Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət daşımır İlham Əliyev: “O, faktiki olaraq müstəmləkədir, forpostdur, xaricdən idarə olunan, qədim Azərbaycan torpağında süni şəkildə yaradılmış bir ərazidir”

 

 

 

 

 

Məlum olduğu kimi, 1996-cı ilin dekabrından etibarən ATƏT-in Rusiya, ABŞ və Fransa ölkələrindən ibarət həmsədrləri vardır. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Ancaq bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. Məhz yaxın günlərdə həmsədrlərin yenidən regiona səfər etməsində ciddi dəyişikliklərin olmayacağı da reallıqdır. Bu funksionalsızlığın və nəticə verməməyin bir sıra başlıca səbəbləri vardır.

İlkin olaraq, Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən Ermənistanın işğalçılıq siyasətinə birbaşa və dolayısı ilə dəstək verən müəyyən qüvvələr vardır. Bu baxımdan, Minsk Qrupu məsələyə obyektiv yanaşmır və  həmsədr ölkələrin mövqeyi birmənalı olaraq, beynəlxalq hüquq normalarına zidd bir mövqe təşkil edir. Bu da Ermənistanın buya digər formada müdafiə olunması mənasına gəlir. Məhz heç kimə sirr deyil ki, beynəlxalq güclərin Ermənistana qarşı hər hansı bir ciddi təzyiq etməməsinin müəyyən səbəbləri vardır. Cənab Prezident İlham Əliyevin də bu yaxınlarda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubiley tədbirində erməni lobbiçilər barəsində söylədiyi arqumentlər yuxarıda qeyd etdiyimiz fikirlərin əsasını təşkil edir: “Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, heç kimdən çəkinmədən, bizim düşmənimiz erməni lobbisidir. Çünki Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət daşımır. O, faktiki olaraq müstəmləkədir, forpostdur, xaricdən idarə olunan, qədim Azərbaycan torpağında süni şəkildə yaradılmış bir ərazidir. Erməni lobbisi isə bizim əsas düşmənimizdir və bizonlar üçün əsas düşmənik. Əslində, bizim onlarla düşmənçiliyimiz onların bizə qarşı olan düşmənçiliyindən qaynaqlanır”. Nəticədə, Dağlıq Qarabağ probleminin həllini Cənab Prezidentin də ifadə etdiyi kimi, erməni lobbiçiliyi və ATƏT-in bu çərçivədə funksionalsızlığı kontekstində başa düşülməlidir. Digər tərəfdən ATƏT-lə paralellik təşkil etməsi baxımından yeri gəlmiş ikən qeyd etməliyəm ki, bir neçə gün əvvəl Cibutidə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyasında Xocalı faciəsi ilk dəfə olaraq soyqırımı aktı kimi tanınmışdır. Əlbəttə ki, soyqırımın İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən tanınması Azərbaycan dövlətinin yeni siyasi uğuru hesab etmək lazımdır.

Ümumiyyətlə, ATƏT və digər beynəlxalq təşkilatların funksionallığını və ya funksionalsızlığını başa düşmək üçün beynəlxalq münasibətlərdə mövcud olan siyasət fəlsəfəsini bilmək lazımdır. Bu məsələ, eyni zamanda, birbaşa mədəniyyət təsəvvürü və anlayışı ilə də əlaqədardır. Belə ki, müasir dövrdə qərb mədəniyyəti  insan hüquqları, qlobal etika, demokratiyas. məfhumlar vasitəsi ilə universal əxlaqın və ya qlobal ədalətın dünyada bərqarar olması üçün çalışdıqlarını iddia edir. Məhz müasir dövrdə  bir tərəfdən beynəlxalq sülh, insan hüquqları və s. bəyanatların verilərək siyasi sferada hər şeyin güc ilə ölçülməsi paradoks təşkil etməkdədir. Nəticədə, iqtidar iradəsinə istinad edilərək mahiyyət olaraq daha çox hakimiyyətin tələb olunması və bu çərçivədə əxlaqi universallığın itirilməsi də təhlüklərdən xəbər verir. Paradoksal olsa da güciqtidar tələbi ilə yüksələn bir mədəniyyət, eyni zamanda, bu istəyi reallaşdırma yolunda da məhv ola bilər.Məhz bu kimi problemlər Dağlıq Qarabağ probleminin ATƏT tərəfindən həll olunmamasında da öz təsirini göstərməkdədir. Məsələnin belə bir arxa planını bilmədən (back round) ATƏT-in fəaliyyətini və funksionalsızlığını anlamaq çətindir. Məhz Cənab Prezident bu kontekstdə beynəlxalq hüquq və ədalət anlayışına öz çıxışında dəfələrlə təmas etmişdir: “Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilibdir. Bunun əyani sübutu keçən il BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. Böyük rəqabət şəraitində, eyni zamanda, böyük dəstəklə biz bu yerə layiq olmuşuq. Bir il ərzində Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynayıb. Bu rol dünya birliyi tərəfindən qiymətləndirilir. Təhlükəsizlik Şurasına üzv olarkən bəyan etdiyim yanaşmamız, - yəni, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik, - həyatda öz əksini tapır”.

Nəticə olaraq beynəlxalq münasibətlər və hüquqda cərəyan edən ədalətsizlik və ikili standartlar ATƏT kimi beynəlxalq təşkilatın funksionalsızlığını daha açıq şəkildə göstərir. Bu kontekstdə BMT-nin Dağlıq Qarabağ probleminə dair qəbul etdiyi qətnamələrin həyata keçirilməməsi də qeyd olunan funksionalsızlığın başqa bir bariz nümunəsidir. Məhz qlobal arenada beynəlxalq münasibətlərin belə bir paradoksal mahiyyəti dünya miqyasında qlobal sülhün bərqərar olmasına ciddi maneələr yaratmaqdadır.

 

Rəşad İlyasov,

fəlsəfə doktoru

Səs.- 2012.- 6 dekabr.- S.2.