Qədim Azərbaycan Atropatena dövlətinin yaranması və süqutu

 

Tarixi mənbələr müstəqil Azərbaycan (Atropaten) dövlətinin eramızdan əvvəl IV əsrdə yarandığını göstərir. Z.BünyadovY.Yusifovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan tarixi" kitabında qeyd olunur ki, e. ə. IV əsrin sonunda İsgəndərin vəfatından sonra onun yaratdığı imperiya dərhal parçalandı. İsgəndərin diadox adlanan sərkərdələri arasında hakimiyyət uğrunda mübarizə başlandı. Mübarizənin qızışmasının qarşısını almaq üçün İsgəndərin ağıldan kəm qardaşı ArrideyiBaktriya hökmdarının qızı Roksanadan olan südəmər oğlu İsgəndəri (Aleksandrı) hökmdar elan etdilər. Sərkərdə Perdikka onlara qəyyum təyin olundu.

Lakin bu sakitlik uzun sürmədi. Perdikka Ptolemeyə qarşı ordu ilə çıxış etdi, lakin e. ə. 321-ci ildə öz sərkərdələri tərəfindən öldürüldü. Nəticədə, İsgəndərin imperiyası diadoxlar arasında bölüşdürüldü. Sələvk (e. ə. 321-281-ci illər) Suriyanı Babilistanı götürdü, İranı Orta Asiyanı tutub hakimiyyətini Hindistana qədər genişləndirdi. E. ə. III əsrin ortalarında Orta Asiyada meydana gəlmiş Parfiya dövləti İranı tutaraq beş əsr (e. ə. III əsrin ortası - e. 226-cı ili) hökmranlıq etdi, eyni zamanda, sələvkilər və Roma imperiyası ilə uzun-uzadı müharibələr aparmalı oldu.

Azərbaycan sanki baş verən hadisələrdən kənarda qalmışdı. I əsr ənənəsinə görə, Adərbayqanda (Atropatenada) hökmran sülalənin banisi hesab edilən Atropat, əslində, Midiya satrapı (canişini) olmuşdu. Sonrakı qaynaqlara görə, o, Qavqamela döyüşündə midiyalılara başçılıq edirdi və III Daranın tərəfində vuruşurdu. Arrian xəbər verir ki, "Atropat midiyalılara başçılıq edirdi. Kadusilər, albanlar və sakasinlər midiyalılar ilə birləşmişdilər". Bu məlumata əsasən, belə bir fikir söylənmişdi ki, Atropat guya öz hakimiyyətinə Azərbaycanı da tabe etmişdi. Azərbaycanın (Albaniyanın) sakinləri olan albanlar və sakasinlər könüllü surətdə Əhəmənilərə hərbi dəstələr göndərirdilər. Azərbaycan sakinləri: kaspilər, mardlar və ümumiyyətlə, qafqazlılar müxtəlif birləşmələrə daxil idilər. Artabazan mardların daxil olduğu fars dəstələrinə, Fradat isə kaspilərə rəhbərlik edirdi. Əhəmənilərin hərbi dəstələrinin başçıları, adətən, iranmənşəli, sərkərdələr olurdu. Arrian ardıcıl surətdə Atropatı Midiya satrapı adlandırır. Azərbaycanın Atropata tabe olması barədə qaynaqlar (Strabondan başqa) heç bir məlumat saxlamamışdır. Kursi Ruf Cancal döyüşü ilə əlaqədar süvari dəstəsinin rəisi Satropatı yad etmişdir. Atropat və Satropatın eyni şəxs olduğu mülahizəsi də olmuşdur. Kursi Rufun məlumatına görə, Ariston "fars süvarilərinin rəisi Satropatın boynunu nizə ilə deşdi... və qılıncla başını kəsdi". Atropat isə İsgəndərlə ittifaqa girərək, Midiya satrapı vəzifəsini bir müddət saxlayır, Cancal döyüşündən sonra III Dara keçmiş müttəfiqlərindən məhrum olduheç bir tayfa onun köməyinə gəlmədi... Arrian xəbər verir ki, "nə kadusilər, nə də skitlər onun köməyinə gəlmədilər". Yəqin ki, "skitlər" anlayışı Araz çayından şimalda yaşayan etnosları, o cümlədən, albanları, sakasinləri, kaspiləri və s. nəzərdə tuturdu. Kursi Rufun məlumatına görə, İsgəndər amazonkaların hökmdarəsi Falestrislə görüşmüşdü. Falestris guya Qafqaz dağından tutmuş Fazis (Rioni) çayına qədərki ərazidə hökmranlıq edirmiş. Ola bilsin ki, Nizami Gəncəvinin "İsgəndərnamə" poemasındakı Bərdə hökmdarəsi Nüşabə surəti bu tarixi məlumatın təsiri altında yaradılmışdır.

Qələbədən sonra İsgəndər fars əyanı Oksidatı Midiyaya satrap təyin etdi, lakin bir müddət sonra onun yerinə Arsakı (Arilər ölkəsinin satrapını) qoydu. Eyni zamanda, e. ə. 328-ci ildə Atropat Midiya satrapı kimi göstərilmişdir. Çox güman ki, Atropat xüsusi ad yox, hökmdara məxsus dini rütbə olmuşdur. Atropat İran dillərində "odla saxlanılan", yaxud "od saxlayan" deməkdir. Bəlkə də Atropat rütbəsini odu qoruyan, oda ibadəti əlində cəmləşdirən baş kahin daşıyırmış. Belə olduqda, yenə də onun əsil adı naməlum qalır. Eyni zamanda, o, ölkəni də idarə edirmiş. Atropat PasarqadSuz şəhərində İsgəndərin görüşündə olmuşona yüz nəfər silahlı amazonka (qadın) bəxşiş vermişdi.

İsgəndər Atropatı Midiya satrapı vəzifəsində saxlamış və onu Mndiyaya qaytarmışdı. Bundan başqa, İsgəndər sərkərdəsi Perdikka ilə Atropatın qızını evləndirmişdi. E. ə. 324-cü ildə İsgəndər Hindistan səfərindən qayıtdıqdan sonra Atropat midiyalı Bariaksı üsyançı kimi ona təhvil verir. Barnaks özünü "farsların və midiyalıların şahı" elan edibmiş. İsgəndərin əmrilə Bariaksonun tərəfdarları edam edilir. Belə təsəvvür yaranır kn, Atropatın Midiyada mövqeyi möhkəm deyildiMidiyada bir neçə satrap (Arsak, Atropat, Bariaks) hökmranlıq edirmiş. Atropatın səyi hədər getmir. O, İsgəndərin etibarını qazanır və Mndiyanın satrapı vəzifəsində möhkəmlənir. İsgəndərin dövründə Urmiya gölü hövzəsində müstəqil padşahlıq mövcud idi. Bu, Adərbayqan, İrandilli ənənəyə görə Atropatena dövləti idi. Sonralar (e. I əsri) irandilli əhalinin rəvayətlərində Atropat Urmiya gölü hövzəsində yaranmış və İsgəndərin dövründə müstəqil idarə-üsulunu saxlamış Adərbayqan dövlətinin banisi kimi qələmə verilmiş və ölkə onun adı ilə Atropatena adlandırılmışdı.

Demək olar ki, İsgəndərin ölümündən sonra Atropatın adı qaynaqlarda bir daha çəkilmir. Perdikka, Atropatın yeznəsi olmasına baxmayaraq, satrapların yenidən bölgüsü zamanı Midiya satraplığını yunan sərkərdəsi Pifona tapşırmışdı. Beləliklə, Atropat Midiya satrapı vəzifəsindən kənar edildi. Bəzi mülahizələrə görə, Atropat bu vaxtdan (e. ə. 323-cü ildən) etibarən Urmiya gölü hövzəsi vilayətlərini, yəni gələcək Atropatenanı (Adərbayqanı) özünə tabe etmiş və oranın hökmdarı olmuşdu. Lakin Pifon I Antiqon ilə döyüşlərin birində (e. ə. 316-cı il) məğlub oluredam edilir. Bundan sonra Adərbayqan hadisələri barədə məlumat verilmir. Ehtimal etmək olar ki, Adərbayqan müstəqil siyasət yürüdürdü, diadoxlar arasında hakimiyyət uğrunda gedən mübarizəyə qoşulmurduyerli hakimlər tərəfindən idarə olunurdu. Lakin onların adları məlum deyil. Adərbayqan ilə əlaqədar hadisələr məhz e. ə. III əsrin sonunda qaynaqlarla yad edilir.

Abdulla Fazili Atropatenanın yarandığı tarixi şəraitdən bəhs edərək yazır ki, yuxarıda göstərdiyimiz tarixi şəraitdə Midiya-Atropatena dövlətinin əsası belə qoyuldu. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam, müstəqil siyasət yürüdən güclü bir dövlətə çevrildi. Bu dövlətin ərazisi indiki Cənubn Azərbaycan vilayətlərini, İran Kürdüstanının bir hissəsini, Azərbaycanının isə bəzi əyalətlərini əhatə edirdi.

Strabonun göstərdiyinə görə, Atropatenanın (Kiçik Midiya) sərhədləri belə olmuşdur.

Bu ölkə Matianadan şərqdə, Böyük Midiyadan qərbə tərəf, hər iki ölkədən şimalda yerləşmişdir. Cənubdan o, Hirkan dənizinin çökəkliyinə yaxın əyalətlərlə və Matiana ilə həmsərhəddir.

Ərəb coğrafiyaşünası İstəxriyə görə, Azərbaycan şərqdən Kuhistan və Xəzər dənizi, şimaldan Allan, Qıbq dağları, cənubdan İraq və Cəzirə ilə həmsərhəddir. Atropatenanın qədim sərhədləri haqqında hər iki müəllifin məlumatları təqribən eyniyyət təşkil edir. Demək, Atropatena ərazisinə Kürdüstanın bir hissəsi, Gilanın cənub-qərbi və nəhayət, Albaniya əyalətlərinin bir hissəsi daxil olmuşdur.

Yeni yaranmış dövlət, antik müəlliflərin göstərdiyi kimi, öz banisinin adı ilə adlanmağa başlandı. Mənbələrdə Atropatenanın iqtisadi-ictimai və mədəni həyatı haqqında məlumat olduqca azdır. Arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri, bu ölkədə vaxtilə kənd təsərrüfatının, o cümlədən, əkinçiliyin, maldarlığın, bağçılığın inkişaf etdiyini sübut edir. Digər tərəfdən arxeoloji qazıntıların nəticəsi ölkədə sənətkarlığın və şəhər həyatının yüksək səviyyədə olduğunu göstərir.

Bu ərazidə iqtisadi və mədəni cəhətdən geridə qalmış tayfalarla yanaşı, yüksək sənətkarlıq mədəniyyətinə, şəhərlərə, ticarət mərkəzlərinə, maarif ocaqlarına malik olan tayfalar da yaşamışdır. İstər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə də Atropat sülaləsinin fəaliyyəti zamanı bu ərazi iqtisadi-ictimai və mədəni həyatın inkişafı nöqteyi-nəzərdən qonşu ölkələrdən xeyli öndə idi. Bu göstərdiyimiz iqtisadi-ictimai inkişafı yazılı mənbələr, habelə, Ərdəbil, Maku, Təxt-e Süleyman və Xəzər dənizinin cənub və qərb rayonlarında aparılmış arxeoloji qazıntıların nəticələri də təsdiq edir.

Atropatena ərazisi hələ qədimdən faydalı metalların bolluğu ilə şöhrət tapmışdı. Bu ərazidə qızıl, gümüş, mis və dəmir mədənləri mövcud olmuşdur. Urmu gölündən əldə edilmiş duz qonşu ölkələrə də ixrac edilirdi. Atropatena ərazisində zeytundan hazırlanmış məhsul, ipək və yun parçalar, xüsusən, atçılıq olduqca inkişaf etmişdir. I Atropatenada müstəqil dövlətin yaranması ölkənin təsərrüfatının canlanmasına, məhsuldar qüvvələrin, həmçinin, ticarət və sənətkarlığın inkişafına olduqca müsbət təsir göstərmişdir. Bir sıra mənbələrdə göstərildiyi kimi, qədim dövrlərdə bu ərazidə məbəd təsərrüfatı inkişaf etmişdi. Ən məhsuldar torpaqlar Zərdüşti kahinlərin əlində idi. Atropatena ərazisində quldarlıq quruluşu inkişaf səviyyəsinə görə, hələ Atropatena dövlətinin təşkilindən əvvəl qonşu əyalətlərdən irəlidə idi. Ölkənin iqtisadi-ictimai inkişafı ilə bilavasitə əlaqədar olaraq, orada yeni-yeni şəhərlər salınırdı.

Strabonun göstərdiyinə görə, Atropatena hakimlərinin QazakaVerra adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada bu sülalənin yay, Verrada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində hələ Midiya dövləti dövründən daha əvvəl müqəddəs sayılan Şərqin ən mühüm atəşpərəstlik məbədlərindən biri mövcud idi.

Atropatena qonşu Zaqafqaziya xalqları, Şimali Qafqaz, Volqaboyu xalqları, Qara dəniz sahili, Kiçik Asiya ölkələri, Mesopotamiya, İran, Hindistans. yerlərdə ticarət əlaqələri saxlayırdı. Atropatena dövlətinin möhkəmlənməsi və inkişafı ellinizm dövrünə aiddir. Bu dövrdə ayrı-ayrı ölkələr arasında iqtisadi və ticarət əlaqələri daha da canlanırdı.

Şərq ölkələrində müxtəlif yunan təsisatları, yunan dili, elmi, təhsili, ədəbiyyat və incəsənəti geniş yayılmışdı. Bunu, Avromanda (İran Kürdüstanı) aşkar edilmiş yunan dilindəki sənədlər də sübut edir. Bu sənədlər yunan hüquq normalarının Atropatenada da işlədildiyini göstərir.

III əsrin əvvəllərində İranda hakimiyyəti Sasanilər ələ keçirdilər. Sasanilərin dövründə Atropatena siyasi müstəqilliyini tamamilə itirib İran şahənşahının dastakertinə çevrildi. Lakin Sasanilər dövründə Atropatenanın mədəni və dini mərkəz kimi rolu daha da gücləndi.

Eramızın ilk əsrləri Atropatenada feodal münasibətlərinin yaranması və möhkəmlənməsi dövrü idi. V əsrin son rübündə başlanmış Məzdəkilər hərəkatı Atropatenanın, eləcə də, bütün İranın daxili həyatında ən mühüm hadisə oldu. IV-VI əsrlərdə Atropatena ərazisi dəfələrlə köçərilərin basqınlarına məruz qaldı və müharibə meydanına çevrildi. VII əsrdə Atropatena ərəblər tərəfindən işğal edildi.

Atropatenada müstəqil dövlətin meydana gəlməsi və onunla bağlı olan hadisələrin həmin ərazinin tarixi taleyində böyük rolu olmuşdur. Təkcə Azərbaycanın deyil, hətta Asiyanın xeyli hissəsinin qədim dövr və erkən orta əsrlər tarixinə Atropatenanın təsiri şəksizdir. Məhz Atropatena dövründə "Azərbaycan" məfhumunun formalaşmasının, habelə, onunla əlaqədar olan digər hadisələrin başlanğıcı qoyulmuşdur. Burada ilk dəfə xalq təşəkkül tapmışdır.

Atropatenada dövrün ən görkəmli atəşgədələrindən biri olan Azərgəşəsp atəşgədəsinin mövcud olması və Sasani şahlarının Mədaindən buraya piyada gəlib müqəddəs odu ziyarət etmələri, sonra tac qoymaları bu diyarın hörmət və nüfuzunu bir daha artırmışdı.

Digər tərəfdən müqəddəs dini külliyyat olan "Avesta"nın Atropatena kahinləri tərəfindən toplanıb külliyyat halına salınması təkcə Atropatena deyil, bütün İranda bu ərazinin mənəvi mərkəz olmasına canlı sübutdur. Bu ərazi hələ parfiyalılardan əvvəl və onların dövründə dini və mədəni mərkəz olmuşdur.

Sasanilərin hakimiyyəti dövrünə gəldikdə, bu dini mərkəz Zərdüştiliyin ibadətgahına çevrilmişdir. Ərəb işğallarından sonra Zərdüştilər "gəbr" adlandırılaraq təqib edilmiş, atəşgədələr isə məscidə çevrilmişdir.

İ.Əliyevin redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan tarixi" kitabında göstərilir ki, beləliklə, faktiki olaraq, Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan ərazisinin xeyli hissəsi (bəlkə də hamısı) Atropata tabe olmuşdur. Mada satraplığına daxil olmuş digər vilayətlər də (Böyükya Aşağı Mada, bəzi digər torpaqlar) ona tabe idi. Güman etməyə əsas vardır ki, Mada satraplığı hakimlərinin siyasi varisi kimi ənənəyə görə, Atropat, hətta Cənubi Qafqazın qərb hissəsinin bəzi ərazilərinə, xüsusilə, tarixi Gürcüstan vilayətlərinə (güman edildiyi kimi, hələ Mada çarlarının hakimiyyəti bu vilayətlərə də yayılmışdı) də sahiblik edirdi.

Fars imperiyasının dağılmasından sonrakı dövrün əvvəlində Aleksandrın Atropatla münasibətlərinin xarakteri haqqında bizə heç nə məlum deyildir. Güman etmək olar ki, bu münasibətlər öncə düşmənçilik xarakteri daşımışdır. Atropat Aleksandrın hüzuruna gəlməmişdi. Aleksandr isə onu vəzifəsindən kənar etdi. Atropatın yerinə Oksodat adlı şəxsi təyin etdi. Əvvəlcə Atropatın, hətta Aleksandr ilə mübarizəyə girişmək fikrində olduğunu da güman etmək olar. Strabonun məlumatında buna işarə vardır. O deyir ki, Atropat "bu ölkənin (gələcək Atropatenanın - red.)... makedoniyalılara tabe olmasına yol vermədi".

Lakin tezliklə Atropata makedoniyalılarla sabit münasibətlər yaratmaq müyəssər oldu. Er. əv. 328-ci ildə Atropat Mada satrapı vəzifəsinə bərpa edildi. Lakin əməli olaraq, Atropatın hakimiyyəti yalnız Kiçik Madaya (Cənubi Qafqazın ondan asılı olan vilayətləri ilə) yayılırdı, çünki Aşağı (Böyük) Madada o dövrdə yunan makedoniyalılar ağalıq edirdilər.

Atropat görkəmli dövlət xadimi idi. İstedadlı insan, mahir siyasətçi və uzaqgörən diplomat olan Atropat Aleksandrla hərbi mübarizənin əbəs olduğunu yaxşı başa düşürdü. Buna görə də, o, müdrikcəsinə danışıqlar və yunan-makedoniyalılarla yaxınlaşma yolunu seçdi. Şərqin yeni hökmdarının müxtəlif tədbirlərində iştirak etməyə başladı. Atropat müxtəlif vasitələrlə qəsbkarları Atropatena ərazisinə "buraxmadı".

Z.Bünyadovun fikrincə, Polibi buradaca qeyd edir ki, bu padşahlıq hələ farsların (Əhəmənilərin) dövründən mövcuddur, lakin İsgəndər onu nəzərdən qaçırmışdı. Bu məlumatdan bir neçə nəticə çıxarmaq olar: 1) Adərbayqan dövləti hələ Əhəmənilər dövründə öz varlığını saxlayırdı və İsgəndər bu əraziyə laqeyd yanaşmışdı; 2) Bu ərazi Midiya anlayışına daxil deyildiAtropatena da adlanmırdı; 3) Ərazinin dəqiq adı işlək olmadığından, onu "Artabazanın vilayəti" adlandırırdılar. Əslində, Midiya satrapı olmuş Atropatın burada hökmdar olmasına heç bir işarə yoxdur; 4) Adərbayqanın hakimiyyəti Xəzər dənizindən tutmuş Qara dənizə qədər çatırdı, lakin bu haqda başqa məlumat qalmamışdır; 5) Adərbayqan əhalisi döyüşkən və cəsur olmuşdur. Artabazanın hakimiyyəti illərində çox güman ki, Adərbayqanın tərkibinə sonrakı Şərqi Ermənistan və Şərqi Gürcüstanın ərazisi də daxil imiş.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 17 avqust.- S. 15.