdafiə sahəsinə olur. Son bir neçə il
ərzində hərbi xərclərimiz 13 dəfədən çox artıb. 2010-cu ildə Azərbaycanın
hərbi xərcləri qonşu Gürcüstan və Ermənistanın birgə
götürülmüş hərbi xərclərindən
təqribən iki dəfə çox olub. 2011-ci ildə
də Azərbaycanın xeyirinə olan bu müsbət fərq
daha da artıb. 2012-ci
ildə isə Azərbaycan artıq regionda
aparıcı hərbi gücə malik
ölkə kimi dəyərləndirilir.
Ölkəmizin hərbi sənaye sahəsində əldə etdiyi uğurlar da burada əhəmiyyətli
rol oynayır. Diqqəti çəkən
odur ki, Azərbaycanda
Ermənistanla müqayisədə büdcənin nisbətən
az qismi hərbi xərclərə
yönəldilir. Başqa sözlə, Azərbaycanın
hərbi büdcəsi məhz dövlət büdcəsinin ümumi göstəricilərinin artması
hesabına yüksəlir. Belə vəziyyətdə Azərbaycan
Cənubi Qafqazda ən güclü
iqtisadiyyata malik olan ölkə olmaqla
yanaşı, həm də ən qüdrətli orduya sahibdir.
Bütün bunlar məhz Azərbaycan Prezidentinin
ordu quruculuğuna
göstərdiyi böyük diqqətin,
qayğının nəticəsində baş
verib. Ordu və Ali Baş Komandan
arasında mövcud olan
bu möhkəm bağlılıq cəmiyyətin
orduya münasibətinin
formalaşmasına da öz
təsirini göstərir. Bu gün Azərbaycan hərbçisi birbaşa ölkə rəhbərliyinin himayəsi
və qayğısı ilə əhatə olunub.
Cəmiyyət də Silahlı Qüvvələri kifayət qədər
nüfuzlu və səviyyəli bir institut kimi
qəbul edir və artıq hərbçi
peşəsi sanballı bir peşə hesab olunur. Bu,
cəmiyyətin orduya və dövlətə
inamının artmasının, möhkəmlənməsinin əyani
göstəricisidir.
Naib NİFTƏLİYEV
Səs.-
2012.- 26 aprel.- S.4.