Öz məşəlini alovlandır: Mədəniyyət diplomatiyamızın strateji dərinliyi

 

Elmi ədəbiyyatdan məlum olduğu üzrə mədənəyyətlərarası əlaqələr və mübarizələr tarix boyunca olmuşdur və hal-hazırda da olmaqda davam edir. Bu mövzuda sivilizasiyalararası əlaqələri tədqiq edənlər arasında iki fərqli görüntü mövcuddur. Belə ki, bunlardan ilkin mədəniyyətlərin bir-biri ilə mübarizədə olduğunu iddia edərək, nəticədə, bunlar arasında konfliktin yaranacağını vurğulayırlar. İkincilər isə mədəniyyətlərarası əlaqələrin zəruri olduğunu və inkişaf etdirilməsinin vacibliyini müdafiə edirlər.

 Məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO ve İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanla bağlı dünya miqyasında həyata keçirdikləri mədəniyyət diplomatiyamızın uğurlarına nəzər saldıqda, ikinci görüntünün bizlər üçün daha əhəmiyyətli olduğuna şahid oluruq. Bütün bu fəaliyyətləri Azərbaycanın dünyada tarix boyunca əldə etdiyi tarixi-mədəni dəyərlərin tanıdılması istiqamətində böyük uğurlardan hesab etmək olar. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən bu tədbirlər, mədəniyyətlərarası əlaqələrdə konfliktlərin deyil, həm nəzəri, həm də praktik baxımdan inteqrasiyanın vacib olduğunu  və sivilizasiyalararası əlaqələri tədqiq edən mütəxəssislər üçün əhatəli tədqiqat obyektlərinə daxil olacağını göstərməkdədir. Beləliklə, mədəniyyətlərarası əlaqələrin təhlükəli olduğunu düşünənlərin tezisləri reallıq qazanmır. Bu baxımdan, Şərq-Qərb sintezi meydana gəlməkdə və bütün istiqamətlər üzrə Azərbaycanın mədəni-tarixi dəyərləri müxtəlif dünyagörüşləri ilə inteqrasiya prosesinə daxil olmaqdadır. Bu kontekstdə qeyd olunmalıdır ki, gələn ay Bakıda keçiriləcək “Eurovison-2012” Mahnı Müsabiqəsi də mədəniyyət diplomatiyamızın çoxşaxəliliyi baxımından mühüm bir hadisə olacaqdır. Mahnı müsabiqəsinin loqosu  Azərbaycan tarixini və mədəniyyətini dünyaya çatdırmaqda qrafik sənətkarlıq baxımından da funksional rola malikdir. Bu loqonun sözləri isə “öz məşəlini alovlandır” mədəni-strateji dərinliyə malik olmaqla bərabər özündə Azərbaycanın keçmişini, indisini və gələcəyini ehtiva edərək, mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir.

 

“Bakıya Uçuş”- Azərbaycanın qlobal arenada qanadlanması deməkdir

 

Son günlərdə dünyanın müxtəlif ölkələrində “Bakıya Uçuş” adı altında keçirilən “BAKU” jurnalının təqdimatını qeyd etmək olar. Bu jurnal Azərbaycanı dünyaya tanıtmaqla, eyni zamanda, dialektik mahiyyət daşıyaraq, digər mədəniyyətlərə mənsub insanların Azərbaycan mədəniyyəti ilə tanış olmalarına imkan yaradır və azərbaycanlıların da fərqli mədəniyyətlərlə inteqrasiya prosesinə daxil olmalarına təkan verməkdədir. Beləliklə, jurnal sayəsində Azərbaycan fərqli mədəniyyətlərin maraq dairəsinə daxil olur və nəticədə, dialektik prosesdə fərqli mədəniyyətlər də Azərbayacan üçün yeni açılmış pəncərələr olaraq özünü təqdim edir. Məhz bu səpkili mədəniyyətlərarası dialoq və inteqrasiya prosesi baş verərək Azərbaycanın qlobal arenada mədəniyyət sahəsində də özünə məxsus yerə malik olmasına gətirib çıxarır. Bu yerdə, əlbəttə ki, sevinmək lazımdır. Çünki dünyada belə mədəniyyətlərarası əlaqələri və dialoqu qurma qabiliyyətində olan xalqlar çox deyildir. Xüsusilə, Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyətləri Azərbaycan üçün tarixi addımlardan biridir. Məhz Azərbaycanın geniş səpkidə, xüsusilə, Qərb dünyası ilə olan mədəniyyətlərarası əlaqələrdə dialoqinteqrasiya kontekstində özünü təqdim edərək, qarşılıqlı  əməkdaşlıqlara imza atması xalqımızın gələcəyi üçün tarixi baxımından əlamətdar hesab olunmalıdır.

Yuxarıda qeyd etdiyimiz fikirləri arqumentlərlə əsaslandırmaq üçün Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın son günlərdə dünyanın müxtəlif ölkələrində söylədiyi nitqlərə nəzər salmaq kifayət edər. Həm Mehriban xanim, həm də Leyla xanım yüksək analitik təhliletmə qabiliyyətləri ilə mədəniyyət diplomatiyamızın uğur qazanması və Azərbaycanın mədəni-tarixi incilərini mədəniyyətlərarası dialoqinteqrasiya fonunda dünyaya çatdırmaq üçün əhəmiyyətli layihələr həyata keçirirlər. Mehriban xanım haqlı olaraq vurğulayır: Bu gün müasir Azərbaycanın ərazisində müxtəlif millətlərə, dinlərə mənsub insanlar dinc yanaşı yaşayırlar. Əgər ölkəmizin müasir, ən yeni tarixinə nəzər salsaq, əminliklə deyə bilərəm ki, biz çox böyük nəticələrə nail olmuşuq. Bu gün Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə artıq tanınmış mərkəzdir. Hər il paytaxtımızda iri beynəlxalq konfranslar, bu mövzulara həsr olunmuş forumlar keçirilir”.

Yeri gəlmişkən, qeyd olunmalıdır ki, Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə aprelin 20-də Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadı Nizami Gəncəvinin abidəsinin açılışı  İtaliyada “Bakıya Uçuş” adı altında “BAKU” jurnalının növbəti təqdimatının keçirilməsi mədəniyyət diplomatiyası sahəsində düşünülmüş strateji dərinliyin uğurlarındandır. Mehriban xanımın qeyd etdiyi kimi, möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da  mədəniyyətlərarası dialoqinteqrasiya prosesini sürətləndirəcək və Azərbaycan-İtaliya fonunda Şərq və Qərb dəyərlərinin sintezinə gətirib çixaracaqdır.

Nəticədə, Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın mədəniyyətlərarası dialoqinteqrasiya prosesində həyata keçirdikləri layihələr qlobal xarakter daşımaqla bərabər, xüsusilə, Azərbaycan mədəniyyətinin zirvələr fəth etməsi baxımından, böyük uğurlardandır. Bu sahədə atılan bütün addımlar dialektik mahiyyət daşıyır və Azərbaycanın dünya mədəniyyətləri ilə daha güclü inteqrasiyasına səbəb olur. Belə ki, son günlərdə paytaxt Bakıda,  Azərbaycan Milli İncəsənət Muzeyində  möhtəşəm açılışı ilə yadda qalanFransa inciləri” mövzusundakı sərgidə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın sərginin açılışında ifadə etdiyi fikirlər mədəniyyət diplomatiyamızın ciddi strateji rola malik olduğunu bir daha göstərməkdədir: ”...Mən hətta bu sərgini, nəinki “Fransa inciləri”, həmçinin, “Azərbaycan inciləri” adlandırardım. Bu, məhz onunla bağlıdır ki, Azərbaycan tərəfi bu cür tədbirlərə xüsusi önəm verir. Əslində, Sizin bu işə göstərdiyiniz böyük maraq çox əhəmiyyətlidir. Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdirbu baxımdan, biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq  nümayiş etdirirlərsə, bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların sayı çoxalır. Xüsusən də, Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir”.

Fransız nazirin yuxarıda qeyd etdiyimiz bu fikirləri, Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın Azərbaycan üçün dünya miqyasında həyata keçirdikləri layihələrin uğurunun  lakonik ifadəsidir.  Bu istiqamətdəki mədəniyyət diplomatiyamız strateji dərinliyə malik olmaqla daha çox və möhtəşəm layihələrə imza ataraq qlobal arenada Azərbaycanın inteqrasiya olmasına təkan verəcəkdir.

 

 

Rəşad İlyasov,

fəlsəfə doktoru

 

Səs.- 2012.- 26 aprel.- S. 5.