Azərbaycanda Albaniya dövləti: əhalisi və adı

 

Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqları antik qaynaqlarda Albaniya adlandırılırdı. İlk məlumatçı Strabona görə, Albaniya şimalda Sarmatiya, qərbdə İberiya, cənub və cənub-qərbdə Adərbayqan (Atropatena) ilə həmsərhəd idi. Albaniyaiın paytaxtı əvvəl Qəbələ (yunan qaynağı Kabalaka), sonra isə Bərdə (erməni qaynağı Partav) idi. Lakin Strabonun  ziddiyyətli məlumatları Albaniyanın sərhədlərinin düzgün müəyyənləşdirilməsində mübahisələrə səbəb olmuşdur. Bəzən şimalda Dağıstanın cənubu da Albaniyaya aid edilir, Kürün cənub hissəsi Albaniya sərhədlərindən çıxarılır. Qaynaqların ziddiyyətli cəhətlərini atsaq (bax. aşağı), Albaniyanın sərhədlərini cənubda Araz çayı, şimalda isə Dərbəndlə müyyənləşdirmək olar. Müasir Şimali Azərbaycanın ərazisi Albaniyanın tərkibinə daxil idi.

Z.Bünyadov və Y.Yusifov "Azərbayca tarixi" kitabında albanlar, yaxud bu ad altında çıxış edən etnoslar Şimali Azərbaycanın qədim əhalisi idi. Lakin qaynaqlarda "alban" adına e. ə. I əsrdən etibarən rast gəlinir. Ya ad antik müəlliflərə gec məlum olmuş, ya da, bu adı daşıyan etnoslar sonrakı məskunlar imişlər. Antik müəllif Arrian (II əsr albanları e. ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdi. Adətən, söyləyirlər ki, Albaniyanın əhalisinin etnik dil tərkibi müxtəlif olmuşdur, lakin bunu müəyyən edərkən səthi mülahizələrə üstünlük vermişlər. Buna görə, albanların etnik dil mənsubiyyəti barədə mülahizələr təqribi xüsusiyyət daşıyır. Bu sahədə elmi tədqiqatlar müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur.

Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan etnosların birliyini təşkil edirdi. Burada sakasen, mük, uti, qarqar, udin, ud, sovde, kaspi, qel, leq və s. adları daşıyan əhali təmsil olunmuşdu. Eyni zamanda, Albaniyada türk etnosları da yaşayırdılar. Antik mənbələr "alban" anlayışını ölkənin bütün əhalisinə şamil edirdilər, ehtiyac duyulduqda alban etnik birliyinə daxil olan ayrı-ayrı tayfaların adını çəkirdilər. Strabonun məlumatına görə, Albaniyada əhali 26 dildə danışırdı.

Lakii "26 dil" anlayışını Albaniyanın aran və onu bürüyən dağ və dağətəyi hissələrinə şamil etmək mümkün deyildir. Strabonun istifadə etdiyi mənbədə məlumat düzgün qeydə alınmamış, ya da "26 dil" anlayışı Albaniyanın şimalında (Cənubi Dağıstanda) yaşayan əhalinin dil şəraitini nəzərdə tutmuşdu. Qafqazda çoxdillilik (bir sıra hallarda çoxləhcəlik) şəraiti erkən orta əsr qaynaqlarında da qeydə alınmışdı. Albaniyanın mərkəz hissəsində, Kür çayının sağ və sol sahili ərazilərində yaşayan əhali arasında bu cür dil müxtəlifliyi nəzərə çarpmırdı.

Bir sıra antik müəlliflər albanları yerli əhali yox, gəlmə hesab edirdi. Pompey Troq (e. ə. I-e. I əsrləri) albanların Fessaliyadan (Şimali Yunanıstan) gəldiklərini söyləyirdi.

Yuli Solinə görə, albanlar özlərini əfsanəvi Yasonun nəsli ilə bağlayırdılar. "Mənşə kitabında" əks olunmuş rəvayətə görə, albanlar Midiya tərəfdən şimala və qərbə doğru yayılmışdılar. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Albaniya əhalisinin bir qismi miladdan əvvəlki dövrlərdə burada məskunlaşmışdı. Tit Livi albanları ən ucqar və naməlum xalqlar cərgəsinə daxil edir, Plutarx isə albanları ən cəsur xalq kimi köstərirdi.

Elmi və tarixi ədəbiyyatda "alban" adının mənşəyi barədə müxtəlif mülahizələr irəli sürülmüşdü. Antik müəlliflərdən Yuli Solin "alban" adını "albus"-"ağ" latın sözü əsasında izah etmişdi. Lakii bu, təsadüfi oxşarlıqdır. "Alban" adı yerli dillərdə işlədilən söz əsasında meydana gələ bilərdi. Digər mülahizəyə görə,  "Albaniya" xoronimi "Dağlıq ölkə" (Dağıstan) mənasını daşımışdır. Guya bu ad kelt mənşəli alp//alb "dağ, yüksəklik" sözündən əmələ gəlmişdir. Lakii keltlərin Albaniya ərazisində yaşaması barədə heç bir məlumat yoxdur. Belə bir mülahizə də irəli sürülmüşdü ki, "alban" adı əvvəllər "halban" kimi tələffüz olunurmuş və adın kökünü hal etnonimi təşkil edirmiş, -ban isə Qafqaz dillərində cəm bildirən şəkilçi olmuşdur. Bunu Dağıstanda qonşular tərəfindən avarlara şamil edilən halbi (-bi cəm bildirən şəkilçidir) etnonimi ilə eyniləşdirirdilər. Son zamanlar "albani" adı barədə irəli sürülmüş yozum daha inandırıcıdır. Bu yozuma görə, "alban" adı türk mənşəli etnonim kimi türkmən və qazaxlar tərəfindən işlədilir. Türkmənlərdə "alpan", qazaxlarda isə "alban" etnonimi qalmışdır. Alpan// alban Orta Asiyada müəyyən türkmənşəli tayfaları bildirir. Belə halda "alban" etnonimi qədim türk dillərində "cəsur, igid"  mənası daşıyai  alp//alb  sözü  əsasında yaranmışdır.

Addaki -an isə mənsubiyyət, yaxud cəm bildirən şəkilçidir. Həmin izaha tam uyğun olaraq "alban" adı "cəsurlar, igidlər" kimi mənalandırılır. Bu fikri, izahı antik mülliflərin albanlara şamil etdikləri "igid, cəsur" xarakteristikası da təsdiqləyir. Buradan belə iəticəyə gəlmək olar ki, Albaniya əhalisinin tərkibində türk tayfaları geniş təmsil olunmuşdular.

Miladdan əvvəlki dövrlərdə Albaniya ərazisiidə başqa tayfalar da yaşayırdılar. Hələ Herodot burada yaşayai kaspi, uti, mək tayfalarının adını çəkmiş, Strabon isə kaspi və uti tayfalarından başqa qel, leq, mard, amard, qarqar və s. tayfaları da yad etmişdir. Arrian sakasinlərin adını albanlar ilə yanaşı çəkmişdir. Plini (I əsr) silv, lupeni, sodi, udin, Ptolemey isə ud tayfalarını yad etmişdir. Leq, qel, lupeni, silv və sodilər Samur çayı vadisində yaşayırdılar. Leqləri ləzgidilli tayfalar hesab edirlər. Onlar buraya Dağıstan ərazisindən gəlib məskunlaşmışdılar. Silv, lupeni, qel etnonimləri, həmçinin, ləzgi dillərinə yaxın dildə danışan etnoslara mənsub olmuşdur. Ola bilsin ki, bu etnonimlər o dövrdə xınalıq, saxur, qrız, buduq və başqa (avar, lak və s.) ləzgidilli etnosları bildirirmiş. Bu tayfalar tədricən cənuba hərəkət etmiş və Qafqaz sıra dağlarını aşaraq, indiki yaşadıqları ərazidə məskunlaşmışlar. Beləliklə, Albaniyanın Dağıstana yaxın hissəsində qədim zamanlarda ləzgi dil qrupunda danışan əhali məskunlaşmağa başlamış və tədricən cənuba doğru yayılmışdı.

Z.Bünyadov və Y.Yusifovun fikrincə, antik  müəlliflərin   məlumatlarına   uyğun  udin   və ud tayfaları  Albaniyanın  şimal-şərqində    Xəzər dənizi sahilində yaşayırdılar. Utilər isə həm Adərbayqanın (Atropatenanın), həm də Albaniyanın ərazisində yaşayırdılar. Yəqin ki, uti adı müxtəlif etnoslara  şamil edilirdi. Udin  uti etnosları bərədə elmdə bir neçə mülahizə mövcuddur. Bəzi mülahizəyə görə, (S.T.Yeremyan, K.V.Trever, F.M.Məmmədova, V.L.Qukasyan),    udin      uti   (buraya    albanları da qatırlar) eyni etnosu bildirməklə qafqazdilli olmuşlar.

 Azərbaycanda (Nidj və keçmiş Vartaşen kəndlərində) yaşayan müasir udinlərin qafqazdilli olması əsas dəlil kimi götürülürdü.  Buna uyğun olaraq, Albaniyanın uti  adlanan əhalisi  qafqazdilli udinlər kimi qələmə verilmişdi. Lakii udin adının müasir udinlərə  məhz XVII  əsrdə şamil  endilməsi qeydə alınmışdır.   Eyni  zamanda,   həmin    əsrdə  Krasnoyarsk  vilayətində türk-mənşəli  udin adı    daşıyan    etnik    qrupun    yaşaması göstərilmişdir. Deməli,    udin   adı    həm    Qafqaz-iberdilli, həm də türkdilli etnoslara şamil edilirdi. Azərbaycanda indi adlarını   itirmiş, bəzi  türkmənşəli  kənd    əhalisi   (Qəbələ bölməsində)  udin adını daşıyırdı. Müasir Qafqaz-iberdilli etnoqrafik qruplar özlərini udi adlandırırlar və bu ad qədim ud etnosunun   adına  uyğunlaşdırıla   bilər.  Udin   adı  isə onlara kənardan verilmiş sonrakı ad olmuşdur. Ud//udilər öncə Albaniyadan şimal-qərbdə yaşamış, xristianlığı qəbul etdikdən sonra isə, yəqin ki, indiki Qəbələ (keçmiş Qutqaşın) ərazisində   məskunlaşmışlar.   Udi//udinlərin Albaniya  ərazisi ilə əlaqəsi qaynaqlarda təsdiq olunmur. Uti etnosları isə udi//udinlor ilə dil və etnik cəhətdən bağlı olmayan tayfa birliyini təşkil edirdilər.

Digər mülahizəyə görə, utilər türkdilli etnos olmuş və geniş bir bölgədə yaşamışlar. Qədim mixi yazılarda udin və utu//itu (e.ə VIII əsr) etnik adları yad edilir. Bu, onu göstərir ki, hər iki etnonim bəlkə də müstəqil meydana gəlmiş qohum dilli etnoslara şamil edilmişdi. Bu adlarla Urartu mixi yazılarında (e. ə. VIII əsr) yad edilən və Göyçə gölü hövzəsində Uduri-Etiuni vilayətinin adı da eyniləşdirilmiş, udi və utiləri bu ərazidən çıxma hesab etmişlər. Utilər Azərbaycanın qədim sakinləri olmuşlar. Əhəməni sülaləsinin (e. ə. 550-331-ci illər) hakimiyyəti dövründə utilər vergi verənlər siyahısında idilər. Erkən orta əsrlərdə uti adı Qərbi Azərbaycanın (Albaniyanın) bir sıra vilayətlərinin, o cümlədən, Bərdə bölgəsinin əhalisinə şamil edilirdi. Utilərin bir qismi şimala hərəkət etmiş və orada utiqur (türkcə "uti tayfası") adını daşımışdı. Uti etnonimi türk tayfalarını bildirirdi. Utiqurlar hun-türk tayfa ittifaqına daxid idilər. Bu etnonim Albaniyadan şimalda yaşayan utidor tayfa adında da əks olunmuşdur. Adda türk dillərində tayfa adlarına əlavə olunan "-dor//dur" komponenti və "-s" cəm şəkilçisi qovuşmuşdur. Uti etnonimi erkən orta əsrlərdən sonra artıq yad edilmir. Orta əsrlərdə türk etnosunu bildirən uduit (-it//ut cəm bildirən şəkilçidir) tayfa adı yad edilmişdir. Azərbaycanın türk etnoslarına orta əsrlərdə udulu tayfası da mənsub idi. Beləliklə, demək olar ki, türk etnosu olan utilər qədim və erkən orta əsrlərdə geniş bir ərazidə-Şimali İkiçayarasından və Azərbaycandan tutmuş ta Şimali Qafqaza kimi keçmiş bir ərazidə yaşamış və həmin ərazidə baş vermiş siyasi hadisələrdə iştirak etmişlər.

E. ə. VII əsrin əvvəlində kimmer-skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışdılar. Saka etnonimi qaynaqlarda şaka kimi də yazılırdı. Onlar Albaniyada Kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağətəklərinə qədərki ərazini tuturdular. Burada onlar sakasin (şakaşin-türkcə "saka bənzər", "saka oxşar", yaxud "sak adamı, sak tayfası") adı altında məlum idilər. Albaniyanın ərazisində sak//şak etnonimi erkən orta əsr Şakaşen (qədim Sakasena) vilayətinin və Şəki (tarixəi Şaki) şəhərinin adında qalmışdı. Müasir Zaqatala adı (bu Azərbaycan dilinin dialektinə s, z fonetik əvəzlənməsi səciyyəvidir) Sakatala ("Sak düzü") adının fonetik dəyişilmiş formasını təşkil edir. Oradakı Zakandərə, həmçinin, Sakandərə ("Sak dərəsi") adının dəyişilmiş formasıdır. Azərbaycanda məskunlaşmış saklar türk mənşəli olmuşlar. Bəzi Bizans müəlliflərinin (Menandr) məlumatına görə, qədimdə türkləri sak adlandırırmışlar. Eyni zamanda, Albaniyanın qərbində (ind. Qax r-nu) güman ki, kimmerlər də məskən salmışdılar. Buradakı Qımır, Qımırlı toponimləri qədim kimmer (assurca "qimir") adını saxlamışdır. Kimmerlər də saklarla bir dövrdə Albaniyada məskunlaşmışdılar. Albaniyanın cənub-şərqində kaspi tayfaları yaşayırdılar. Strabon yazırdı ki, "Kaspiana da albanların ölkəsinə mənsubdur". Kaspilərin etnik və dil mənsubiyyəti barədə məlumat qalmamışdır. Onları Qafqaz-iber və farsdilli hesab edənlər də vardır. Etnonimin kökünü kas adı və -pi (elam və bəzi Qafqaz dillərində cəm şəkilçisidir) cəm şəkilçisi təşkil edir. Kas adını Zaqroş dağlarının qədim (e. ə. II-I minilliklər) sakinləri kaşşu//kissi etnosunun adı ilə eyniləşdirirdilər. Çox güman ki, kas//kaş etnonimi Albaniyada (eləcə də, bütün Azərbaycanda və cənub istiqamətində) yaşayan türk etnoslarının digər adı olmuşdur. Son araşdırmalara görə, kas etnonimini bir sıra Orta Asiya və Altay türk tayfaları daşıyırdı. Özünü kas//kaş//kaç adlandıran kaçi tayfalarına qədim uyğurların arasında da kas deyirdilər. Qərbi Sibirdəki Kara-kas ("Qara kaslar") adını daşıyan türk etnosunun tərkibinə Sarıq kaş ("Sarıkaş") və kaş etnik qrupları daxil idi. Belə iəticəyə gəlmək mümkündür ki, qədim zamanlar türk mənşəli kaslar Azərbaycanda və daha geniş ərazidə təmsil olunmuşdular.

Beləliklə, Albaniyanın mərkəz və aran rayonları əhalisi əsasən türk etnoslarının, Dağıstana yaxın ərazisi isə həm də Qafqaz-iberdilli etnosların yaşadığı bölgələr olmuşdur. Yəqin ki, Albaniyanın şimal-qərb və şimal bölgələri Dağıstandan yayılan müvafiq, lakin müxtəlif adlar daşıyan Qafqaz dil ailəsinin dağıstandilli etnosları tərəfindən tədricən mənimsənilirdi. Buna baxmayaraq, Albaniyada çoxdillilik şəraiti yarana bilməzdi. "26 dil" anlayışı Albaniya əhalisinin etnolinqvistik vəziyyətinə uyğun gəlmir, daha çox Dağıstanın müxtəlif çoxləhcəliyini əks etdirir. Sonralar ərəb qaynaqları Qafqazı "dillər dağı", yəni çoxdilli diyar adlandırmışdı. Albaniyada əsasən üst-üstə gələn türk dili ləhcələri (kanqar, bulqar, peçeneq, heptal//əbdəl və s.) qədim yerli türk dili ilə bir müddət yanaşı öz varlığını saxlayırdı, tədricən alban (arran) türk dilinin yaranmasına gətirib çıxarırdı. Təsadüfi deyil ki, erkən orta əsr qaynaqlarında, toponimiya və antroponimiyasında türk sözləri əks olunmuşdur. Bu baxımdan Kür çayının adı diqqətəlayiqdir. Ammian Marsellinin (IV əsr) məlumatına görə, guya Kir bu çayı özü kimi coşğun görmüş və onu ez adı ilə Kür adlandırmışdır. Rəvayətin düzgün olub-olmamasındai asılı olmayaraq, Kür "gur, iti, coşqun" mənasını daşıyır. Deməli, Kür türk mənşəli "gur" sözünün yunan qaynağında əksidir. Albaniyanın ərazisində fars ləhcələrində danışan etnoslar da məskən salırdılar. Belə şəraitdə türk dili müxtəlif etnoslararası ünsiyyət vasitəsinə çevrilirdi. Əsrlər boyu Azərbaycanın şimal hissəsində məskunlaşan Dağıstan və irandilli etnik qruplar alban türkləri ilə qohumlaşır, kirvələşir, qaynayıb-qarışır, xarici və daxili təxribat olmayan zaman isə, bu ərazinin bütövlüyünü birgə qoruyurdular. Lakii buna baxmayaraq, Azərbaycanın qeyri-türk  etnosları  əsasən  özlərinin dil    etiik  mənsubiyyətini saxlayırdılar.

Fəridə Məmmədova Albaniya əhalisi və etnonimi haqqında yazır: "Alban etnosuna və alban dilinə   gəlincə, biz də deyilənlərə bəzi   əlavələr  etmək istəyirik. Məsələ burasındadır ki, Musa Kalankatlının əsərində Albaniyada yaşayan  (Arsax və Uti vilayətlərində) ermənilər və erməni  dilində danışai əhali haqtında heç bir məlumat yoxdur.   B.Ulubabyan və Ş.V.Smbatyan iddia edirlər    ki, guya Musa Kalankatlı alban xalqı    haqqında    heç bir məlumat vermir. Onların   diqqətini   belə   bir   məsələyə cəlb edirik ki, Musa Kalankatlının bizə gəlib çatan əsərləri kitabın XIII əsrə aid olan ən qədim əlyazmasından  köçürülüb və ona belə   bir başlıq verilib: "Alban tarixi". Həmin xalqdan və həmin   ölkədən   olan Musa Kalankatlı tərəfindəi tərtib edilmişdir". Həmii başlıq XVII əsr   əlyazmasında  belə təqdim olunur: "Alban xalqı tarixinin birinci hissəsinin mündəricəsi - "aluanits azqn", XIII əsr əlyazmasına əsaslanan   əlyazmasında    isə   belədir: "Mündəricə... alban tarixi - "patmutyun aluanits". XIII əsr və XVIII əsr əlyazmalarında I kitabın birinci fəslinin adı belədir: "Alban tarixinə sözönü". Beləliklə, əlyazmalarından köründüyü kimi, B.Ulubabyanın və Ş.V.Smbatyanın xalqın adını ölkənin adından ayırmaq  eləcə də kitaba "yeni"-"Aqvank ölkəsinin tarixi" başlığı vermək cəhdləri mənasızdır. Təsadüfi deyil ki, qədim erməni dilinin ən    görkəmli    biliciləridən    sayılan K.Patkanov həmin məxəzi rus dilində nəşr etdirərkən onun başlığını "Alban tarixi" adlandırmış, qafqazşünas A.P. Novoseltsev isə   "Alban ölkəsinin tarixi"  kimi təqdim etmişdir.

F.Məmmədova daha sonra göstərir ki, mənbənin özündə alban etnosu haqqında verilən məlumatlardan bir neçə nümunəni nəzərdən keçirək. Musa Kalankatlı birinci kitabın elə ilk fəsillərindəcə alban xalqının mənşəyini araşdıraraq, göstərir ki, kituriyalılarla birlikdə albanlar da İafet nəslindəndirlər və ermənilərdən tamamilə fərqlənirlər. Müəllif erməni katolikosu Yelişinin 705-ci ildə ərəb xəlifəsinə yazdığı məktubu misal gətirir: "Himayənizdə olan ölkəmizə Allahın iradəsiylə sizə xidmət etmək və albanlarla birlikdə İsa məzhəbinə etiqad etmək taleyi nəsib olub. İndiki alban katolikosu... bizim ölkələrimizin dini etiqadda onunla (yunan imperatoru ilə - F.M.) birləşməsində təkid edir."

 Bu parçadan göründüyü kimi, alban etnosunun, eləcə də, bu etnosun mövcudluğunu əks edən Albaniya (Aqvank)  ölkəsinin olmasını sübut etməyə və ya danmağa cəhd göstərmək yersizdir.

Alban etnosunun mövcudluğunu inkar etməyə çalışan B.Ulubabyanın dəlillərindəi biri də budur ki, guya "Aqvank ölkəsinin tarixi" kitabında aqvanlar barədə konkret heç nə yoxdur, bu əsər erməni knyazları Aranşahilərin və Girdman knyazları Mihrənilərin tarixini təsvir edir. Məlum olduğu kimi, Musa Kalankatlının Aranşahilər haqqında məlumatları məhdud,   ötəri və ziddiyyətlidir...

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 29 avqust.- S.14.