“Eurovision-2012” möhtəşəm
şousuna sayılı
günlər qalıb
Bakı möhtəşəm
“Eurovision-2012” Mahnı Müsabiqəsinin
lap astanasındadır. Bir
neçə gündən
sonra müsabiqəyə
start veriləcək. Dünya
ölkələrinin təmsilçiləri
Odlar Yurdunda məşəl ətrafına
toplaşıb bir-birindən
fərqli mahnıları
ilə beynəlxalq aləmin diqqətini bir məkana cəmləyəcəklər. Həyəcan
dolu yarışda Azərbaycan özünəməxsus
olan dəyərləri
ilə irqi, dini fərqli insanları təəccübləndirəcək.
Onlara müsbət enerji bəxş edəcəkdir. Builki yarışmanın müsabiqənin
57 illik tarixində ən möhtəşəmi
olacağı şübhə
yaratmır. Elə yarışma təmsilçilərinin,
Avropa Yayım Birliyinin və digər rəsmilərin yarışmaya hazırlığı,
Bakı ətrafındakı
müxtəlif fikirləri
ölkəmizin böyük
uğurla yarışmanı
başa vuracağından
xəbər verir.
Bakı sakinləri ilə
bahəm, yarış
iştirakçıları da müsabiqənin başlanacağı günü
həyəcanla gözləyirlər.
Belə ki, Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision Mahnı Müsabiqəsi
2012”-nin keçiriləcəyi
“Bakı Kristal Zalı”
builki yarışma təmsilçilərinin xüsusilə
maraq dairəsindədir.
Şəhərimizin qonağı
olan Gürcüstan təmsilçisi Anri Joxadze “Bakı Kristal Zalı”nı ziyarət etdikdən sonra Xəzər dənizi sahilində inşa olunan bu möhtəşəm
binaya heyranlığını
dilə gətirib: “Mən bu məkanda
möhtəşəm şounu
səbrsizliklə gözləyirəm”-
deyib. Xatırladaq ki, Anri “Eurovision Mahnı Müsabiqəsi
2012”-də mübarizəyə
mayın 24-də keçiriləcək
ikinci yarımfinalda qoşulacaq və müsabiqədə “İ’m
a Joker” adlı mahnıyla
çıxış edəcək.
Sloveniyanın 57-ci “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi
Eva Botoya isə bu möhtəşəm səhnədə yaradılan
imkan və ab-hava nəticəsində,
bütün bacarıqlarını
nümayiş etdirəcəyini
bildirib: “Mənim arzum gerçək oldu. Hazırda özümü yuxudakı
kimi hiss edirəm.” Eva
Bakıdakı çıxışının
finaldakından fərqlənəcəyini
bildirib. Bu və ya digər fikirlər
yarışmanı həvəslə
gözləyən təmsilçilərin
“Eurovision-2012”yə necə diqqət ayırdıqlarını
göstərir.
Bosniya və Herseqovina
təmsilçisi Azərbaycan
və şousu haqqında olan təəccübünü gizli
saxlaya bilməyib. Bosniya və Herseqovinanın “Eurovision-2012” Mahnı
Müsabiqəsi təmsilçisi
Maya Sar builki müsabiqə mahnılarının
özünəməxsus olduğunu
və ifaçılara
çox yaraşdığını
bildirib. “Korake ti znam” adlı
mahnısını doğma
dildə oxumasının
səbəbini o, belə
izah edib: “Mahnı Bosniya dilində yazılıb. Düşünürəm ki,
oradakı emosiya və ismarıcı dinləyicilər çox
gözəl hiss edəcəklər.”
Azərbaycana səfər
edəcəyi günü
səbirsizliklə gözləyən
Maya Sarın builki
“Eurovision” şousu ilə
bağlı düşüncələri
isə belədir: “Azərbaycanın möhtəşəm
ölkə olduğunu
eşitmişəm. Builki
“Eurovision” təmsilçiləri arasında dostlarım çoxdur. Ona görə də birlikdə müsabiqəyə
hazırlaşmaq və
işləmək çox
xoş olacaq”.
“BAKI KRİSTAL ZALI”NDA
“EUROVİSİON-2012” NİN ALTI QEYRİ-ADİ ŞOUSU
İZLƏNLƏCƏK
Bu gün “Bakı
Kristal Zalı”nda şou
hazırlıqları davam
edir. May ayında paytaxtımızın yeni
arenasında - “Bakı
Kristal Zalı”nda “Eurovision-2012” Mahnı Müsabiqəsinin
altı qeyri-adi şousunu izləmək mümkün olacaq. Belə ki, mayın
21-də birinci yarımfinalın
əsas məşqi, mayın 22-də birinci yarımfinal, mayın 23-də
ikinci yarımfinalın
əsas məşqi, mayın 24-də ikinci yarımfinal, mayın 25-də
jüri finalı və nəhayət, mayın 26-da “Eurovision-2012”nin finalı
olacaq. Məhz həmin gün - mayın 26-da Azərbaycan təmsilçisi Səbinə
Babayeva “Bakı Kristal
Zalı”nın səhnəsinə
çıxacaq. Səbinə
xanımın hazırda
arenada şou hazırlıqları sürətlə
davam edir. Şounun detalları sürpriz ediləcək.
MƏTBUAT MƏRKƏZİNDƏ YÜKSƏK
SÜRƏTLİ WI FI SİSTEMİ QURAŞDIRILIB
“Eurovision -2012” Mahnı Müsabiqəsinin Mətbuat
Mərkəzi mayın
13-də açılacaq. Burada
1500-dən artıq jurnalistin
fəaliyyət göstərmək
imkanı var. “Bakı
Kristal Zalı”nın yaxınlığında
inşa olunan Mətbuat Mərkəzində
yüksək sürətli
WI FI sistemi quraşdırılıb.
Eurovision.az saytı xəbər
verir ki, burada 1500-dən artıq yerli və xarici
jurnalistin eyni vaxtda işləməsinə
imkan olacaq. Jurnalistlər xüsusi kabinələrdə müxtəlif
müsahibələr ala biləcək.
Mərkəzin bir küncündə yaradılan
studiyada isə televiziya müsahibələrinin
çəkilişlərini həyata keçirmək olacaq. Mətbuat Mərkəzində, həmçinin,
eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı fəaliyyət göstərəcək.
Bundan başqa, jurnalistlərin rahatlığı
üçün kafeteriyanın
olduğu istirahət zonası da yaradılıb. Bütün
bunlar Azərbaycanın
möhtəşəm şouya
hazırlığını ifadəsidir. Dünya ölkələrindən gələcək
xarici qonaqların tam rahat şəkildə qarşılamaq üçün
görülən işlər
xalqın qonaqpərvəriliyin
də bir nümunəsidir. Təbii
ki, bu dəyərlərin
təqdimində dövlətin
iqtisadi gücü əsas amillərdən olduğundan ölkəmizdə
bu və ya digər hazırlıq
işləri aprılır.
AZƏRBAYCANDAKI UNİKAL AKSİYA
“LİGHT YOUR FİRE” ŞÜARINI SİMVOLİZƏ
EDİB
Onu da qeyd edək
ki, yarışmanın
möhtəşəm şəkildə
təşkili məqsədi
ilə müxtəlif
layihələr də
gerçəkləşir. “Eurovision”un Azərbaycandakı
rəsmi Fan Klubu tərəfindən təşkil
edilən aksiyalar müsabiqəyə diqqəti
artırır. Belə
ki, keçirilən moto-yürüş zamanı
moto-Bakı və digər moto klubların üzvləri bir ayara gəlib.
“Eurovision-2012” Mahnı Müsabiqəsinin
şüarını birlikdə
səsləndirən yürüş
iştirakçıları diqqəti üzərilərinə
cəmləşdirə biliblər.
Fan Klubunun üzvləri
tərəfindən müsabiqə
ərəfəsində bu
cür aksiyalar davamlı olacaq. Onu da
qeyd edək ki, “Eurovision”un Azərbaycandakı rəsmi
Fan Klubu ilk dəfə
olaraq “Muğam” flashmobu da keçirib.
Bu layihənin davamı
kimi Azərbaycanda ilk dəfə olaraq, unikal aksiya da
start verilib. Dənizkənarı
Milli Parkda “Eurovision
2012” ərəfəsində unikal layihənin reallaşması Azərbaycanın
yarışmaya tam diqqətlə
yanaşmasını göstərir.
Dəniz sahilinə toplaşan çoxsaylı
gənc hava fənərlərini yandıraraq,
səmaya uçurdub.
“Eurovision” Mahnı Müsabiqəsinin
Azərbaycandakı rəsmi
Fan Klubunun təşəbbüsü
ilə Dənizkənarı
Milli Parkda təşkil olunan aksiyada müxtəlif rənglərdə olan hava fənərlərinin yandırılaraq havaya uçurdulması “Eurovision Mahnı
Müsabiqəsi 2012”-nin
“Light Your Fire” şüarını simvolizə edib. Aksiyanın əsas məqsədi “Eurovision” Mahnı
Müsabiqəsinə sayılı
qalan günlər ərəfəsində əhalidə
müsabiqəyə qarşı
marağı daha da artırmaqdır.
Nəzakət ƏLƏDDİQIZI
Səs.-
2012.- 28 aprel.- S. 5.