Sosial liberalizm sosioiqtisadi reformaların yeni xətti

 

Dünya sosial inkişaf meyarlarına yaxınlaşan Azərbaycanda sosioiqtisadi reformaların ana xəttini bərabərlik trendlərinin tam tətbiqi təşkil edir. İqtisadiyyatın rasional idarəetmə strukturunun tam bərqərar olması texnokrat islahatların yeni çağırışlar astanasında geniş miqyas alması bərabərliyin sosial mahiyyətinin formalarının realizasiyasını meydana çıxarır.

Dünya sosial inkişaf meyarlarına yaxınlaşan Azərbaycanda sosioiqtisadi reformaların ana xəttini bərabərlik trendlərinin tam tətbiqi təşkil edir. İqtisadiyyatın rasional idarəetmə strukturunun tam bərqərar olması texnokrat islahatların yeni çağırışlar astanasında geniş miqyas alması bərabərliyin sosial mahiyyətinin formalarının realizasiyasını meydana çıxarır.

Dünya sosial inkişaf meyarlarına yaxınlaşan Azərbaycanda sosioiqtisadi reformaların ana xəttini bərabərlik trendlərinin tam tətbiqi təşkil edir. İqtisadiyyatın rasional idarəetmə strukturunun tam bərqərar olması və texnokrat islahatların yeni çağırışlar astanasında geniş miqyas alması bərabərliyin sosial mahiyyətinin və formalarının realizasiyasını meydana çıxarır. Dünya praktikasında bərabərlik forma və məzmun etibarilə vəhdət təşkil etməklə yanaşı, inkişaf edən sosial cəmiyyətin tələblərinə uyğun yeni çalarları da zəruri edir. Azadliberal iqtisadiyyatın təmin olunduğu cəmiyyətlərdə sosial yüksəlmə də strateji tələb kimi qarşıda durur. Yəni, dövlət iqtisadiyyatda liberalizm mühitini tam təmin etdiyi kimi, sosial proporsionallığı da təmin etməkdə qərarlıdır. Bu mənada, sosial liberalizm strategiyası modernləşən cəmiyyətin ana tələbi hesab oluna bilər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin ilk altı ayının sosial-iqtisadi inkişaf göstəricilərinin yekununa həsr olunmuş iclasında bildirib ki, qarşıda duran makrososial tələblərdən biri sosial liberalizmin təmin olunmasından ibarətdir. Hökumət yaxın dövr üçün sosial proqramların miqyas dairəsini artırmaq sosial sektorda liberal reformalara başlamaq niyyətində olduğunu real atdığı addımlarla sübut etməkdədir. Bu sahədə konkret işlərin həyata keçirilməsi bunun bariz nümunəsidir. Hər bir sosial proqram, təbii ki, liberal bazar iqtisadiyyatının tam təmin olunması şəraitində təşəkkül tapır. Yəni, sosial liberalizmin altbazası iqtisadiyyatın liberallığının göstəricisi ilə xarakterizə olunur.

Azərbaycanda iqtisadiyyatın liberalizasiyası hələ ötən əsrin sonlarından başlayaraq təmin edilib. Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atmaqla liberalizmin dərin təməllərini yaradıb. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyətinin kəndlilərə verilməsi, özəlləşdirmənin həyata keçirilməsi, bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, geniş sahibkarlıq sinfinin formalaşması bunun əyani təzahürüdür. Beləliklə, ölkəmizdə azad bazar münasibətlərinin bərqərar olması nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verib, liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaranıb.

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, uğurulu iqtisadi siyasətin başlıca komponenti düşünülümüş və təkamül yolu ilə iqtisadi idarəetmənin dərinləşdirilməsi, eyni zamanda, xalqın sosial rifahına xidmət edən təmkinli strateji qərarların qəbul edilməsidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası yalnız xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə alıb.

Göründüyü kimi, iqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər XXI əsrin ilk onilliyində genişmiqyaslı islahatların əsas platformasına çevrilməklə yanaşı, növbəti onillik üçün yeni proqressiv forma, sosioiqtisadi məzmun kəsb etməyə başlayıb. Təbii ki, sosial liberalizmin başlıca prinsiplərindən biri keçid iqtisadiyyatının tam geridə qalması fonunda islahatların mühərrikliyinə əsaslanır. Azərbaycanın keçid iqtisadiyyatını çoxdan başa vurması və yeni inkişaf frazasına daxil olması sosial liberalizmə start vermək üçün real vaxt rejiminin yarandığını şərtləndirir.

Sosial liberalizmin əsas fəlsəfəsi insanların daha keyfiyyətli gələcək rifahının təmin olunmasını nəzərdə tutur. Sosial liberalizmin arxitekturasını sosial modernizasiyanın meyarları olan differensial sosial yığımlar təşkil edir. Avropa sosial yığım prinsiplərinə görə, insanların gələcək sosial yığımları difersifikasiya olunur. Yəni, sosial yığımlar fərdi uçot prinsipi üzrə, fərdi pul kisəsinə toplanmaqla hesablanaraq liberallaşdırılır. Bu prinsiplər Azərbaycan hökumətinin sosial sığorta sistemində daha bir yeniliyə imza atmaq niyyətinin bir nümunəsi sayıla bilər. Yəni, Avropa ölkələrinin sosial sığorta meyarlarını tətbiq edən hökumət müxtəlif təbəqələr üzrə sosial ayırmaların differensiyalaşdırılmasına qərar vermək niyyətindədir.

Yeni sosial qaydalara əsasən, işçilərin aylıq sosial sığorta ayırmaları onların maaşlarının həcminə uyğun hesablanaraq tutulacaq. İndiyədək bütün işçilər öz maaşlarının 3 faizi həcmində məcburi sosial sığorta haqqı ödəyirlərsə, yeni qaydaların tətbiqindən sonra ayrı-ayrı sığorta haqları tutulacaq. Kim daha çox aylıq haqqından sosial sığorta haqqı ödəyəcək. Ölkə üzrə hazırda mövcud olan 3 faizlik sığorta haqqı aşağı meyar kimi qalacaq. Çox maaş alanlar isə daha çox məcburi sosial sığorta haqqı ödəyəcəklər. Sosial sığorta ayırmaları minimum əmək haqqının 3 mislindən çox olan əmək haqqından 5 faiz, 5 mislindən çox olduqda 7 faiz, 10 dəfə çox olduqda 10 faiz tutulacaq. Bu, o deməkdir ki, ayda təxminən 300 manata yaxın əmək haqqı alan vətəndaşlardan ayda 9 manat, 450 manatdan çox olduqda 21 manat, 1000 manatdan çox olduqda isə 100 manat həcmində sosial sığorta haqqı ödəyəcəklər.

Sosial liberalizm fəlsəfəsi vətəndaşların fərdi uçot hesablarına yığılan məbləğlərinə müsbət təsir göstərəcək. Yəni, kim daha çox sığorta haqqı ödəyirsə, gələcəkdə onun pensiya hesabının məbləği çox olacaq. Hazırda orta hesabla ayda 500 manat alan vətəndaşın fərdi hesabına 3 faiz sosial sığorta haqqı ödəməklə illik 180 manat toplanırsa, yeni qaydalardan sonra pensiya fonduna toplanan vəsaitin məbləği 5 faizlik sığorta haqqı ilə 300 manat təşkil edəcək. İşçinin gələcək pensiya fonduna toplanan məbləğin həcmi təxminən 40 faiz artacaq. Bu isə vətəndaşların daha çox pensiya almasına səbəb olacaq. Sosial liberalizm, eyni zamanda, sosial yığımların həcminin artması fonunda dövlətin real büdcə transferlərinin daha çox , aztəminatlı sosial qruplara maddi dəstəyinin güclənməsinə səbəb olacaq. Dövlət sosial prinsiplərə əsaslanaraq, aztəminatlı ailələrin mənafeyinin qorunmasına diqqət yetirəcək.

 

 

Səs.- 2012.- 3 avqust.- S. 4.