Turizm sektoru Azərbaycanın
bütün bölgələrində
sürətlə inkişaf edir
Azərbaycanda turizmin tarixi qədim və orta
əsrlərə təsadüf edir
Məlum
olduğu kimi, fəal istirahətin geniş yayılmış
və ən kütləvi növlərindən olan turizm insan
tələbatının ayrılmaz hissəsinə
çevrilib. Hər il neçə-neçə milyon insan
öz istirahətinin təşkilində turizm obyektlərinə
üz tutur. Bu səyahətə cəlb olunan insanların
sayı ilbəil artmaqdadır. Statistik rəqəmlərə
əsaslansaq, deyə bilərik ki, turizm son 20 ildə
insanların vərdiş etdikləri həyati tələbata
çevrilib.
Məlum
olduğu kimi, fəal istirahətin geniş yayılmış
və ən kütləvi növlərindən olan turizm insan
tələbatının ayrılmaz hissəsinə
çevrilib. Hər il neçə-neçə milyon insan
öz istirahətinin təşkilində turizm obyektlərinə
üz tutur. Bu səyahətə cəlb olunan insanların
sayı ilbəil artmaqdadır. Statistik rəqəmlərə
əsaslansaq, deyə bilərik ki, turizm son 20 ildə
insanların vərdiş etdikləri həyati tələbata
çevrilib.
Məlumat
üçün bildirim ki, Azərbayanda turizmin tarixi qədim
və orta əsrlərə təsadüf edir. Azərbaycan
dövlətinə ilk səyahətlər ticarət, dini,
siyasi və dərketmə məqsədləri ilə əlaqəli
olub. Qədim Azərbaycan ərazisindən keçən ticarət
karvanlarının hərəkətini ilk səyahətlər
hesab etmək olar. Azərbaycan hələ qədim dövrlərdə
Böyük İpək Yolunun üzərində mühüm
dayanacaq kimi tanınan bir ölkə olub. Antik müəlliflərin
məlumatlarına görə, İpək Yolunun ən fəal
hərəkətli traslarından biri Qafqaz Albaniyasının ərazisindən keçirdi. Zaman ötdükcə
Azərbaycana turistlər kütələvi olaraq səyahət
etməyə başladılar. Yay aylarında Xəzər
sahilinə - Mərdəkan, Şüvəlan, Buzovna,
Türkan, Zığ, Artyom adası və Şıx
zolağına istirahət məqsədli eksursiyalar təşkil
olunurdu.
Müstəqilliyin ilk illərində Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb oldu. Yalnız 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Hazırda respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib.
Yer kürəsində mövcud olan 13 iqlim tipindən 9-u Azərbaycanda olduğundan xarici turistlər Azərbaycana kütləvi olaraq səyahət edirlər. Ölkəmizin hər bir guşəsində turistlərin marağına səbəb olacaq kifayət qədər abidələr mövcuddur. Bakıda, Dənizkənarı Milli Parkda olan Beynəlxalq Muğam Mərkəzi forması etibarı ilə Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Dünyada ilk muğam mərkəzidir. Memorial abidə-istirahət parkı Dövlət Bayrağı Meydanı Ginnes dünya rekordları təşkilatı tərəfindən dünyada ən hündür bayraq dirəyi olduğu təsdiq edilib.
Alovun küləklə oynadığı yer Atəşgaha turistləri axını ilbəil artır. Tarixi mənbələrdə yazıldığına görə, “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş dünyanın nadir müqədəs ziyarətgahlarındandır. “Atəşgah” Bakıya gələrək, burada məskunlaşan və əslən şimali Hindistandan olan sinkhlər təriqətinə mənsub hind icması tərəfindən inşa edilmişdir. Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Od Məbədi vaxtilə kimyaçı-alim Mendeleyevi, məşhur rus rəssamı Vereşşaqini, fransız yazıçısı Aleksandr Dümanı, Nobel qardaşlarını, Cəvahirləl Nehrunu, İndira Qandini, dünyaşöhrətli kinorejissor Rac Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur adamları valeh etmişdir.
Azərbaycan tarixi abidələri ilə yanaşı, florası və faunası ilə də maraqlıdır. Azərbaycanın cənub bölgəsində bitən dəmirağac Azərbaycan torpağının yetirdiyi nadir incilərdəndir. Çox maraqlıdır ki, bu ağacın parçası nə odda yanır, nə də suda batır. Ona mismar çalmaq da qeyri-mümkündür. Talış meşələrində bitən bu ağac 200 ildən artıq ömür sürür. Bir möcüzə də budur ki, ağacın budaqları bir-birinə sürtündükcə bitişir. Dəmirağac möhkəm oduncağa malik olduğundan əsasən telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur.
Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın Qərb hissəsində - Azərbaycanın Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay dövlət təbiət qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə yaradılmışdır. Qoruğun əsas qeyri-adiliyi ondadır ki, onun ərazisində 1500 yaşı, 53 metr hündürlüyü, 4 metr diametr gövdəsi olan ağaclar qədimdən bu günədək qorunub saxlanılmışdır. Təəssüf ki, bu çinar meşəsi Ermənistan ordusu tərəfindən məhv olunmaq təhlükəsi ilə üz-üzədir.
Müalicəvi olan Naxçıvanın duz dağı da turistlərin diqqətindəir. Hər çoxlu sayda yerli və xarici turistlər buraya istirahətə gəlirlər. Naxçıvanın simvollarından biri olan Naxçıvan duz dağı dünyada təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınır. Deyilənə görə, hələ 6 min il əvvəl buradan duz çıxarılırmış. Dünyaya səs salan “İpək yolu”ndan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınmışdır. Burada bütün dünyada məşhur olan Duz Dağı Fizioterapiya Mərkəzi fəaliyyət göstərir. Dünyada ilk neft platforması olan Neft Daşları da turistləri səyahət məkanına çevrilib. Bünövrəsi 1947-ci ildə qoyulub. Ceyms Bondun məşhur sərgüzəştlətindən olan “Dünya kifayət deyil” filminin əsas kadrları məhz burada - Neft Daşlarında lentə alınıb. Bütün bunlar Azərbaycana gələn turistlərin diqqətindən yayınmır. Ölkəmizin zəngin təbiəti, irsi, mədəniyyəti, tarixi hər bir xarici vətəndaşda maraq doğurur. Azərbaycan turizmi də bu və ya digər irs üzərində inkişaf edir.
NƏZAKƏT
Səs.- 2012.- 8 avqust.- S. 3.