YAP hesabat verməklə, bir daha demokratik siyasi partiya olduğunu isbatladı
Üzvləri və gəlirləri
barədə məlumatları gizlədən Müsavat,
AXCP (i) və digər müxalifət
partiyaları isə hələ də ənənəvi cəmiyyətin
qalıqları kimi avtoritar
üsul-idarəçiliyinə üstünlük
verirlər
Paradoksal
bir vəziyyətdir ki, ən çox demokratiyadan, insan
azadlıqlarından danışan Müsavat, AXCP (i) və digər
müxalifət partiyaları xalq qarşısına hesabat verməkdən
yayınırlar. Səbəb nədir? Nə üçün
İsa Qəmbərov, Əli Kərimov hesabat vermək istəmir?
Hansı səbəbdən, onlar fəaliyyətləri və
gəlirləri haqqında cəmiyyətə düzgün məlumat
vermək istəmirlər?
Paradoksal bir vəziyyətdir ki, ən çox demokratiyadan, insan azadlıqlarından danışan Müsavat, AXCP (i) və digər müxalifət partiyaları xalq qarşısına hesabat verməkdən yayınırlar. Səbəb nədir? Nə üçün İsa Qəmbərov, Əli Kərimov hesabat vermək istəmir? Hansı səbəbdən, onlar fəaliyyətləri və gəlirləri haqqında cəmiyyətə düzgün məlumat vermək istəmirlər? Məlumat verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası ötən gün 2012-ci ilin I yarısında partiyaya üzv olanların sayını açıqlayıb. YAP-ın mətbuat xidmətinin verdiyi 1 iyul 2012-ci ilə olan məlumata görə, YAP üzvlərinin sayı 575591 nəfər olub. Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı ideyasını əsas götürməsi, təbliğ etməsi cəmiyyətimizin hər bir üzvündə bu ideyanın daşıyıcısı olmaq arzusu yaradıb. Elə bunun nəticəsidir ki, bu ilin ilk altı ayı ərzində Yeni Azərbaycan Partiyasına üzv olanların sayı 20559 nəfər olub. Bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.Ümummilli Lider Heydər Əliyevin rəhbərliyilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyət arasındakı nüfuzu günü-gündən artmaqdadır. Yeni Azərbaycan Partiyasının, ideyalarını fəaliyyət proqramı kimi qəbul etdiyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirməsi, həmçinin, partiyanın Sədri, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanı modern dövlətə çevirməsi insanların bu partiyaya olan inamını daha da möhkəmləndirib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, sosiumun aparıcı kreativ və intellektual kəsimi olan gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi, onun tərəfdarlarının sayının dəfələrlə artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, müvafiq dövrdə partiya sıralarına qəbul olunanların 11 mindən çoxu (ötən ilin müvafiq dövründə bu rəqəm 9924 olmuşdur), yəni 53,5 faizi gənclər olub. Təbii ki, bu cür artım bir daha insanların Yeni Azərbaycan Partiyasına, onun Sədrinə inandığını və Onu dəstəklədiyini sübut edir. Şübhə yoxdur ki, partiyanın sıraları dövlətçiliklə bağlı olan insanların hesabına bundan sonra daha da genişlənəcək və cəmiyyətimiz ölkəmizin inkişafı prosesində YAP-la birgə addımlayacaq. Əlbəttə ki, bu göstərici Azərbaycan cəmiyyətində dəstəyinin nümunəsidir. Lakin YAP-ın hər dəfə həm üzvləri, həm də sosium qarşısında hesabatla çıxış etməsi başqa nüanslardan da xəbər verir. Yəni, burada söhbət YAP-ın demokratik dəyərlər əsasında fəaliyyət göstərdiyi üzə çıxır.Təbii ki, demokratik cəmiyyətlərdə istənilən dövlət və ya qeyri-dövlət strukturu, institutu insanlar qarşısında hesabatla çıxış etməklə, həm demokratik prinsiplərə riayət etdiyini, həm də şəffaflığı əsas tutduğunu nümayiş etdirir. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrin təcrübəsinə nəzər yetirdikdə, biz bunun şahidi oluruq. Hətta bir çox ölkələrdə ictimai və siyasi təşkilatlar da cəmiyyət qarşısında hesabla çıxış edir, fəaliyyəti haqqında məlumat verir və gəlirlərilə bağlı şəffaflığı açıqlayır.Bu cür ənənə demokratik inkişaf yolunda xeyli nailiyyətlər əldə etmiş Azərbaycanda da artıq oturuşub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra, dövlət strukturları və ictimai təşkilatlar fəaliyyətlərilə bağlı hesabatla çıxış etməyə başlayıblar. Bu gün isə bu hesabatlılıq prinsipi, hətta QHT sektoruna da sirayət edib.Ümumilikdə nəzər yetirdikdə, bəzi hallarda demokratik transformasiya prosesindən kənarda qalan qısır qüvvələrin mövcudluğu da diqqətdən yayınmır. Bu isə özünü, xüsusilə də, siyasi partiyalar sahəsində göstərir.Bu gün Azərbaycan həm üzvləri, hə seçiciləri, həm də xalq qarşısında hesabatla çıxış edən yeganə siyasi təşkilat məhz Yeni Azərbaycan Partiyasıdır. Lakin vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edən bu prinsipə digər partiyalar, xüsusilə də, tez-tez təxribatlarla məşğul olan radikal müxalifət partiyaları riayət etmirlər.Paradoksal bir vəziyyətdir ki, ən çox demokratiyadan, insan azadlıqlarından danışan Müsavat, AXCP (i) və digər müxalifət partiyaları xalq qarşısına hesabat verməkdən yayınırlar. Səbəb nədir? Nə üçün İsa Qəmbərov, Əli Kərimov hesabat vermək istəmir? Hansı səbəbdən onlar fəaliyyətləri və gəlirləri haqqında cəmiyyətə düzgün məlumat vermək istəmirlər?Görünür ki, bu partiyaların cəmiyyətdən gizlədəcəyi qaranlıq məqamlar həddindən artıq çoxdur. Hər kəs yaxşı bilir ki, nə Müsavat, nə də AXCP (i) üzvlük haqqı ilə fəaliyyət göstərmirlər. Çünki, bu partiyaların o qədər üzvü yoxdur ki, onların gəlirləri bütün xərclərini ödəsin. Yəni mitinqə heç 500 nəfər çıxara bilməyən Müsavat və ya AXCP (i) təşkilatı ayaqda saxlamaq üçün mütləq hansısa xarici mənbələrdən maliyyə yardımı alırlar.Şübhəsiz, bütün bunlar bizim mülahizələrimizdir, lakin elə cəmiyyətimiz də eyni fikirdədir. YAP hesabat verməklə, bir daha demokratik siyasi partiya olduğunu isbatladı. Amma üzvləri və gəlirləri barədə məlumatları gizlədən Müsavat, AXCP (i) və digər müxalifət partiyaları isə hələ də ənənəvi cəmiyyətin qalıqları kimi avtoritar üsul-idarəçiliyinə üstünlük verirlər. İsa Qəmbərov və Əli Kərimov yaxşı olar ki, xalq qarşısında fəaliyyətləri və maliyyə mənbələri haqqında hesabat versinlər. Əks-təqdirdə onların istənilən cəhdi yenidən uğursuz və dəstəksiz olacaq.
Səs.- 2012.- 8 avqust.- S. 8.