“Azərbaycan 2020: Gələcəyə baxış”

Azərbaycan 2020-ci ildə iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaqdır

 

 

 

 

Müasir Azərbaycan müstəqilliyinin 20 ili  ərzində çətin və şərəfli yol keçib. Ulu Öndər Heydər  Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə qayıdışından sonra ölkə tədricən dirçəlməyə başladı, əldə olunmuş dövlət müstəqilliyimizin dayanıqlığı və ölkə daxilində siyasi sabitlik təmin edildi. 2000-ci ildən başlayaraq aparılan genişmiqyaslı islahatlar cəmiyyətimizin yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratdı. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atıldı, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən quruldu. 2009-cu ildə dünyadakı iqtisadi böhran vəziyyətində belə ölkə iqtisadiyyatında artımın olması seçilmiş strateji kursun uğurlarından xəbər verir.

Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar hər bir sahədə uğurlu nəticələrin qazanılmasına imkan yaradıb. Hazırda ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi geniş şaxəli, faydalı və innovasiya istiqamətli iqtisadiyyatın formalaşdırılması, eləcə də, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan- 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması” barədə tapşırığı və belə bir zərurətin yaranması da ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Əldə olunan uğurlar imkan verir ki, Azərbaycan daha yüksək hədəflər müəyyənləşdirsin və bunlara çatmaq üçün işlər görülsün.

Sərəncamda qeyd edilir ki, Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması” məqsədəuyğun hesab olunub.

Azərbaycan Prezidenti Administrasiyası tərəfindən hazırlanan konsepsiyasının başlıca strateji baxışı mövcud imkanları və resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət  idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam şəkildə təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadisiyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollarsair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan  əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam  ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır.   

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində  dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacaq. 2020-ci ildə Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və  BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına  əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir. Azərbaycan Respublikası iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib  iştirakçı  statusuna yüksəldilməsi reallaşdırılacaqdır. Bu məqsədlə əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəflənir.

Konsepsiyada ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib ki, təqdim edilən konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir: “Bir qayda olaraq beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran böyük əksəriyyət məsələləri özündə ehtiva edib”.

Administrasiya rəhbəri bildirib ki, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcək: “İnkişaf Konsepsiyası ortauzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcək ki, bu da təyin edilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin, resursların rasional bölüşdürülməsini təmin edəcək. Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək, innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq. İqtisadi inkişafın innovativ xarakteri rəqabətə davamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaq”.

Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir: “Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosialekoloji məsələləri də əhatə edəcək. Bu, imkan verəcək ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi iki dəfədən çox artaraq, 13000 ABŞ dollarına çatdırılsın. Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq enerji, nəqliyyat, tranzitlogistika infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcək. Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dəstək verməklə yanaşı, həm də insan kapitalının inkişafında və orta təbəqənin gücləndirilməsində maraqlıdır. Bunun üçün təhsil və səhiyyə xidmətinin keyfiyyət və kəmiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyması, gənclərin potensialından geniş istifadə edilməsi, məşğulluğun artırılması və gender balansının qorunmasına ehtiyac vardır”.

 

Cabir

Səs.- 2012.- 5 dekabr.- S.6.