AzərbaycanXX əsrin 70-ci illərində: Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illəri (birinci mərhələ)

 

 

 

 

Ulu Öndər Heydər Əliyev siyasmi fəaliyyətinin ilk illərindən başlayaraq Azərbaycanın müstəqilliyi uğrunda sovet rejiminin imkan verdiyi şəraitdə mübarizə aparmağa başladı. 1993-cü il gənclərin nümayəndələri ilə görüşündə Ulu Öndər demişdir: "Doğrudur, 22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil rcspublika olacaqdır. Lakin ötən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım. T.Qafarov yazır ki, 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi vəzifəsi 46 yaşlı, bacarıqlı və tədbirli siyasətçi Heydər Əlirza oğlu Əliyevə tapşırıldı. Heydər Əliyev özünün qeyd etdiyi kimi, dövlət təhlükəsizliyi sistemində işlədiyi ilk gündən Moskvanın türk millətini əsarətdə saxlamaq siyasətinin şahidi olmuşdu, imkanlarından istifadə edib xalqına xidmət etməyə çalışmışdı. "Ölkəni alman cəsuslarından təmizləmək" adı altında repressiyalar vaxtı o, minlərlə azərbaycanlını sürgün və ölümdən xilas etmişdi. 60-cı illərdə əsərləri ilə xalqın milli oyanışına xidmət edən ziyalıların, başqa sovet respublikalarındakı kimi, "dissident'' dalğası ilə cəmiyyətdən kənarlaşdırlmasına yol verməmişdi.

Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə onun imkanları daha da genişlənmişdi. Heydər Əliyev sonralar bu illəri belə xatırlayırdı: "Bəzən gecələr işim qurtaranda da evə getmir, səhərə qədər öz-özümə düşünür, respublikanın vəziyyətini yaxşılaşdırmaq üçün planlar qururdum. Mən bir azərbaycanlı və bir türk idim. Kommunist rejimi daxilində onlarla münasibətlər tarazlığını saxlamaqla yanaşı vəzifənin verdiyi imkanlardan istifadə edərək doğma xalqım üçün faydalı işlər gömək haqqında düşünürdüm. Buna görə də iki şey lazım idi. Azərbaycan Kommunist Partiyasına rəhbərliyi müvəffəqiyyətlə həyata keçirmək və nüfuzunu get-gedə artırmaq".

1994-cü il noyabrın 1-də Türkiyədə yaşayan azərbaycanlılarla görüşündə Ulu Öndər də deyirdi: "Ötən 70 ildə Azərbaycanın elmi potensialı yaranıb, respublikanın böyük iqtisadi potensialı yaranıb. Azərbaycan qurulub, yaşayıb, yəni Azərbaycan xalqı bu rejimi qəlbən qəbul etməsə də bu rejimin içərisində öz işini görüb, irəliyə gedib inkişaf edib".

1997-ci il iyunun 28-də ölkəmizin milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasim və təntənəli yığıncaqda Ulu Öndər Heydər Əliyev xüsusi vurğulayırdı: "Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işlədiyim zaman, bu orqanın başçısı olduğum zamanondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafelərinə əks olan heç bir tədbir görməmişdir".

 Qeyd etmək lazımdır ki, İ.V.Stalinin ölümündən sonra Azərbaycanda milli dil və tarixlə bağlı məsələlərdə cüzi canlanma baş versə də, respublikada siyasi hakimiyyətin daxilində yekdilliyin, hakimiyyətlə xalq arasında birliyin olmaması nəticəsində onun qarşısı kəsildi. Yalnız 60-cı illərin sonlarından etibarən Azərbaycan sovet tarixində ilk dəfə olaraq xalqın problemlərinin həllində və müstəqil dövlətçiliyə aparan yolda böyük, strateji mərhələnin əsası qoyuldu. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə Heydər Əlirza oğlu Əliyev təyin edildikdən sonra milli düşüncəli ziyalıların yaradıcılıq fəaliyyəti üçün respublikada əlverişli şərait yaranmağa başladı. Millətsevərlik fəaliyyətləri üstündə təqiblər, demək olar ki, dayandırıldı. Buna baxmayaraq, respublikada vəziyyət heç də yaxşı deyildi. Hakimiyyət daxilində intriqalar hökm sürür, respublikanın iqtisadiyyatı geri gedirdi. Moskva Azərbaycana yeni bir rəhbərin təyin edilməsi barədə düşünürdü. Bu zaman Azərbaycana Heydər Əliyevdən savayı rəhbərlik edəcək güclü adam yox idi. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyevin respublika rəhbəri seçilməsi ilə xalqın tarixində keyfıyyətcə yeni mərhələ başlandı. MK bürosu əvvəlcə Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsi məsələsini müzakirə edərək bəyəndi. Bundan sonra MK plenumu təşkilat məsələlərini müzakirə edərək Azərbaycan KP MK-nın birinci katibi Vəli Yusif oğlu Axundovu Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilməsi ilə əlaqədar olaraq MK-nın birinci katibi vəzifəsindən və büro üzvlüyündən azad etdi, Heydər Əlirza oğlu Əliyevi isə Azərbaycan KP MK-nın birinci katibibüro üzvü secdi. Bununla bağlı olaraq büronun qəbul etdiyi qərarda deyilirdi: "Yoldaş Əliyev Heydər Əlirza oğlu başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən azad edilsin. Bu qərarın təsdiqi Sov.İKP MK-dan xahiş edilsin". Sov.İKP MK həmin qərarı təsdiq etdi. ABŞ tarixçisi B.Foukis bu hadisə ilə əlaqədar olaraq yazır ki, Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev DTK-dan Heydər Əliyevi partiya liderliyinə gətirdi.

 Qeyd etmək lazımdır ki, Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Heydər Əliyevə SSRİ DTK-nın sədri Y.Andropovun 1969-cu il 27 noyabr tarixli əmri ilə təşəkkür elan edildi və qiymətli hədiyyə verildi.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda partiya, dövlət, təsərrüfat idarəçiliyinə yeni nəfəs, yeni metodu, ciddiyyət gətirdi. Bu, özünü ilk növbədə köhnə rəhbərliyə münasibətdə göstərdi. Azərbaycan tarixində ilk dəfə olaraq yeni rəhbər köhnə rəhbəri nəinki tənqid etmədi, pisləmədi, əksinə, ona xüsusi qayğı ilə yanaşdı. Bu addım xalqın sovet dövrün tarixində rast gəlinməyən nadir bir hadisə idi. Bilavasitə Heydər Əliyevin təklifi əsasında MK bürosunıın qəbul etdiyiözünün imzaladığı qərarla Vəli Axundovun birinci katib işlərkən istifadə etdiyi tibbi və məişət xidmətləri özündə saxlanıldı. Azərbaycanın yeni rəhbərinin bu hərəkəti xalqla hakimiyyət arasında və hakimiyyət daxilində o zamanadək heç vaxt mövcud olmayan birliyin yaradılması yolunda ciddi bir strateji məqsədin, iradənin ortaya qoyulması demək idi. Azərbaycan xalqının uğurlu inkişafını və tərəqqisini milli birlikdə görən Heydər Əliyev hakimiyyəti illərində məhz buna nail olaraq geniş planlarını həyata keçirməyə girişdi. O, ciddi, eyni zamanda, qayğıkeş idi. Heydər Əliyev hətta övladları üçün xüsusi şərait yaratmamışdı. Onlar sadə və hamı ilə bərabər idilər. Heydər Əliyev çox vaxt gözlənilmədən maşınını saxladıb dükanlara girər və əhalinin ərzaq təminatını, satıcıların fəaliyyətini öz gözləri ilə görərdi.

 Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi altında siyasi hakimiyyət ətrafında sıx birləşərək heç bir şüar, yersiz kəlmə işlətmədən, ehtiyatla müstəqil dövlət quruculuğu üçün lazım olan daxili və beynəlxalq şərtləri ümumi sovet sistemində tədricən hazırlamağa və tarixən qarşısında duran ümümmilli problemləri həll etməyə başladı. Azərbaycanın istiqlalının təməllərini təşkil edən həmin şərtlərin Heydər Əliyevin respublikanın kommunist lideri olmasına baxmayaraq, mahiyyətcə millətsevərlik baxışları və dövrün reallığını nəzərə alaraq yeritdiyi praqmatik siyasəti nəticəsində formalaşdırıldığı şəksizdir. Onun sovct sistemi şəraitində xalqının tərəqqisinə nail olub müstəqil dövlətçilik üçün tələb olunan şərtləri hazırlaması və xalqı düşündürən problemləri həll etməsi istiqamətində böyük tarixi əhəmiyyətli fəaliyyətini araşdırmaq həm tariximizin bir hissəsi olan sovet dövrünü öyrənmək, həm də, müasir milli dövlət quruculuğuna gətirən ağır yolu bilmək baxımından əhəmiyyətli və aktualdır.

Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi.Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Sovet hakimiyyəti tarixində ilk dəfə tərifli sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiyaya kimi eybəcər hallar olduğunuonlara qarşı mübarizənin vacibliyini Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda cəsarətlə elan etdi. Onun SSRİ rəhbərliyində böyük nüfuzu vardı, onunla hesablaşırdılar. Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd secildi. O, qeyd edirdi ki, bu üstünlükdən istifadə edərək SSRİ Nazirlər Sovetindəki əlliyə yaxın nazirdən hansısa telefon etsəydim Azərbaycan üçün hər hansı mühüm işin görülməsi onlar üçün əmr sayılırdı. Bu şəraitdən Azərbaycanın inkişafı naminə istifadə etdim".

 Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə burada 250-dən çox zavad, fabrik, istehsal sexləri istifadəyə verildi, 630 min nəfərlik yeni yerləri yaradıldı. Mütərəqqi texnologiyaya əsaslanan sənaye sahələri inkişaf etməyə başladı. Heydər Əliyev müasir texnologiya ilə işləyən məişət kondisionerləri zavodunun nəzərdə tutulduğu kimi, başqa respublikada deyil, Azərbaycanda (tikilməsinə nail oldu. Bakı, Sumqayıt, Gəncə və başqa şəhərlər böyüdü, ətraflarında yeni yaşayış massivləri salındı. 120 milyon kv.m mənzil sahəsi, yüzlərlə müasir, yaraşıqlı bina tikildi, yollar, körpülər, parklar, meydanlar salındı. Kənddə istehsal dəfələrlə artdı, camaatın, xüsusən, pambıqçılıq və üzümçülük rayonlarında, gəlirləri, abad kənd və qəsəbələrin sayı çoxaldı. Respublikaya 126 min başdan çox cins qaramal gətirildi.

 Əldə olunan müvəffəqiyyətlərə görə Azərbaycan SSR 1980-ci ildə "Lenin" (ilk "Lenin" ordeni ilə 1935-ci ildə təltif olunub), 1970-ci ildə "Oktyabr İnqilabı", 1972-ci ildə "Xalqlar Dostluğu" ordenləri ilə təltif edildi, 1970-1982-ci illərdə 12 dəfə müxtəlif ümumittifaq yarışlarının qalibi oldu, keçici Qırmızı Bayraqlara layiq görüldü. Bütün bunlar xalqda öz gücünə, təsərrüfat idarəçiliyi qabiliyyətinə inam oyadırdı.

 Heydər Əliyev bədnam ermənilərin niyyətini yaxşı dərk edir, sərhəd rayonlarının iqtisadi və sosial-mədəni inkişafina böyük əhəmiyyət verir, qayğı göstərirdi. 70-ci illərdə mərkəz ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırmışdı. Buna qarşı Heydər Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri hazırlanmasına və həyata keçirilməsinə nail oldu. Qısa müddətdə rayonda 78 miıyon manatlıq (160 milyon ABŞ dolları dəyərində) tikinti-quraşdırma işləri aparıldı. İqtisadiyyat xeyli dirçəldi. Mərkəzin və erməni millətçilərinin niyyəttəri alt-üst oldu.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2012.- 7 dekabr.- S.14.