Azərbaycan regionun ən zəngin ölkəsidir
Son 8 ildə Azərbaycanın
regionda mövqeyinin əhəmiyyətli dərəcədə
möhkəmlənməsi də
müşahidə olunmaqdadır
və respublikamız dünya iqtisadiyyatına sıx inteqrasiya proseslərini sürətləndirməklə,
eyni zamanda, tərəfdaş ölkələrin
enerji təminatında
mühüm yer tutaraq, onların yüksək etimadını
qazanmaqla nüfuz sahibinə çevrilməkdədir.
Prezident İlham Əliyevin yürütdüyü
xarici iqtisadi siyasət ölkəmizin ümumi iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla onün bütün istiqamət və konturlarını özündə əks etdirir. Bu siyasət Azərbaycanın iqtisadi tərəqqisi və dünya düzənində
köklü mövqeyimizin
möhkəmlənməsi üçün
xarici əlaqələrin
strukturunun genişlənməsinə,
yerli ixracatçılar
üçün güclü
dövlət dəstəyinin
təmin edilməsinə
və xarici kapitalın ölkəyə
cəlb edilməsinin daha da aktivləşməsi
üçün biznes
mühitinin təkmilləşdirilməsinə
istiqamətlənib.
Bu dinamizm, Azərbaycan
iqtisadiyyatını yeni
inkişafı ssenariləri
bu gün dünya mediasının, elektron KİV-lərin və ən nüfuzlu nəşrlərin
tədqiqat və araşdırma mövzusuna
çevrilib. Bu günlərdə
ABŞ-ın “The Washington Times” qəzetində dərc olunmuş materialda bildirilir ki, Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir.
Ötən 8 ildə ölkədə ÜDM 3 dəfə
artmışdır. Xarici
borc ÜDM-in 6 faizini təşkil edir. Adambaşına düşən
milli gəlirə görə, Azərbaycan regionun ən zəngin ölkəsidir.
Son 8 ildə ölkəmizdə
həyata keçirilən
sistemli və genişmiqyaslı demokratik
siyasi və iqtisadi islahatlar, sosial proqramlar tərəqqinin uzunömürlülüyünə
baza yaratmış olub. Prezident İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının davamlı
uğurlarını təmin
edib. Hazırda ölkə iqtisadiyyatının
diversifikasiyasının sürətlənməsi,
regionlardakı mövcud
istehsal və emal bazasının gücünün artırılması,
qeyri-neft bölmələrinə
aid iri müəssisələrin
fəaliyyətinin güclənməsi
Azərbaycan iqtisadiyyatının
hərtərəfli inkişaf
etdiyini şərtləndirmiş
olur.
Demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə
əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və
modern mərhələdə gücləndirilməsi, neft
gəlirlərinin məqsədyönlü
idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi,
qeyri-neft sahələrinin
innovativ iqtisadiyyatın
baş xəttinə çevrilməsi, kiberinformasiya
cəmiyyətinin formalaşdırılması,
ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi
Azərbaycan dövlətinin
siyasi-strateji trendi kimi çıxış edir.
Respublikamızın bu inkişaf
doktrinası dünya dövlətləri, ən
nüfuzlu siyasi və iqtisadi xadimlər tərəfindən
təqdir olunur, ən yüksək və çoxmilyonlu tiraja malik nəşrlərdə
Azərbaycan iqtidarının
həyata keçirdiyi
siyasi və iqtisadi islahatlar region ölkələri üçün
örnək kimi səciyyələndirilir. ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardun qeyd
etdiyi kimi, Azərbaycan Qafqazın ən əhəmiyyətli
ölkəsidir. Azərbaycan
çoxşaxəli, strateji
və balanslaşdırılmış
xarici siyasət həyata keçirir. Keyfiyyətcə yeni xarakter alan beynəlxalq
iqtisadi münasibətlər
sistemində güclü
iqtisadi potensiala, əsaslandırılmış idarəetmə strategiyasına
və inkişafın
milli modelinə malik Azərbaycanın xarici siyasət kursu geniş komponentli, geniş diapazonlu balanslaşdırılmış
təməllərə söykənən
müstəvidə və
tarazlı kursa uyğun müəyyən
olunub. Bu kurs müəyyənləşdirilərkən,
ilk növbədə, bütün
tərəflərlə bərabər
və qarşılıqlı
hörmət prinsiplərinə
əsaslanan strateji kursu qoruyub saxlamağa
üstünlük verildi.
Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən
edilmiş davamlı siyasi strategiyanın təməl prinsiplərindən
biridir. Ötən illlər ərzində Azərbaycanın regionda balanslaşdırılmış xarici siyasət kursu bir qədər
də möhkəmlənərək,
həm post-sovet ölkələri, həm
də Avropanın, Asiyanın, Amerikanın, eləcə də, Afrika və Yaxın Şərq dövlətləri ilə
səmimi münasibətlərin
qurulmasında mühüm
rol oynayıb. ABŞ,
Türkiyə, Rusiya, Ukrayna, İran, Gürcüstan, Fransa, Almaniya, İtaliya, Rumıniya və digər ölkələrlə
əlaqələrdə dinamizmin
keyfiyyət baxımından
zənginləşməsi bu
tendensiyanın hakim olmasını
göstərir.
Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyanı
dərinləşdirməsi və xarici tərəfdaş ölkələrlə
iqtisadi-ticari münasibətləri
genişləndirməsi son illər beynəlxalq maliyyə institutları və ən nüfuzlu agentliklər tərəfindən hazırlanan reytinq cədvəllərində və
hesabatlarda başlıca
mövzu kimi diqqəti cəlb edir. Bu günlərdə dərc olunan Asiya İnkişaf
Bankı (AİB) “Asiya
İnkişaf Perspektivi-2012” (Asian
Development Outlook- 2012) adlı yeni hesabatında Azərbaycanda həyata keçirilən düşünülmüş
makroiqtisadi siyasət yüksək qiymətləndirilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan
hökumətinin həyata
keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verəcək. Respublikamız
inkişaf dinamikasına
görə regionda əsas aparıcı dövlətlərdən
olacaq. Asiya İnkişaf Bankı
2012-ci ildə Azərbaycanda
ÜDM-in 4,1% artacağını proqnozlaşdırır. AİB-in proqnozlarına görə,
2012-ci ilin yekunları
üzrə Azərbaycanın
xarici ticarətində
müsbət saldo
22,35 milyard, 2013-cü ildə
21,94 milyard dollar təşkil
edəcək. Hökumət
maliyyə sabitliyinin əsas göstəricilərindən
biri olan istehlak qiymətləri indeksinin nəzarətdə
saxlanmasını təmin
etmək iqtidarındadır.
AİB-in hesabatında qeyd olunur ki,
maliyyə böhranını
aşmaqda olan Mərkəzi Asiya ölkələrində inflyasiya
hələ də hiss
olunacaq səviyyədə
- 7,5 faizdir. Yeni resessiyalar fonunda bu rəqəm 2011-ci ilin sonuna 8,2 faiz, 2012-ci ilin sonuna isə 6,6 faiz ola bilər.
AİB-in mövqeyinə görə,
Azərbaycan hökuməti
inflyasiyanın qarşısının
alınması ilə
bağlı dövlət
orqanlarının koordinasiya
olunmuş birgə fəaliyyəti sayəsində
qiymət indeksini nəzarətdə saxlamğa
qadirdir. Respublikamızda
inflyasiyanın
2012-ci ildə 7-7,5%-ə bərabər olacağı
proqnozlaşdırılır. 2013-cü ildə inflyasiyanın təxminən 8,5 % olacağı
proqnozlaşdırılır. Təşkilatın ekspertlərinin
fikrincə, güclü
daxili tələbat, istehlak bazarının həcminin böyüməsi,
əmək haqqı artımı, eləcə
də, iqtisadiyyatın
daxili kredit genişləndirilməsi inflyasiyanın
artmasında əsas elementlər kimi çıxış edəcək.
Amma bütün bunlara baxmayaraq, ölkədə iqtisadi inkişafın yüksəlməsi
və əhalinin real pul gəlirlərinin inflyasiya göstəricisindən
2-2,5 dəfə olması
iqtisadiyyatı mənfi
təsirlərdən qorumuş
olacaq, vətəndaşların
sosial vəziyyətinə
təsir göstərməyəcək.
Region ölkələrinin xarici və daxili borcları ilə bağlı vəziyyəti şərh
edən təşkilatın
ekspertləri ölkələrin
əksəriyyətində daxili borcun daha
çox özəl sektora aid olduğu qənaətindədir. Buna səbəb
maliyyə böhranı
nəticələrinin həmin
ölkənin tikinti və bank sektorunu vurması olub. Azərbaycanın daxili borc probleminin olmadığını diqqətə
çatdıran AİB mütəxəssisləri
ölkəmizin xarici borc üzrə də çətinliyinin olmadığını
bildirirlər. Ümumiyyətlə,
Azərbaycan region ölkələri
içərisində xarici
borc məsələsində
çox əlverişli
və yaxşı mövqeyə malikdir. Ölkəmizin xarici borcu 3,7 milyard dollar təşkil edir ki, bu da
ÜDM-in 8 %-dən aşağı
rəqəmdir. Ölkəmizin
xarici borcu strateji valyuta ehtiyatlarından 9 dəfəyə
yaxın azdır ki, bu da
maliyyə sabitliyi üçün çox mühüm rol oynayan faktor sayılır.
“Səs” Analitik qrupu
Səs.-
2012.- 27 aprel.- S. 3.