Cinayəti siyasiləşdirmək yolverilməzdir

 

"16-lar" ABŞ-ın Azərbaycandakı səfirliyinin bir layihəsidir

 

Fazil Qəzənfəroğlu: "5-3 siyasi partiyanın blok, qurum daha bilim nələr yaratmaları mənasızdır"

 

 Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ölümündən 12 il ötsə , hər dəfə onun zəhərlənməsi ilə bağlı fikirlər səslənib, iddialar ortaya qoyulub. Artıq məsələ ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb araşdırmalara başlanılıb. Ancaq təəccüblü məqam ondan ibarətdir ki, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin qaldırılması onun silahdaşları tərəfindən ciddi narahatlıqla qarşılanılıb. Belə ki, AXCP sədri Əli Kərimovun, Müsavat başqanı İsa Qəmbərovun cinayət işini siyasiləşdirməyə cəhd göstərmələri, onların Əbülfəz Elçibəyin zəhərlənməsində rolunun olduğunu deməyə əsas verə bilərmi? AXCP sədrinin keçmiş müavini, Əbülfəz Elçibəyin Türkiyə təmsilçisi olmuş BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bir çox məsələlərə aydınlıq gətirdi.

- Əvvəla, onu qeyd etmək istərdim ki, bu məsələ ilə bağlı hər hansı bir araşdırmanın, hər hansı bir şəkildə əngəlləməsini doğru saymıram, yəni hər bir hadisə hüquqi cəhətdən aparılmalı faktlara, sübutlara söykənməlidir buna görə , Baş Prokurorluq tərəfindən məsələnin araşdırılması hüququ cəhətdən doğrudur. Hər hansı müraciət olursa ya iddia irəli sürülürsə, iddianın əsaslı olub-olmamasından asılı olmayaraq, hüquq-mühafizə orqanları bunu mütləq araşdırmalıdır. Ona görə Baş Prokurorluğun hərəkətini hüquqi baxımdan doğru hesab edirəm. Buna görə prokurorluğun ünvanına ittihamlar yönəldilməsi düzgün deyil. Bir hüquq-mühafizə orqanlarının apardığı hər hansı araşdırmalar, hətta bizim xoşumuza gələn ya gəlməyən məsələlər istiqamətində təhqiqatın aparılmasına da təbii yanaşmaq lazımdır.

- Sizcə, cinayət işini siyasiləşdirilməsi məsələni doğru olmayan yola yönəltmək məqsədi daşımır ki?  

- Bilirsiniz, əgər Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı istintaq gedirsə, deməli, burada siyasətdən yox, cinayətdən söhbət gedir. Yəni Ə.Elçibəyin ölümü ilə bağlı siyasətdən söhbət gedə bilməz. Çünki bu siyasi məsələ deyil ki, siyasiləşdirilsin. Amma sözügedən məsələdə kimin əlinin olub-olmamasından asılı olmayaraq, ciddi istintaq aparılmalıdır. Əgər Ə.Elçibəylə bağlı bu cür cinayət törədilibsə, instintaq onu qanunlar çərçivəsində üzə çıxarmalıdır. Aşkar olunan faktlara görə hüquqi qiymət verilməlidir. Bir hər hansı bir təmizlikdən, dürüstlükldən söhbət edirsənsə, birinci özündən başlamalısan. Sən özün Azərbaycan cəmiyyətinə vermisən ki, hakimiyyətdən istəyirsən? Axı, sən arzusunda olduğun ambisiyalara layiq deyilsən. Bu gün hər kəs çalışır ki, öz rolunu qabartsın. Ancaq "haqq nazilər, üzülməz". Qaldı ki, mənim haqqımda deyilən böhtanlara, bunu mərhum Əbülfəz Elçibəyin yanında olan insanlar da yaxşı bilir ki, mən Türkiyədə nələr etmişəm bu gün nələr etdiyimi açıqlamıram. Mən həmişə sözümə sadiq adamam bunu dəfələrlə sübut da etmişəm. Bir faktı deyim ki, hələ o vaxt prezident səlahiyyətlərini icra edən İsa Qəmbərovun vaxtında mən prezident aparatına gəlmədim. Ə.Elçibəy prezident seçiləndən 20 gün sonra aparata getdim. Bunun səbəbi də mənim Ə.Elçibəyin komandasından olmağım idi. Eyni zamanda, o vaxt Ə.Elçibəyin müşaviri olmuşam. İndi bəzi əqidəsi satqın insanlar var ki, özünə xas olan xüsusiyyətəri başqasının ünvanına yönəldirlər. Bu adamlar da, bədbəxt adamlardır. Mənim bugünkü fəaliyyətimlə bağlı hər hansı bir qaranlıq məqam yoxdur. Başqasına xoş gəlsin deyə, mən bu cinahda durmaqla özümü dürüst, əqidəli adam kimi göstərə bilmərəm. Əslində, o insanların nə əqidəsi var, nə də ... Bu adamlar anlamırlar ki, insanın öz potensialı yoxdursa, onun əlindən kim tutursa- tutsun, onu heç kimi uğurlu yerə gətirib çıxara bilməz. Görünür, dediyiniz adamlar bu həqiqəti həzm edə bilmədiyi kimi, dərk də edə bilmirlər.       

Eyni zamanda, həmin adamlar, yaxşı olardı ki, Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsi ilə bağlı fikir bildirsinlər. Çünki bu prosesdə, şübhəsiz, ən böyük rolu Xanım Xəlilova oynayıb. O, təkcə Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsində rol almayıb, deyərdim ki, bütün türk dünyasının zəhərlənməsində xüsusi rol oynayıb. Azərbaycan cəmiyyətində yalanın baş alıb getməsinə bəzən abrına qısılaraq, cavab vermirlər. Bu adam Azərbaycan, xalq hərəkatı, ümumiyyətlə, türk dünyası və Türkiyə üçün problemə çevrilməyə başlayıb. Təsəvvür edin ki, Azərbaycan xalq hərəkatı kimi mübariz bir proses bu gün Xanım Xəlilovanın timsalında mənfi şəkildə təqdim olunur. Bu yalanları Türkiyədə beş-altı axmağı tapıb, ona demək mümkündür.

- Son vaxtlar bu məsələni bəzi siyasi liderlər, o cümlədən, AXCP sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov bu məsələni siyasiləşdirməyə çalışırlar. Sizcə, bu, öz əməllərini sığortalamaq məqsədi daşımır ki?

- Bilirsiniz, cinayəti siyasiləşdirmək yolverilməzdir. Ona görə də, hər bir hadisənin nəticəsini gözləmək lazımdır. Doğrudur, Ə.Elçibəyin ölümü ilə bağlı müxtəlif reaksiyalar var. Ona görə də, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Çünki Ə.Elçibəy adi vətəndaşlardan deyil. Yəni müəyyən bir vaxt Ə.Elçibəy Azərbaycan dövlətinə başçılıq etmiş bir şəxs olub. Ona görə, kimin narahat olub-olmamasından asılı olmayaraq, bu məsələ ilə bağlı ciddi istintaq aparılmalıdır.

- Fazil bəy, müxalifət bu günlərdə "16-lar" adlı yeni blok yaradıb. Sizcə, bu blokun perespektivini necə görürüsünüz?

- Ümumiyyətlə, bu bloklara ağıllı bir variant kimi baxmıram. Çünki prezident seçkisində bunun əhəmiyyəti yoxdur. Prezident seçiləndə konkret namizədlər seçilirlər, üçüncü bir namizəd varsa, o qalib gəlməsi üçün hazırlanmalıdır. Yoxsa, 5-3 siyasi partiyaların blok, qurumdahabilim nələr yaratmaları mənasızdır. Əgər hər hansı siyasi partiyanın layiqli namizədi varsa, qoy öz namizədini hazırlasın. Çünki "16-lar" ABŞ-ın Azərbaycandakı səfirliyinin bir layihəsidir. Ona görə də, istər indiki, istərsə də bundan sonra yaranan blok və qurumların perespektivi yoxdur.     

- Əli Kərimov bildirir ki, "İctimai Palata"da  "vahid namizəd" çıxış etmir, ancaq müxalifət mətbuatında bir çox vədlər verir. Sizcə, bu ziddiyyətli fikirlər nədən irəli gəlir?

-Bilirsiniz, siyasətdə sabiq vəziyyət gözləmək düzgün deyil. Ola bilsin ki, müəyyən niyyətləri var, ancaq prezident seçkilərində iştirak etmir. Ancaq meydana aktiv girmək lazımdır, manevr etmək düzgün deyil. Guya düşünüb, nə əldə edəcəksiniz? Əgər gücünüz, dəstəyiniz varsa, gedin seçkiyə. Belə danışanların nə gücləri var, nə də dəstəyi, ona görə də gah nala vururlar, gah da mıxa.

- Sizcə, İsa Qəmbərov Əli Kərimova "vahid namizəd" məsələsində güzəştə gedə biləcəkmi?

- Açığı deyim ki, hər ikisi bir-birinə güzəştə getsə də, getməsə də bu kəmiyyət həyatında yeni bir şeyi dəyişməyəcək. Çünki bugünkü möhkəm təməli olan hakimiyyətə qarşı hər hansı bazası olmayan bir qurumun güc göstərməsi mümkünsüzdür. Artıq onların pas atmış köhnə formatlarının vaxtı ötübdür. Bir də, bu gün AXCP partiya deyil, o bir dərnəkdir, "Azadlıq" qəzetinin bir şöbəsidir. Çünki AXCP-nin tarixində çox qaranlıq məqamlar var. Parçalana-parçalana gedən AXCP-nin bu gün nəyi var ki? Ümumiyyətlə, müxalifət düşərgəsində partiyalara rəhbərlik edən liderlərin bir-birini gözü götürməmələri onların ən böyük xəstəliklərindən biridir. Demək olar ki, heç vaxt müxalifət partiya sədrləri bir-birinə güzəştə getməyib gedən deyil. Bu da onların siyasi intiharlarını şərtləndirən əsas amillərdəndir.

 

 

Rəfiqə HÜSEYNOVA

 

Səs.- 2012.- 29 avqust.- S.10.